#Rusiya

ABŞ Kubadan milli təhlükəsizliyə "təhdid" səbəbindən fövqəladə vəziyyət elan edib. "Kubadakı vəziyyətin Amerika Birləşmiş Ştatlarının milli təhlükəsizliyi və xarici siyasəti üçün qeyri-adi və fövqəladə bir təhdid təşkil etdiyini düşünürəm (...) və bununla əlaqədar olaraq milli fövqəladə vəziyyət elan edirəm", - deyə sənəddə bildirilib.

Rusiya Prezidenti Vladimir Putin rəsmi səfər çərçivəsində Moskvaya gələn Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nahyanı Kreml Sarayında rəsmi mərasimlə qarşılayıb. Rəsmi qarşılama mərasimində hər iki ölkənin dövlət himnləri səsləndirilib, liderlər nümayəndə heyətlərinin üzvlərini bir-birinə təqdim ediblər.

Azərbaycan Respublikası səhiyyə nazirinin müvafiq əmri ilə tibb üzrə fəlsəfə doktoru Anar Namazov “Səhiyyə əlaçısı” döş nişanı ilə təltif olunub. Azərbaycan Tibb Universitetinin (ATU) I cərrahi xəstəliklər kafedrasının assistenti və ATU Tədris Cərrahiyyə Klinikasının Transplantologiya şöbəsinin müdiri vəzifəsində çalışan Anar Namazov, bu şərəfli ada öz biliyi, zəhməti və yüksək peşəkarlığı sayəsində layiq görülüb.

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan yanvarın 29-da Rusiya Federasiyasına rəsmi səfər edəcək. Görüş zamanı Rusiya–BƏƏ əməkdaşlığının əsas istiqamətləri, o cümlədən iqtisadi, enerji və investisiya sahələrində qarşılıqlı əlaqələr, eləcə də Yaxın Şərqdəki mövcud vəziyyət və beynəlxalq gündəmdə duran digər məsələlər müzakirə olunacaq.

Vyetnamdan Rusiyaya uçan “Azur Air” aviaşirkətinə məxsus Nyaçanq–İrkutsk marşrutu üzrə Boeing 757 tipli sərnişin təyyarəsi planlaşdırılmamış şəkildə Hanoy hava limanına eniş edib. Aviaşirkətin mətbuat xidmətinin məlumatına görə, ZF-2578 saylı reys Vyetnamın Nyaçanq şəhərindən Rusiyanın İrkutsk şəhərinə uçuş zamanı texniki səbəblərlə Hanoy hava limanına yönləndirilib.

Rusiya Prezidenti Vladimir Putin ilə Suriya Prezidenti Əhməd əş-Şəraanın Moskvada görüşəcəyi rəsmən açıqlanıb. Açıqlamaya əsasən, görüş zamanı regiondakı siyasi və təhlükəsizlik məsələləri ilə yanaşı, Rusiya ilə Suriya arasında ikitərəfli münasibətlərin də gündəmdə olacağı qeyd olunub. Putin və Şəraa bundan əvvəl 15 oktyabr 2025-ci ildə Moskvada görüşmüşdülər. Həmin səfər Bəşşar Əsəd rejiminin 2024-cü ilin sonunda sona çatmasından sonra Əhməd Şəraanın Suriya Prezidenti kimi Rusiyaya etdiyi ilk rəsmi səfər idi.

2025-ci ilin yanvar – dekabr aylarında Türkiyədən Rusiyaya tekstil ixracı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 19,5 faiz azalaraq, 265 milyon 663 min 36 dollara bərabər olub. Türkiyə 2025-cü ilin dekabr ayında Rusiyaya tekstil ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 24,3 faiz azalaraq, 18 milyon 498 min 42 dollara çatdırıb. Qeyd edək ki,2025-ci ilin yanvar-dekabr aylarında Türkiyənin tekstil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 0,8 faiz azalaraq, 9 milyard 408 milyon 630 min dollara bərabər olub.

Rusiyanın Kamçatka yarımadasında güclü zəlzələ baş verib. Avropa–Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) məlumatına əsasən, yanvarın 26-da Bakı vaxtı ilə 13:21-də Kamçatka sahillərində 5,3 bal gücündə zəlzələ qeydə alınıb. Yeraltı təkanların episentri Petropavlovsk-Kamçatski şəhərindən təxminən 149 kilometr cənub-şərqdə yerləşib. Zəlzələnin ocağı 32 kilometr dərinlikdə qeydə alınıb.

2025-ci ilin yanvar – dekabr aylarında Türkiyədən Rusiyaya polad ixracı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 56,4 faiz azalaraq, 77 milyon 325 min 6 dollara bərabər olub. Türkiyə 2025-cü ilin dekabr ayında Rusiyaya polad ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 52,3 faiz azalaraq, 3 milyon 770 min 13 dollara çatdırıb. Qeyd edək ki,2025-ci ilin yanvar-dekabr aylarında Türkiyənin polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 faiz artaraq, 16 milyard 541 milyon 573 min dollara bərabər olub.

Rusiya və Çin hazırda Qrenlandiya və onun ətraf sularında ABŞ maraqlarına təhlükə yaratmır. Qəzetin məlumatına görə, Bu barədə New York Times qəzeti ABŞ ekspertlərinin və keçmiş və hazırkı rəsmi şəxslərin fikirlərinə istinadla məlumat yayıb.ABŞ senatoru Mark Uorner regionda Moskva və Pekin tərəfindən hər hansı bir təhlükənin mövcud olmadığını bildirib.