#İran ordusu

İran Müdafiə Nazirliyinin sözçüsü, briqada generalı Rza Təlai-Nik ABŞ və İsrailə sərt xəbərdarlıq edib. O bildirib ki, İran Silahlı Qüvvələri ölkəyə qarşı mümkün yeni hücumlara cavab verməyə tam hazırdır. Rza Təlai-Nik açıqlamasında son qarşıdurmaların ABŞ hegemonluğunun zəiflədiyini göstərdiyini iddia edib. Onun sözlərinə görə, artıq bir çox ölkə Vaşinqtonun təkqütblü siyasətinin çökməyə başladığını anlayır.

İran rəsmisi atəşkəs rejiminə baxmayaraq hərbi hazırlığın davam etdiyini bildirib. İran Ordusunun sözçüsü Məhəmməd Əkrəmi Niya ABŞ ilə əldə olunan atəşkəsin ölkələri üçün faktiki olaraq müharibə şəraitindən fərqlənmədiyini açıqlayıb. Məlumata əsasən, o, televiziya çıxışında İran Silahlı Qüvvələrinin hər zaman döyüş hazırlığında olduğunu vurğulayıb.

İran tərəfi ABŞ ilə danışıqların nəticəsindən asılı olaraq hərbi ssenarilərin mümkünlüyünü istisna etmir. İran Ordusunun sözçüsü Muhammed Ekreminiya dövlət televiziyasında çıxışı zamanı danışıqlara ehtiyatla yanaşdıqlarını bildirib. O vurğulayıb ki, tərəflər arasında etimad problemi qalmaqdadır və əvvəlki nüvə razılaşması dövründə əldə edilən təcrübə bu məsələdə ehtiyatlı yanaşmanı zəruri edir.

İran Ordusunun sözçüsü, briqada generalı Məhəmməd Ekreminiya ABŞ və İsrailin İran əleyhinə həyata keçirdiyi əməliyyatların hədəflərinə çatmadığını bildirib. Ekreminiya qeyd edib ki, bu yanaşma emosional deyil, tam şəkildə strateji əsaslara söykənir və uzunmüddətli təhlükəsizliyin təmin olunmasına xidmət edir.

İran Prezidenti Məsud Pezeşkian bildirib ki, İran hazırda ABŞ, İsrail və Avropa ölkələri ilə “genişmiqyaslı müharibə” vəziyyətindədir. Bu barədə İranın “Əl-Aləm” televiziya kanalı məlumat yayıb. Prezidentin sözlərinə görə, qeyd olunan tərəflər İranın inkişaf etməsini istəmir və ölkəyə qarşı müxtəlif istiqamətlərdən təzyiq siyasəti yürüdür. Pezeşkian vurğulayıb ki, İsrail İrana qarşı həyata keçirdiyi hücumların ölkədə siyasi sistemin dağılmasına gətirib çıxaracağını düşünürdü, lakin bu gözləntilər doğrulmayıb.

İran Silahlı Qüvvələrinin baş komandanı, general-mayor Amir Hatami bildirib ki, Ordu hər cür təhdid, o cümlədən asimmetrik və qeyri-qanuni müharibəyə qarşı hazırlığını davamlı artırır və hər hansı düşmən hərəkətinə qəti cavab veriləcək. İranın qərb bölgələrində yerləşdirilmiş hərbi hissələrdə yoxlama ziyarəti zamanı general Hatami əməliyyat hazırlığını və döyüş qabiliyyətlərini qiymətləndirdiklərini açıqlayıb. O, əsgərlərin yüksək əhval-ruhiyyəyə malik olduğunu, texnika və infrastrukturların İsrailin 12 günlük müharibəsindən əldə edilən təcrübələrə uyğun modernləşdirildiyini bildirib. Hatami həmçinin sahə səviyyəsində yenilik və kreativ təşəbbüslərin də diqqət çəkdiyini qeyd edib.

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandir müavini general Əli Fədəvi bəyan edib ki, ölkənin Silahlı Qüvvələri hər cür təhdidə qarşı tam hazırlıq vəziyyətindədir və düşməni məğlub etmək gücünə malikdir. Məşhəddə keçirilən tədbirdə çıxış edən Fədəvi, İran ordusunun təcrübəli və peşəkar olduğunu vurğulayıb.