#ABŞ-Türkiyə münasibətləri

Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ-ın Ankaradakı səfiri və eyni zamanda Suriyanın xüsusi nümayəndəsi olan Tom Barrak ilə görüş keçirib. Diplomatik mənbələrdən verilən məlumata görə, Ankarada baş tutan görüşdə Türkiyə–ABŞ ikitərəfli münasibətlərinin hazırkı vəziyyəti, regional təhlükəsizlik məsələləri və Suriya ilə bağlı proseslər müzakirə olunub. Tərəflər regionda sabitliyin təmin olunması, siyasi proseslərin irəlilədilməsi və diplomatik səylərin davam etdirilməsinin əhəmiyyətini vurğulayıblar. Görüş zamanı qarşılıqlı əməkdaşlığın müxtəlif istiqamətləri üzrə fikir mübadiləsi aparıldığı bildirilib.

ABŞ-ın Ankara Böyükelçisi və Suriya üzrə Xüsusi Nümayəndəsi Tom Barak ABŞ Prezidenti Donald Tramp ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasındakı müsbət münasibətlərin F-35 döyüş təyyarələrinin tədarükü üzrə ən məhsuldar danışıqlara imkan yaratdığını bildirib. Barak ABŞ mərkəzli X sosial media platformasında paylaşım edərək, Türkiyə ilə F-35 proqramına yenidən qoşulma və Rusiya istehsalı olan S-400 hava hücumundan müdafiə sisteminin saxlanılması mövzusunda müzakirələrin davam etdiyini qeyd edib.

ABŞ dövlət katibi Marko Rubio, 29 Oktyabr — Türkiyə Respublikasının 102-ci ildönümü münasibətilə təbrik mesajı yayıb. Rubio mesajında ABŞ-Türkiyə münasibətlərinin qlobal sülh, təhlükəsizlik və rifah üçün kritik əhəmiyyət daşıdığını vurğulayıb. “ABŞ və Amerika xalqı adından, Türkiyə xalqını Respublikanızın qurulmasının 102-ci ildönümü münasibətilə ən səmimi arzularımla təbrik edirəm. ABŞ-Türkiyə münasibətləri qlobal sülh, təhlükəsizlik və rifah baxımından həyati önəmə malikdir.Türkiyə Respublikası, köklü və dəyərli bir NATO müttəfiqidir.” – deyə Rubio bildirib.

Türkiyənin ticarət naziri Ömər Bolat ABŞ ilə iqtisadi münasibətlərdə yeni mərhələnin başlandığını bildirib. O, Amerikanın aparıcı şirkətlərinin Türkiyədəki sərmayələrini artırmaq istədiyini və tərəfdaşlığa müsbət yanaşdıqlarını qeyd edib. Nazir, İstanbulda keçirilən "İstanbul Mebel Dizayn Sərgisi" (Furnishings & Design İstanbul) çərçivəsində jurnalistlərin suallarını cavablandırıb. ABŞ-a səfəri zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə BMT-nin 80-ci Baş Assambleyasında iştirak etdiklərini xatırladan Bolat, orada 8-dən çox biznes görüşü keçirdiklərini deyib.

Türkiyənin Ticarət naziri Ömər Bolat, Türkiyə ilə ABŞ arasındakı iqtisadi münasibətlərdə bir sıçrayış mərhələsinin başlanğıcında olduqlarını bildirərək, iki ölkə arasında yaranan müsbət atmosferin daha çox investisiyaya və ixraca çevrilməsi üçün işlərin davam etdiriləcəyini bildirib. Birləşmiş Millətlər Təşkilatının (BMT) 80-ci Baş Assambleyası çərçivəsində Nyu-Yorkda olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana müşayiət edən Bolat, ABŞ-dakı görüşlərinə dair dəyərləndirmələr verib.