AZCON Holding şirkətlərindən olan "Bakı Metropoliteni" QSC noyabrın 5-də "Qarabağ" Futbol Klubunun UEFA Çempionlar Liqası turniri çərçivəsində oyunu ilə əlaqədar iş rejimini dəyişdirəcək. Metropoliten "Gənclik" stansiyasının yaxınlığında yerləşən Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matça görə gücləndirilmiş qaydada fəaliyyət göstərəcək.
#AZCON Holding
Texnoloji yeniliklər və müasir tendensiyalarla ayaqlaşan Bakı Metropolitenində sərnişinlər artıq gedişhaqlarını NFC-ni dəstəkləyən bütün yerli bank kartları, eləcə də “Apple Pay” və “Google Pay” ilə ödəyə biləcəklər. Paralel olaraq “BakıKart”, “BirBank” və “M10”la ödəniş qüvvədə saxlanılır.
AZCON Holding şirkətlərindən olan “Bakı Metropoliteni” QSC tərəfindən Bənövşəyi xəttin layihə adı “B-04” olan stansiyasında tikinti işlərinin növbəti mərhələsinə start verilib. Tikinti işlərinin gedişi ilə yerində tanış olmaq üçün əraziyə mediatur təşkil olunub. Bildirilib ki, bu mərhələdə inşaatla yanaşı, stansiyanın daxili infrastrukturunun qurulmasına da başlanılıb. Hazırda xidməti sahələr və otaqların tikintisi, arakəsmələrin quraşdırılması, üzləmə işlərinə hazırlıq tədbirləri həyata keçirilir. Mərtəbələr üzrə eskalatorların quraşdırılması artıq başa çatıb, onların sazlama və sınaq işləri isə inşaatın yekun mərhələsində icra olunacaq. Paralel olaraq havalandırma və soyutma sistemlərinin, o cümlədən güclü ventilyatorların quraşdırılmasına başlanılıb.