#Tehran

İran Prezidenti Məsud Pezeşkian İsrailin Qətərə hücumunu kəskin şəkildə pisləyərək, İslam dünyasını vahid və praktiki mövqedən çıxış etməyə çağırıb. Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə telefon danışığı aparan Pezeşkian vurğulayıb ki, İsrailin təcavüzkar siyasəti bölgəni qeyri-sabitliyə sürükləyir.

Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) rəhbəri Rafael Qrossi bildirib ki, İran bir sıra mühüm nüvə obyektlərinə inspektorların girişini məhdudlaşdırıb. Tehran isə vurğulayıb ki, suveren obyektlər üzərində nəzarət təzyiq alətinə çevrilə bilməz. İranın bəzi strateji obyektlərə girişə icazə verməməsi, eyni zamanda Buşehr AES-də yanacağın dəyişdirilməsinə nəzarətə imkan yaratması, Tehranın seçici yanaşmasını ortaya qoyur.

Azərbaycan ilə İran İslam Respublikası arasındakı münasibətlər Cənubi Qafqaz və Yaxın Şərqin geosiyasi xəritəsində ən mürəkkəb və çoxqatlı düyünlərdən birini təşkil edir. Burada əsrlərlə formalaşmış tarixi və mədəni bağlar, iqtisadi maraqlar, kəskin təhlükəsizlik məsələləri və ideoloji qarşıdurmalar bir-birinə qarışır. Xatırladaq ki, Azərbaycan 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra ardıcıl şəkildə Tehranla mehriban qonşuluq və qarşılıqlı faydalı münasibətlərin inkişafı üçün çalışıb. Fəqət bu yol təkcə əməkdaşlığın gülləri ilə deyil, həm də etimadsızlıq, şübhəçilik və İranın təsirli dairələrindən açıq müqavimətin tikanları ilə dolu olub. Bu təhlilin məqsədi həmin ziddiyyətlərin düyünlərini açmaq, obyektiv çətinlikləri süni yaradılmış problemlərdən ayırmaq və göstərməkdir ki, mövcud gərginliklərə baxmayaraq, İran üçün strateji maraq qarşıdurmada deyil, Bakı ilə çoxşaxəli əməkdaşlığın dərinləşdirilməsindədir.

İranın Qərbi Azərbaycan vilayətində yerləşən və dünyanın ən böyük duzlu göllərindən biri olan Urmiya gölü tamamilə quruyub. İran mediasında yayımlanan peyk görüntülərində gölün izinə rast gəlinmir. İranlı rəsmilər daha əvvəl xəbərdarlıq etmişdilər ki, quraqlığın davam etməsi və problemin həlli istiqamətində addımların atılmaması halında Urmiya gölü yay aylarının sonuna qədər tamamilə quruyacaq.

Yəmən hökuməti bu gün İranı husilərin nəzarətində olan bölgələrə dəfələrlə zəhərli qazlar və kimyəvi silah istehsalında istifadə olunan maddələri qaçaqmalçılıq yolu ilə göndərməkdə ittiham edib. Hökumətin açıqlamasına görə, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) mütəxəssisləri Yəməndə beynəlxalq miqyasda qadağan olunmuş bu silahların istehsalına yönəlmiş zavodun yaradılmasına birbaşa nəzarət edirlər. Yəmən informasiya naziri Muammar əl-İryani bildirib ki, etibarlı mənbələr husilərin artıq həmin ölümcül maddələri hazırlamağa və onları ballistik raketlərə, həmçinin pilotsuz uçuş aparatlarına yerləşdirməyə başladığını təsdiqləyib. Nazir vurğulayıb ki, beynəlxalq hüquqla qadağan olunmuş silahların husilərin arsenalına daxil edilməsi yalnız ballistik raketlər və dronlarla məhdudlaşmır, bu, həm bölgə, həm də dünya üçün mülki insanların həyatını təhdid edən “fəlakətli ssenarilər” yaradır.

İranın xarici işlər naziri Abbas Əraqçi ilə Avropa İttifaqının xarici siyasət üzrə ali nümayəndəsi Kaya Kallas Dohada görüş keçirib. Danışıqlar zamanı əsas diqqət üç Avropa ölkəsinin (Böyük Britaniya, Fransa və Almaniya) əvvəlki BMT Təhlükəsizlik Şurası qətnamələrini yenidən tətbiq etmək qərarına yönəlib.

İranla Beynəlxalq Atom Enerjisi Agentliyi (UAEA) rəsmilərinin Vyanada yeni əməkdaşlıq modelini müəyyənləşdirmək üçün ekspertlər səviyyəsində görüşəcəyi bildirilib. İran dövlət televiziyasına danışan İranın BMT-nin Vyana ofisi yanındakı daimi nümayəndəsi Rza Nəcəfi, Tehran nümayəndə heyəti ilə UAEA yetkililəri arasında yeni bir danışıqlar turunun başladığını açıqlayıb. Nəcəfi qeyd edib ki, görüşlər İran parlamenti tərəfindən təsdiqlənmiş və UAEA ilə əməkdaşlığın müvəqqəti dayandırılmasını nəzərdə tutan qanun çərçivəsində, yeni şərtlər daxilində əməkdaşlığın müəyyən edilməsi məqsədilə keçirilir.

İran Xarici İşlər Nazirliyi, Fars (Ərəb) körfəzində yerləşən Əbu Musa, Böyük Tonb və Kiçik Tonb adaları ilə bağlı Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) üzv ölkələrinin xarici işlər nazirlərinin birgə bəyanatına sərt reaksiya verib. bəyanatda qeyd olunub ki, “İranın bu üç ada ilə bağlı atdığı hər hansı qərar və ya addım Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) suverenliyini təsdiqləyən tarixi və hüquqi faktların yerini tuta bilməz”. Tehran isə bu iddiaları “köhnəlmiş və hüquqi əsası olmayan” adlandırıb.