#Tehran

İran Ordusunun Baş komandanı general-leytenant Əmir Hatəmi İran və ABŞ arasında mümkün hərbi qarşıdurma ehtimalına qarşı yüksək hazırlıq vəziyyətində olduqlarını açıqlayıb. İran ordusunun heç bir ölkəyə qarşı hücum planının olmadığını bildirən komandan əlavə edib ki, ölkəyə yönəlmiş təhdidlər cavabsız qalmayacaq və İran hərbi rəhbərliyi istənilən ssenariyə hazırdır.

ABŞ Mərkəzi Qüvvələr Komandanlığı (CENTCOM) İran ordusunun Hörmüz boğazında keçirməyi planlaşdırdığı hərbi atış fəaliyyəti öncəsi təhlükəsizlik xəbərdarlığı yayıb. Bildirilib ki, İran İnqilab Keşikçiləri Korpusu tərəfindən elan edilən dəniz təlimləri beynəlxalq dəniz nəqliyyatının təhlükəsizliyini riskə atmadan, peşəkar və məsuliyyətli şəkildə həyata keçirilməlidir.

İran İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi regional və ikitərəfli məsələləri müzakirə etmək məqsədilə sabah Türkiyəyə səfər edəcək. Görüşlər zamanı Türkiyə ilə İran arasında dərin tarixi bağlara əsaslanan əlaqələrin regional təhlükəsizlik, sabitlik və rifah baxımından mühüm əhəmiyyət daşıdığı vurğulanacaq.

Avropa İttifaqının xarici siyasət üzrə ali nümayəndəsi Kaja Kallas bildirib ki, Aİ xarici işlər nazirləri İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) terror təşkilatları siyahısına salınması məsələsini müzakirə etməyə hazırlaşır. Brüsseldə keçiriləcək toplantı ərəfəsində jurnalistlərə açıqlama verən Kallas, İranda kütləvi etiraz aksiyalarına qarşı tətbiq olunan sərt və ölümcül repressiyaların bu qərarı zəruri etdiyini vurğulayıb.

ABŞ Prezidenti Donald Tramp İran istiqamətində yeni hərbi donanmanın yola salındığını açıqlayıb. ABŞ prezidenti İranın nüvə potensialı ilə bağlı əvvəlki əməliyyatlara da toxunaraq, 2025-ci ilin iyun ayında həyata keçirilən “Operation Midnight Hammer” əməliyyatı nəticəsində Tehranın nüvə imkanlarının məhv edildiyini deyib.

İranın devrilmiş şahının oğlu Rza Pəhləvi İtaliyanın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) terror təşkilatı kimi tanınması təşəbbüsünü dəstəklədiyini açıqlayıb. ABŞ-da yaşayan Rza Pəhləvi daha əvvəl hakimiyyətə gələcəyi təqdirdə İsraili tanıyacağını və İranın nüvə proqramını dayandıracağını açıqlamışdı. O, həmçinin İran rəhbərliyinin devrilməsini dəstəkləyən çağırışlar edib və bəzi hallarda ölkəyə zərbələrin endirilməsini müdafiə edib.

İsrail ordusu ABŞ-nin İrana mümkün hərbi zərbəsi ehtimalı fonunda regionda yarana biləcək risklərə qarşı bütün istiqamətlər üzrə hazırlıq tədbirlərini gücləndirib. Milo qeyd edib ki, vəziyyətin hansı istiqamətdə inkişaf edəcəyini proqnozlaşdırmaq çətindir, bu səbəbdən İsrail ordusu həm müdafiə, həm də hücum imkanlarını yüksək səviyyədə hazır saxlayır. O, Hizbullahın daha geniş miqyaslı qarşıdurmaya qoşulub-qoşulmayacağının da yaxından izlənildiyini vurğulayıb.

ABŞ-ın Suriyadakı kürd silahlı qüvvələrinə verdiyi dəstəkdən imtina etməsi dəyişən hərbi-operativ şəraitin situativ nəticəsidirmi, yoxsa biz daha dərin strateji transformasiyanın şahidi oluruq - yəni Vaşinqtonun münaqişələri vasitəçi (proksi) modellə idarəetmədən imtina edib, Yaxın Şərqdə dövlət iyerarxiyasını bərpa etməyə, qeyri-rəsmi güc mərkəzlərini ləğv etməyə yönəlməsi?

ABŞ Prezidenti Donald Tramp 13 yanvar, çərşənbə axşamı kütləvi etirazlar fonunda İrana hücum əmrini vermək niyyətində olub, lakin son anda bu qərarından imtina edib. Nəşr bildirir ki, Tramp axşam saatlarında əmri verməyə meylli olub və Pentaqona İran üzərinə hücuma hazırlıq göstərişini verib. Lakin prezident məsləhətçilərinin arqumentləri onun fikrini dəyişməsinə səbəb olub. Məsləhətçilər yalnız sürətli hava zərbələri ilə İran rejimini devirmək barədə zəmanət verə bilməyəcəklərini qeyd ediblər.