#rekord

Türkiyədə müdafiə sənayesinin inkişafı və texnoloji transformasiyasında aparıcı rol oynayan ASELSAN, maliyyə göstəriciləri ilə də diqqət mərkəzinə düşür. Şirkət, Borsa İstanbul indeksinə daxil olan şirkətlər arasında bazar dəyəri 1 trilyon Türkiyə lirəsini keçən ilk şirkət olub. Hazırda qlobal maliyyə bazarlarında risklərin azalması və ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz endirimi dövrünə qayıtması, investorların risk iştahını artırıb. Türkiyədə isə Mərkəzi Bankın faiz endirimi siyasəti və iqtisadi idarəetmədə atılan addımlar, Borsa İstanbul-un yüksəlişini gücləndirib.

Mançester Sitinin norveçli hücumçusu Erlinq Haaland futbol tarixində yeni rekorda imza atıb. Əvvəlki rekord hollandiyalı Ruud van Nistelrooya məxsus idi. O, Mançester Yunayted və Real Madrid formalarında 62 oyunda 50 qola çatmışdı. Haaland isə bu rekordu 13 oyun daha az müddətdə qıraraq futbol tarixində adını yazdırdı.