#İslandiya

Danimarkanın Baş naziri Mette Frederiksen qlobal təhlükəsizlik mühitində artan risklər fonunda Avropanın müdafiə imkanlarının gücləndirilməsinə və NATO-nun daha da möhkəmləndirilməsinə çağırış edib. Ankarada keçirilən NATO Dövlət və Hökumət Başçılarının 36-cı Zirvə toplantısından əvvəl jurnalistlərə açıqlama verən Frederiksen bildirib ki, NATO tarixdə yaradılmış ən güclü hərbi alyansdır və bu status qorunub saxlanmalıdır.

Avstraliya, Kanada, Danimarka, Estoniya, Finlandiya, Fransa, İslandiya, Latviya, Litva, Norveç və İsveç xarici işlər nazirləri, eləcə də Avropa İttifaqının xarici siyasət rəhbəri Kaya Kallas Livanda gərginliyin artmasına dair dərin narahatlıq ifadə ediblər. Rəsmi şəxslər atəşkəs razılaşmasının icrasını dəstəklədiklərini və Livanın səlahiyyətlərini genişləndirmək səylərini alqışladıqlarını bildiriblər. Bəyanatda Hizbullahdan hücumların dayandırılması, İsraildən isə Livanın suverenliyinə hörmət göstərməsi və hərbi gərginliyi dayandırması tələb olunub. Xarici işlər nazirləri bütün tərəfləri maksimum təmkin göstərməyə, atəşkəsə riayət etməyə və mülki vətəndaşların qorunmasını təmin etməyə çağırıb. Bu addım regionda gərginliyin azaldılması və sülhün təşviqi məqsədini güdür.

Azərbaycan milli futbol komandası bu gün 2026-cı il dünya çempionatının seçmə mərhələsində İslandiya yığması ilə üz-üzə gələcək. Görüş 8-ci km qəsəbə stadionunda saat 21:00-da start götürəcək. Millimiz bu qarşılaşmaya əvvəlki oyundakı məğlubiyyətdən sonra çıxır. Komandamız son matçında Ukrayna ilə qarşılaşıb və 1:2 hesabı ilə uduzub. Baş məşqçi bu dəfəki görüşdə səhvləri təkrarlamamaq və azarkeşlərə qələbə sevinci yaşatmaq məqsədində olduqlarını bildirib.