Kaspar Yulmann Almaniyanın “Bayer” klubunun baş məşqçisi təyin olunub. Məlumata görə, 53 yaşlı danimarkalı mütəxəssislə 2027-ci iyunun 30-dək müqavilə imzalanıb. Yulmann bu vəzifədə niderlandlı Erik ten Haqı əvəzləyib. Ten Haqın rəhbərliyi altında “Bayer” üç rəsmi oyun keçirib. Onlardan biri qələbə, biri heç-heçə, biri isə məğlubiyyətlə nəticələnib.
#Bayer
“Kristal Pelas” klubu İngiltərə Superkuboku matçında penaltilər seriyasında “Liverpul”u məğlub edib. Matçın əsas vaxtı 2:2 hesabı ilə başa çatıb. “Kristal Pelas”ın heyətində Jan-Filipp Mateta (17-ci dəqiqə, penalti) və İsmaila Sarr (77) fərqləniblər. “Liverpul”un qollarını Uqo Ekitike (4) və Ceremi Frimponq (21) vurub. Penaltilərdə “Kristal Pelas” 3:2 hesabı ilə üstün olub.
1998-ci ilin dünya və 2000-ci ilin Avropa çempionu Zinəddin Zidan 2026-cı il dünya çempionatından sonra Fransa millisinin baş məşqçisi olacaq. Bu barədə “Defensa Central” portalı məlumat yayıb.