#Alternativ enerji

“Rosneft”in baş direktoru İqor Seçin ABŞ neft və qaz şirkətlərinin Hörmüz boğazındakı gərginlikdən strateji və maliyyə baxımından faydalandığını bildirib. Seçin qeyd edib ki, ABŞ şirkətləri yüksək qiymətə neft sataraq rekord gəlir əldə edib. Eyni zamanda o, Çinin enerji təhlükəsizliyi və alternativ enerji infrastrukturuna sərmayələr qoyaraq bu cür gərginliklərə qarşı daha hazırlıqlı olduğunu vurğulayıb. Bölgədə yaranmış qarşıdurmalar qlobal enerji təminatı və dəniz nəqliyyatına təhdid yaradıb, atəşkəs qüvvəyə minib, lakin diplomatik səylər davam edir.

İsrail tərəfi son günlərdə Misirlə imzalanmış iri həcmli qaz müqaviləsini ləğv etmək ehtimalını gündəmə gətirib. İsrail mediasının yazdığına görə, Netanyahu və enerji naziri Eli Kohen avqustda imzalanmış sövdələşməni yenidən nəzərdən keçirmək niyyətindədirlər. Bu isə Qahirədə ciddi narazılıq yaradıb.Misir Prezidenti Əbdülfəttah əs-Sisi, Baş nazir Mustafa Madbuli və neft naziri Karim Bədavi ilə keçirdiyi iclasda yerli qaz hasilatının artırılması, yeni enerji strategiyası və enerji mərkəzinə çevrilmə planları müzakirə olunub.