#Hind

Sözlükdə "bir şeyi olduğundan başqa cür göstərmək, aldatmaq, oyatmaq; birinin marağını çəkmək, könlünü oxşamaq" mənalarını verən və məsdər olan sehr kəlməsi; "hiylə, aldatma; səbəbi gizli qalan iş" mənalarında isim kimi də istifadə olunur. Raqib əl-İsfahaninin izahlarından yola çıxaraq sehr terminini "əl cəldliyi, gözboyama və sirli sözlər söyləmə yolu ilə həyata keçirilən hiylə və aldatma işi, şeytanla yaxınlıq qurub ondan yardım alma və cisimlərin şəklini dəyişdirmə iddiası" kimi tərif etmək mümkündür.

Hinduizmdə altı ortodoks düşüncə/inanc axınından (āstika) biri sayılan yoga, Buddizm və Caynizmdə daha dar işlənmə çərçivəsində zehni meditasiya/yoğunlaşma üçün vasitəçi bir metod kimi qəbul edilir. Yoga, Orta əsrlərdə İslam təsəvvüfündəki bəzi tətbiqləri, müasir dövrlərdə isə populyar bir sıra dini hərəkatları təsirləyə biləcək qədər güclü bir mədəniyyətin formalaşmasına töhfə vermişdir.