#Truth Social

Donald Tramp ABŞ-nin İran da daxil olmaqla rəqiblərinə qarşı üstünlük qazandığını iddia edib. ABŞ Prezidenti bu barədə “Truth Social” hesabında paylaşım edib. Tramp demokratları “saxta sorğular” yaymaqda ittiham edib. Onun fikrincə, belə sorğular respublikaçı seçiciləri ruhdan salmağa yönəlib. Tramp ölkədə əhvali-ruhiyyənin yüksək olduğunu bildirib. O, ABŞ-nin “hamıya, o cümlədən İrana qarşı qalib gəldiyini” bəyan edib. Tramp İranı iqtisadi və hərbi baxımdan ciddi tənəzzül içərisində olan ölkə kimi xarakterizə edib. ABŞ Prezidentinin İranla bağlı iddialarını təsdiqləyən konkret göstəricilər paylaşımda təqdim edilməyib.

ABŞ Prezidenti Donald Tramp İranın təzminat tələb etməsinə cavab olaraq Vaşinqtonun da Tehrandan kompensasiya istəyəcəyini bildirib. Tramp İranın əvvəlki danışıqlarda belə tələb irəli sürmədiyini iddia edib. O, ABŞ vətəndaşlarına qarşı hücumlarda ölən və yaralanan şəxslərin ailələri üçün təzminat tələb edəcəyini açıqlayıb. Tramp "USS Cole" gəmisinə hücum və digər münaqişələrdə ölənləri nümunə göstərib. O, həmçinin İrandakı etiraz aksiyalarında ölən şəxslərin ailələrinə ödəniş edilməsini tələb edib. ABŞ prezidentinin sözlərinə görə, bu məsələ gələcək danışıqlarda gündəmə gətiriləcək. İran isə daha əvvəl ABŞ və İsrailin əməliyyatları nəticəsində dəymiş zərərə görə kompensasiya tələb etmişdi.

ABŞ Prezidenti Donald Tramp Truth Social platformasında paylaşdığı açıqlamada müdafiə naziri Pit Heqsetə dəstəyini ifadə edib və İrana qarşı aparılan hərbi əməliyyatların "çox yaxşı getdiyini" bildirib. Tramp əməliyyatların məqsədinin İranın nüvə silahına sahib olmasının qarşısını almaq olduğunu vurğulayıb. İran tərəfi hələlik bu açıqlamaya rəsmi reaksiya verməyib.

Donald Tramp İranla bağlı sərt açıqlama verib. O, Tehranın ABŞ ilə danışıqları inkar etməsinə baxmayaraq, dolayısı ilə təmaslar apardığını iddia edib. Tramp Hörmüz boğazına ABŞ Hərbi Dəniz Qüvvələrinin nəzarət etdiyini bildirib. Prezident İranın qarşısında yalnız iki seçim – razılaşma və ya tam təslim olmağın qaldığını söyləyib. O, həmçinin İranın heç vaxt nüvə silahı əldə etməsinə imkan verilməyəcəyini vurğulayıb. İran tərəfi isə daha əvvəl ABŞ ilə hazırda heç bir birbaşa danışığın aparılmadığını bəyan edib.

Donald Trampın İranla bağlı siyasəti ABŞ Konqresində tənqid edilir. Məlumata görə, həftəsonu Səudiyyə Ərəbistanı rəhbərliyi ilə aparılan telefon danışıqlarından sonra Tramp planlaşdırılan hücumu dayandırıb. Prezident "Truth Social" platformasında razılaşmanın əsas parametrləri üzrə anlaşma əldə olunduğunu bildirib. Bununla belə, həmin açıqlamanın məzmunu hələ də aydın deyil. Konqresdə bəzi siyasətçilər ABŞ-ın mövcud strategiyasını qeyri-effektiv hesab edirlər. Onların fikrincə, davamlı təhdid və geri çəkilmə siyasəti münaqişənin həllinə kömək etmir.

Donald Tramp husilərin mümkün yeni hücumlarına görə İranı məsuliyyət daşıyan tərəf hesab edəcəklərini bildirib. O, husiləri İranın dəstəklədiyi qüvvə adlandırıb. Tramp ABŞ-ın bir il əvvəl husilərə qarşı güclü hərbi əməliyyat keçirdiyini xatırladıb. Onun sözlərinə görə, husilər sonradan yenidən hücumlara başlayıblar. ABŞ Prezidenti iki Səudiyyə Ərəbistanı gəmisinə hücum edildiyini iddia edib. Tramp hücumların təkrarlanacağı halda İran və husilərə qarşı sərt hərbi tədbirlər görüləcəyini bəyan edib. İran bu açıqlamaya hələlik rəsmi cavab verməyib.

ABŞ Prezidenti Donald Tramp İrana qarşı yeni hərbi xəbərdarlıq edib. O bildirib ki, İran Hörmüz boğazında gəmilərə hücum edərsə, ABŞ cavab olaraq İranın körpülərini və ya elektrik stansiyalarını vuracaq. Tramp bu hədəflər sırasında Tehran və onun ətrafındakı obyektlərin də ola biləcəyini qeyd edib. Bəyanat Truth Social platformasında yayımlanıb. Açıqlama ABŞ ilə İran arasında gərginliyin daha da artdığı bir vaxta təsadüf edir. Son günlər Hörmüz boğazında təhlükəsizlik vəziyyəti kəskinləşib. İran hələlik bu bəyanata rəsmi cavab verməyib. Regionda hərbi eskalasiyanın daha da dərinləşə biləcəyi ilə bağlı narahatlıqlar artır.

Donald Trampın sosial media şirkətinin yeni ödənişli məlumat xidməti təqdim etməyə hazırlaşdığı bildirilir. Məlumata görə, xidmət istifadəçilərə Trampın paylaşımlarını digərlərindən daha tez görmək imkanı yaradacaq. Aylıq xidmət haqqının 100 min ABŞ dollarına qədər ola biləcəyi iddia edilir. Yeni sistem əsasən banklar və investisiya şirkətləri üçün nəzərdə tutulub. "Truth API" adlı xidmət platformanın ən nüfuzlu hesablarının paylaşımlarını daha sürətli çatdıracaq. Bu, şirkətin məlumatların lisenziyalaşdırılması sahəsində ilk təşəbbüsü olacaq. Şirkət bununla yeni gəlir mənbəyi yaratmağa çalışır. Hazırda yayılan məlumat rəsmi şəkildə təsdiqlənməyib.

ABŞ Prezidenti Donald Tramp İranın Hörmüz boğazında gəmilərdən heç bir rüsum tələb etmədiyini ABŞ-a bildirdiyini açıqlayıb. O, bu məlumatın yanlış olması halında danışıqların dayandırılacağını deyib. Tramp ABŞ-ın İran vəsaitləri üzərində nəzarət saxladığını və onların ərzaq alışına yönəldiləcəyini bildirib. O, İranın ərzaq ehtiyaclarının ABŞ vasitəsilə təmin ediləcəyini qeyd edib. Açıqlama Hörmüz gərginliyi fonunda verilib.

ABŞ və İran gözlənilmədən iki həftəlik atəşkəs elan etdilər, lakin bundan sonra nələrin baş verəcəyi ilə bağlı saysız-hesabsız suallar açıq qalır. İsrail də hesabatlara görə, könülsüz olsa da, atəşkəsə razılıq verib. Vaşinqton və Tehran "qələbə" elan etsələr də, bu müharibənin bitdiyini söyləmək hələ çox tezdir. Bir çox əsas məsələ həll olunmamış qalır, raketlər və pilotsuz uçuş aparatları (dronlar) atəşkəs elanından sonra belə bölgədə uçmağa davam edir. Belə ki, bir neçə Körfəz ölkəsi çərşənbə günü İranın hücumlarına məruz qaldığını bildirib, İsrail isə Livanda böyük zərbələr endirib.