#Fənərbağça

UEFA Çempionlar Liqası Play-Off mərhələsinin cavab oyununda Fenerbahçənin Benfika ilə keçirəcəyi görüşün hakimi müəyyənləşib. 27 avqust Çərşənbə günü saat 22:00-da Lissabonda baş tutacaq qarşılaşmanı Sloveniya Futbol Federasiyasının nümayəndəsi Slavko Vinçiç idarə edəcək.

Fənərbağça, Meksika millisinin kapitanı və Vest Ham Yunatedin yarımmüdafiəçisi Edson Alvarezi 2025–2026 mövsümünün sonuna qədər icarəyə götürdüyünü açıqlayıb. Təcrübəli yarımmüdafiəçi imza mərasimindən sonra hisslərini bölüşüb.

Türkiyə təmsilçisi Fənərbağça, UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində Portuqaliyanın Benfika klubu ilə qarşılaşacaq. Komandalar sonuncu dəfə 2018-ci ildə qarşı-qarşıya gəliblər. İki oyunun nəticəsinə görə 2-1 hesabı ilə qalib gələn Benfika növbəti mərhələyə keçmişdi.

UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyununda “Fenerbahçe” “Feyenoord”a əlavə vaxtda qol buraxaraq 2:1 hesabı ilə məğlub olub. Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyununda "Fənərbaxça" və "Feyenoord" Hollandiyada üz-üzə gəlib. "Stadion Feijenoord"da keçirilən matçın 19-cu dəqiqəsində Timber hesabı açıb. Sarı kanaryalılar 42-ci dəqiqədə En-Nesyrinin qapısından qol vursalar da, oyundankənar vəziyyət səbəbindən qol qəbul edilməyib.