Türkiyənin tanınmış futbol klubu Fenerbahçe, 18 oktyabr – Azərbaycanın Müstəqillik Günü münasibətilə təbrik ünvanlayıb. Klubun rəsmi sosial media hesablarında paylaşılan mesajda Azərbaycanın müstəqillik günü qeyd edilərək, "Can Azərbaycan" ifadəsi ilə iki ölkə arasındakı dostluq və qardaşlıq münasibətlərinə diqqət çəkilib.
#Fənərbağça
Fənərbaxça, UEFA Avropa Liqasının qrup mərhələsindəki ilk oyununda bu gün Xorvatiyada Dinamo Zaqrebin qonağı olacaq. Maksimir Stadionunda baş tutacaq qarşılaşmanı fransız hakim Jerom Brizar idarə edəcək. Görüş Bakı vaxtı ilə saat 23:00-da TRT 1-də canlı yayımlanacaq. Super Liqada son iki oyunundan heç-heçə ilə ayrılan Fənərbaxça, bu oyunda uğurlu nəticə əldə etməyə çalışacaq. Komandanın baş məşqçisi Domeniko Tedesko qarşılaşma öncəsi qələbəyə fokuslandıqlarını bildirib. Dinamo Zaqreb isə Xorvatiya çempionatında mövsümə yaxşı start verib – 7 oyunda 5 qələbə, 1 heç-heçə və 1 məğlubiyyətlə turnir cədvəlinə başçılıq edir.
Fənərbaxça İdman Klubunun fövqəladə seçkili ümumi qurultayının ilk günü başlayıb. Klubun hazırkı prezidenti Ali Koç dördüncü dəfə bu vəzifəyə namizəd olub. Onun əsas rəqibi iş adamı Sadettin Saran isə seçkilərdə qalib gəldiyi halda, klubun 38-ci prezidenti olacaq. Ali Koç Fənərbaxçada ilk dəfə 2-3 iyun 2018-ci ildə keçirilən ümumi qurultayda prezident seçilmişdi. O vaxt klubda 20 il rəhbərlik edən Aziz Yıldırımı böyük səs fərqi ilə məğlub etmişdi. Həmin tarixdən bəri Koç üç qurultayda da vəzifəsini qoruyub saxlayıb.
UEFA Çempionlar Liqasının əsas mərhələsinin birinci turunda Portuqaliyada Qarabağ Benfikanı 3:2 hesabı ilə məğlub edib. Bu qələbədən sonra Benfika klubu baş məşqçisi Brunu Laje ilə yollarını ayırmağa qərar verib. Mediada yayılan xəbərlərə görə klub komandanın baş məşqçi postuna, Joze Mourinyonu gətirmək istəyir. Qeyd edək ki, Mourinyo son olaraq Türkiyənin Fənərbağça klubunu çalışdırıb, lakin uğursuz nəticələr fonunda sarı-göylü komanda onun müqaviləsinə xitam verib.
Türkiyənin "Fənərbağça" klubu baş məşqçi Joze Mourinyonun ayrılmasından sonra 39 yaşlı italiyalı mütəxəssis Domeniko Tedesko ilə müqavilə imzalayıb. Bu barədə klubun yaydığı açıqlamada deyilir. “Komandanın baş məşqçiliyi üçün cənab Domeniko Tedesko ilə 2025-2026 və 2026-2027 mövsümlərini əhatə edən iki illik müqavilə imzalanıb” - deyə, açıqlamada bildirilib.
Qalatasaray baş məşqçisi Okan Buruk, yay transfer pəncərəsinin son günlərində İnterin yarımmüdafiəçisi Hakan Çalhanoğlunu heyətə qatmaq üçün cəhd etdiklərini, lakin müqavilənin baş tutmadığını açıqlayıb. Qalatasaray rəhbərliyi ötən həftə Çalhanoğlu üçün son addımı atsa da, Milan klubu transferi bloklayıb.
Türkiyənin tanınmış klublarından Fənərbaxça, 28 yaşlı cinah oyunçusu Cengiz Ünderin satın alma opsiyası ilə Beşiktaş klubuna icarəyə verildiyini açıqlayıb. Fənərbaxça klubunun yaydığı rəsmi məlumatda transferin mövsüm sonuna qədər keçərli olduğu bildirilib. Cengiz Ünder peşəkar futbol karyerasına Altınordu klubunun altyapısında başlayıb. 2016-17 mövsümündə İstanbul Başakşəhərə transfer olunan oyunçu, burada keçirdiyi 43 qarşılaşmada 9 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Bu uğurlu çıxışın ardından o, təxminən 14 milyon avroya İtaliyanın Roma klubuna transfer olunub.
İngiltərə Premyer Liqasında Tottenhemin sabiq baş məşqçisi olan Ange Postecoglou, hazırda baş məşqçisiz qalan Almaniyanın Bayer Leverkuzen və Türkiyənin Fənərbağça klublarının gündəmindədir. Məhşur idman jurnalisti Fabrizio Romanonun məlumatına görə, Leverkuzen rəhbərliyi Bundesliqada cəmi iki oyundan sonra Erik ten Haq ilə yollarını ayırıb, Fənərbaxça isə Çempionlar Liqasına vəsiqə qazana bilmədiyi üçün Joze Mourinyonu postundan uzaqlaşdırıb.
Fənərbağça, İngiltərə Premyer Liqasının nəhənglərindən Mançester Siti ilə braziliyalı qapıçı Edersonun transferi üçün razılığa gəlib. Edersonun yaxın günlərdə İstanbulda tibbi müayinədən keçdikdən sonra rəsmi müqaviləyə imza atacağı gözlənilir.
UEFA Avropa Liqasının 2025/26 mövsümü üçün keçirilən püşkatma nəticəsində Fənərbağçanın rəqibləri bəlli olub. UEFA-nın İsveçrədə təşkil etdiyi tədbirdə püşkatma Bakı vaxtı ilə saat 14:00-da başlayıb.
Fənərbağça artıq Real Madridə Luninlə bağlı rəsmi məktub göndərib. Məktubda qapıçının müqavilə şərtləri və transfer imkanları barədə məlumat tələb olunub. Mourinyo transfer pəncərəsinin bağlanmasına sayılı günlər qalmış Madrid klubunun mövqeyini yoxlamaqda israrlıdır
Fənərbağça, UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab görüşündə Portuqaliyanın Benfika komandası ilə səfərdə qarşılaşacaq. İstanbulda, Kadıköy stadionunda oynanan ilk oyun 0:0 hesabı ilə başa çatmışdı. Bu oyunun qalibi turnirin qrup mərhələsinə vəsiqə qazanacaq. Estadio da Luz stadionunda keçiriləcək qarşılaşma avqustun 28-də, saat 23:00-da başlayacaq. Oyun TRT 1 kanalında canlı yayımlanacaq. Matçı Sloveniya Futbol Federasiyasından Slavko Vinçiç idarə edəcək. Ona köməkçilər olaraq Tomaz Klancnik və Andaz Kovaçiç təyin olunub. Qeyd edək ki, Vinçiç ötən mövsüm Trendyol Super Liqasında keçirilən Qalatasaray–Fənərbağça derbisini də idarə etmişdi.