UEFA Avropa Liqasının 5-ci həftəsində təmsilçimiz Fənərbaxça, Macarıstanın Ferentsvaroş komandasını qəbul edir. Qarşılaşma bu gün saat 21:45-də Çobani Stadionunda start götürəcək. Oyunu ispaniyalı hakim Rikardo de Burqos idarə edəcək. Ona İker De Fransisko və Asyer Perez De Mendiola kömək edəcəklər. Matçın dördüncü hakimi isə Adrian Kordero olacaq. Avropa Liqasına səfərdə Dinamo Zaqreb məğlubiyyəti ilə başlayan Fənərbaxça, daha sonra evində Nitsa və Ştutqarta qalib gəlib, səfərdə Viktoriya Plzenlə heç-heçə edib.
#Ferentsvaroş
UEFA Avropa Liqasının 2025/26 mövsümü üçün keçirilən püşkatma nəticəsində Fənərbağçanın rəqibləri bəlli olub. UEFA-nın İsveçrədə təşkil etdiyi tədbirdə püşkatma Bakı vaxtı ilə saat 14:00-da başlayıb.
UEFA Çempionlar Liqasının pley-off mərhələsində Bakıda “Qarabağ” və “Ferensvaroş” (Macarıstan) komandaları arasında keçirilən cavab oyunu başa çatıb. Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil edilən görüş rəqibin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
UEFA Çempionlar Liqasının pley-off mərhələsində Bakıda "Qarabağ"la "Ferensvaroş" (Macarıstan) arasında keçiriləcək cavab oyun üçün start heyətlər açıqlanıb. komandalar bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda saat 20:45-da start götürəcək matçda meydana aşağıdakı heyətlərlə çıxacaqlar.
Azərbaycan təmsilçisi Qarabağ bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab qarşılaşması çərçivəsində Macarıstanın Ferentsvaroş klubu ilə qarşılaşacaq. İlk görüşdə təmsilçimiz Macarıstanda 1-3 hesabı ilə qalib gəlib və Çempionlar Liqasına bir addım daha yaxınlaşıb.
Azərbaycan təmsilçisi Qarabağ bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsində Macarıstanın Ferentsvaroş klubu ilə qarşılaşacaq.