#Azərbaycan Ermənistan sülh razılaşması

Onun sözlərinə görə, İran Cənubi Qafqaz üzrə mövqeyini bəyan edib və bildirib ki, regiondan kənar qüvvələrin Cənubi Qafqaza müdaxiləsinə həssasdır. Bu məsələ dərhal Ermənistana elan edilib. Ermənistan tərəfi İran tərəfinə vəziyyəti izah edib və İranı arxayın edib ki, ABŞ şirkətləri ilə şəriklik Ermənistanda ölkə qanunlarına əsasən qeydiyyatdan keçən və həmin əsasda fəaliyyət göstərən formada olacaq.

Cənubi Qafqazda sülh və sabitlik İran üçün əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, İranın Cənubi Qafqaz ölkələri ilə yaxşı münasibətləri var. İran region ölkələri arasında ikitərəfli əməkdaşlığın və sülhün möhkəmlənməsinə kömək edə biləcək istənilən addımı dəstəkləməyə hazırdır. Bəqai bildirib ki, İran Cənubi Qafqazdakı prosesləri tam ciddi şəkildə izləyir. Heç bir məsələni kiçiltmir və sadələşdirmir. Ölkədə bəzi təhlillərdən və yanlış məlumatların yayımlanmasından çəkinmək lazımdır. Bəzi təhlillər yanlış məlumatlara əsaslanır və İranın Cənubi Qafqaz ölkələri ilə münasibətlərin korlanması məqsədini güdə bilər. İran XİN ölkədə yanlış anlaşılmazlığa səbəb ola biləcək ifadələr və terminlərdən istifadə olunmamasını tövsiyə edir.

12 avqust 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan arasında telefon danışığı aparılıb. Nazirlər telefon danışığında Vaşinqton Zirvə görüşü zamanı imzalanmış Birgə Bəyannamənin icrasını, eləcə də etimad quruculuğu tədbirlərini müzakirə ediblər.

Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri Prezident İlham Əliyevə müraciət ünvanlayıblar. Zati-aliləri, "Konstitusiya və Suverenlik İli" elan etdiyiniz 2025-ci ildə - Böyük Qarabağ Zəfərinin 5-ci ildönümü ərəfəsində Azərbaycan xalqına yaşatdığınız misilsiz qürur və sevincə görə Azərbaycan din xadimlərinin və dindarlarının dərin minnətdarlığını Cənabınıza ifadə etməkdən böyük şərəf duyuruq. Sizin dünyanın lider ölkəsində yüksək səviyyədə qəbulunuz zamanı imzalanmış sənədlərin dəyər və mahiyyəti onun tarixi əhəmiyyətini müəyyən edir.

Azərbaycan və Ermənistan sərhədində üçüncü ölkə qüvvələri olmayacaq. "Tərəflər qarşılıqlı sərhədə hər hansı üçüncü tərəfin qüvvələrini yerləşdirməyəcəklər. Tərəflər, qarşılıqlı sərhədin delimitasiyası və sonrakı demarkasiyasının başa çatmasına qədər, sərhəd bölgələrində təhlükəsizlik və sabitliyin təmin olunması məqsədilə, hərbi sahə də daxil olmaqla, qarşılıqlı razılaşdırılmış təhlükəsizlik və etimad-quruculuğu tədbirləri həyata keçirəcəklər", - sənəddə deyilir.

Azərbaycan və Ermənistan problemli məsələləri ikitərəfli qaydada həll etmək öhdəliyi götürüblər. Bakı və İrəvan bir-birinə qarşı beynəlxalq hüquqi iddialardan imtina edirlər. "Tərəflər, onların beynəlxalq hüquq və qarşılıqlı münasibətlərində onlar üçün məcburi xarakter daşıyan müqavilələr üzrə hüquq və öhdəliklərinə xələl gətirmədən, bu Sazişin təfsiri və tətbiqi ilə bağlı hər hansı mübahisəni, XIII Maddədə istinad olunan Komissiya da daxil olmaqla, birbaşa məsləhətləşmələr yolu ilə həll etmək istiqamətində çalışacaqlar. Bu məsləhətləşmələr 6 ay ərzində Tərəflərin hər ikisi üçün məqbul nəticə vermədiyi təqdirdə, Tərəflər mübahisələrin dinc yolla həllinin digər vasitələrinə müraciət edəcəklər", - sənəddə deyilir.

Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi ilk dəfə olaraq “separatizm” anlayışına aydınlıq gətirir. "Tərəflər dözümsüzlük, irqi nifrət və ayrıseçkilik, separatizm, zorakı ekstremizm və terrorizmin bütün təzahürlərini pisləyirlər və özlərinin müvafiq yurisdiksiyaları çərçivəsində bu hallarla mübarizə aparacaqlar və özlərinin bununla bağlı müvafiq beynəlxalq öhdəliklərinə əməl edəcəklər", - sənəddə deyilir.

Bakı və Yerevan itkin düşmüş şəxslərin taleyi ilə bağlı məlumat mübadiləsi aparacaqlar. "Tərəflər, onların hər ikisinin də cəlb olunduğu hərbi münaqişədə baş vermis itkin düşmüş şəxslər və məcburi yoxaçıxma ilə bağlı halların həlli üçün birbaşa və ya müvafiq olduğu təqdirdə, aidiyyəti beynəlxalq təşkilatlarla əməkdaşlıq vasitəsilə, həmin şəxslər haqqında bütün mövcud məlumatların mübadiləsi də daxil olmaqla, tədbirlər görəcəklər. Tərəflər, bu çərçivədə, sözügedən şəxslərin taleyinə aydınlıq gətirilməsinin, o cümlədən, müvafiq olduğu təqdirdə, onların qalıqlarının axtarılması və geri qaytarılmasının, zəruri istintaq tədbirləri yolu ilə həmin şəxslərə münasibətdə ədalətin təmin edilməsinin barışıq və etimadın qurulması vasitəsi kimi əhəmiyyətini qəbul edirlər. Bununla əlaqəli müvafiq modallıqlar müzakirə ediləcək və ayrıca sazişdə təfərrüatlı şəkildə razılaşdırılacaqdır", - sənəddə deyilir.

Azərbaycan və Ermənistan bir-birinə qarşı güc tətbiqindən imtina edirlər. "Tərəflər bir-biri ilə qarşılıqlı münasibətlərdə ərazi bütövlüyü və ya siyasi müstəqilliyə qarşı və ya BMT Nizamnaməsinə zidd olan hər hansı bir digər formada, güc tətbiq etməkdən və ya güc tətbiq etməklə hədələməkdən çəkinəcəklər. Onlar öz müvafiq ərazilərindən hər hansı üçüncü tərəfin digər Tərəfə qarşı BMT Nizamnaməsinə zidd olaraq güc tədbiq etmək üçün istifadə edilməsinə imkan verməyəcəklər", - sənəddə deyilir.

Bakı və İrəvan indi və gələcəkdə bir-birinə qarşı ərazi iddialarından imtina edirlər. "Tərəflər, I Maddəyə tam riayət etməklə, bir-birinə qarşı hər hansı ərazi iddialarının olmadığını və gələcəkdə belə iddialar qaldırılmayacağını təsdiq edirlər; Tərəflər digər tərəfin ərazi bütövlüyü və ya siyasi birliyini tamamilə və ya qismən parçalamağa yönəlmiş hər hansı bir hərəkətə, o cümlədən belə hərəkətlərin planlaşdırılmasına, hazırlanmasına, həvəsləndirilməsinə və dəstəklənməsinə yol verməyəcəklər", - sənəddə deyilir.