#Azərbaycan Ermənistan sülh razılaşması

Azərbaycan ilə Ermənistan arasında sülhün təmin olunması üçün tərəfləri ilk gündən dəstəklədik. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində yüksəksəviyyəli debatlarda çıxışı zamanı deyib. O bildirib ki, avqustun 8-də iki ölkə (Azərbaycan və Ermənistan) arasında davamlı sülhə gedən addımların atılmasından məmnunluq duyur.

Sentyabrın 18-də Avropa İttifaqının genişlənməsi məsələləri üzrə Komissar Marta Kos Bakıda olacaq.Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinə istinadla xəbər verir ki, səfər Ermənistan-Azərbaycan sülh prosesinin həlledici məqamına təsadüf edir və regional inkişafa konkret töhfə olaraq Aİ-nin Regionlararası Əlaqələr Gündəliyini təqdim etmək imkanı yaradacaq.

Birləşmiş Ştatlar sülh prosesində Azərbaycan və Ermənistana kömək etmək öhdəliyinə sadiqdir. Bunu ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Emi Karlon Bakıda qəbul zamanı deyib. "Bu gün biz tarixi bir dövrün şahidi oluruq. Avqustun 8-də ABŞ, Azərbaycan və Ermənistan arasında baş tutan görüş münasibətlərdə yeni səhifə açdı", - müvəqqəti işlər vəkili deyib.

ABŞ nümayəndə heyəti Orta Dəhliz regionunun potensial istifadə olunmamış imkanlarını nümayiş etdirmək üçün bölgəyə səfər edir. Bu haqda ABŞ biznes nümayəndə heyətinin Bakıya səfəri çərçivəsində keçirilən brifinqdə söz açılıb. "Bu üç ölkəni əhatə edən ticarət missiyası Orta Dəhliz regionu qarşısında ABŞ Ticarət Xidməti tərəfindən təsdiqlənmiş bir öhdəlikdir. Qeyd etmək vacibdir ki, konkret bu ticarət missiyası ABŞ hökuməti, xüsusilə ABŞ Ticarət Nazirliyi tərəfindən dəstəklənir.

7 sentyabr 2025-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi səfir Elçin Əmirbəyov "I24 News" televiziya kanalının fransız redaksiyasına müsahibə verib. AzerVoice-in məlumatına görə, o, jurnalist Kristian Maların Azərbaycan və Ermənistan arasında sülh prosesi, 8 avqust Vaşinqton görüşünün Cənubi Qafqaz regionu üçün nəticələri, Azərbaycanın beynəlxalq müstəvidə oynadığı vasitəçi rolu, habelə bəzi beynəlxalq məsələlərə dair suallarını cavablandırıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Çin səfəri sonrası jurnalistlərin suallarını cavablandırarkən, Zəngəzur dəhlizi ilə bağlı açıqlamalar verib. Ərdoğan, 8 avqustda ABŞ-ın paytaxtı Vaşinqtonda Zəngəzur dəhlizi ilə bağlı atılan imzaların, Ermənistan-Azərbaycan normallaşma prosesini sürətləndirdiyini bildirib. O, həm Azərbaycan Prezidenti İlham Əliyev, həm də Ermənistanın Baş naziri Nikol Paşinyanla keçirdiyi ikitərəfli görüşlərdə hər iki liderin eyni mövqedə olduğunu gördüyünü söyləyib.

Türkiyə Xarici İşlər Nazirliyi, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Minsk Qrupunu ləğv etmək qərarını məmnunluqla qarşıladıqlarını açıqlayıb. Nazirliyin yaydığı bəyanatda bildirilir ki, 2025-ci il sentyabrın 1-də ATƏT Nazirlər Şurası tərəfindən qəbul edilən bu qərar regionda sülhün bərqərar olunması baxımından mühüm addımdır. "Minsk Qrupunun bağlanması və ona bağlı qurumların ləğv edilməsi ilə bağlı qərarı məmnunluqla qarşılayırıq. Azərbaycan və Ermənistanın ortaq səyləri nəticəsində mümkün olan bu tarixi qərar, iki ölkə arasında davam edən sülh prosesinin əhəmiyyətli mərhələlərindən birini təşkil edir."

İran Ermənistan və Azərbaycan arasında sülh dialoqunu dəstəkləyir. Bunu İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani erməni həmkarı Armen Qriqoryanla Tehranda baş tutan görüşdə deyib. Onun sözlərinə görə, İran bölgədə sülh və sabitliyin tərəfdarıdır və həmişə regionda davamlı sabitlik istiqamətində region ölkələrini güclü şəkildə dəstəkləyib.

Türkiyənin xarici işlər naziri Hakan Fidan, Ermənistan və Azərbaycan arasında əldə edilən razılaşmalarla yanaşı, Azərbaycanla ABŞ arasında imzalanan sazişlərin bölgədə sülh üçün ümidverici mənzərə yaratdığını bildirib. Nazir qeyd edib ki, hadisələrin ilk günündən etibarən ABŞ rəsmiləri Azərbaycanla təmaslara başlayıb və bu proses Türkiyə ilə də daimi məsləhətləşmələr şəklində davam edib. Fidan bildirib ki, Zəngəzur dəhlizinin elan olunması, Azərbaycanın əvvəldən ortaya qoyduğu əsas tələblərin prinsip etibarilə qəbul edilməsi deməkdir. O, bu mərhələdə dəhlizlə bağlı konkret bir razılaşmanın olmadığını, ancaq konseptual olaraq qəbul edildiyini və bunun tərəflər arasında müzakirə olunacağını deyib.

Avqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistan Baş naziri Nikol Paşinyanın iştirakı ilə Vaşinqtonda baş tutan görüş regionda sülh və sabitliyin qurulması baxımından mühüm əhəmiyyət daşıyır. Bu formatda keçirilən yüksək səviyyəli görüş Cənubi Qafqazda uzun müddət davam etmiş münaqişənin diplomatik yolla həlli istiqamətində yeni mərhələnin başlandığını göstərir.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Prezident İlham Əliyevin Cənubi Qafqaz və Mərkəzi Asiya arasında əlaqələrin möhkəmlənməsinə verdiyi töhfəni yüksək qiymətləndirib. Bubarədə dövlət başçısının "Özbəkistan, Azərbaycan və Avropa – ümumi inkişaf naminə əməkdaşlıq" adlı yüksək səviyyəli görüşün iştirakçılarına müraciətində bildirilib.