Sultan I Muradın hakimiyyəti dövründə xanədan daxilində görünməmiş bir hadisə baş verdi. Sultanın üç oğlu var idi və onların hər biri strateji sancaqları idarə edirdi: Şahzadə Bəyazid Kütahyada, Yaqub Çələbi Karesidə (Balıkəsir), kiçik oğlu Savcı bəy isə Bursa sancağında hökmdarlıq edirdi. Savcı bəyin ətrafında çox sayda tərəfdarın toplanması Sultan Muradın diqqətindən qaçmır. O, böyük oğlu Bəyazidə məktub yazaraq qardaşları barədə məlumat istəyir. Bəyazid cavabında Yaqubun sakit təbiətli olduğunu, lakin Savcının ətrafdakıların təsiri ilə yanlış addımlar ata biləcəyini vurğulayır.
#Osmanlı dövləti tarixi
Osmanlı dövlətinin bəylikdən imperiyaya keçid dövründə bəyliyin əsas hərbi qüvvələrini təşkil edən qazilərin başçısı Süleyman paşanın idarə etdiyi Rumeli, Anadoludan asılı olmayaraq müstəqil bir əraziyə çevrilmişdi. Dövlətin ərazilərinin genişlənməsində Ucların (müsəlman və xristian sərhədlərini ayıran bufer zonalar) rolu əvəzsiz olmuşdur. Bu uc ənənəsi zaman keçdikcə daha da genişlənərək yeni sərhədləri əhatə etməyə başladı.
Osmanlıların Rumeliyə gəlişi Bizans imperatoru Kantakuzenosun Orxan bəydən kömək istəməsi ilə başlayıb.
Görkəmli tarixçi Halil İnalcık Orxan Qazinin oğlu Süleyman paşanın Rumeliyə yerləşdiyi zaman köhnə türk ənənəsinə sadiq qaldığını qeyd edir. Süleyman paşa bölgədə hərbi üstünlüyü qorumaq üçün dərhal sağ, orta və sol qollardan ibarət cinahlar yaratmışdı.
Osmanlı dövlətinin daxili işlərini qaydaya salması və davamlı fəth strategiyası sayəsində türklər Balkanlarda irəliləməkdə ciddi çətinlik çəkmədilər. XIV əsrin son rübündə Balkanlar siyasi cəhətdən bütöv deyildi və bir neçə kiçik feodal dövlətə parçalanmışdı. Bu dövlətlər arasındakı rəqabət və çəkişmələr onların Osmanlıya qarşı birgə müqavimət göstərməsinə mane olur, bu da türk hökmranlığının yayılmasını sürətləndirirdi.
Osmanlı dövlət idarəçiliyinin ən ali orqanı olan Divan-ı Hümayunun formalaşması bəylik dövründən imperiya mərhələsinə qədər uzun bir təkamül yolu keçmişdir.
1980-ci illərə qədər tarix elmində ilk Osmanlı pulu Orxan bəyin adına buraxılan sikkə kimi qəbul edilirdi. Pul kəsilməsi müstəqilliyin ən vacib atributlarından biri hesab olunduğu üçün, ilk Osmanlı pulunun dəqiq nə vaxt buraxıldığı dövlətçilik tarixi baxımından son dərəcə əhəmiyyətlidir. Bəzi anonim Təvarih-i Al-i Osman əsərlərində və Hadidi Tarixində Osman Qazinin pul çıxardığına dair məlumatlara rast gəlinir. Lakin sonrakı dövrlərin tarix kitablarında qeyd olunan bu iddialar məsələyə kifayət qədər dəlil sayılmırdı və uzun müddət həmin dövrə aid heç bir fiziki pul tapılmamışdı.
Osmanlıların Rumeliyə keçməsində və bu strateji bölgədə qalıcı şəkildə yerləşməsində ən mühüm amillərdən biri 1335-1345-ci illər arasında Karesi bəyliyinin Osmanlı torpaqlarına qatılmasıdır. Bu dövrdə Balıkəsir, Manyas və Kapıdağı kimi mühüm ərazilərin ələ keçirilməsi, o zamana qədər Bizans imperiyasına qarşı qazanılan hərbi qələbələrdən daha böyük strateji əhəmiyyət kəsb edirdi.
Osmanlı sülaləsinin ikinci hökmdarı Orxan Qazinin anasının kimliyi tarixçilər arasında uzun müddət müzakirə mövzusu olmuşdur. Klassik Osmanlı tarix mənbələrinin bir çoxunda Orxan Qazinin anasının Şeyx Edebalinin qızı Malhun Hatun olduğu qeyd edilir. Bu iddia ilə Şeyx Edebali ilə Osmanlı sülaləsi arasında mənəvi və qan qohumluğu əlaqələrinin olduğu vurğulanır.
Osmanlı qoşunları Bursanın fəthindən sonra imperiyanın mənəvi paytaxtı sayılan İzniki ələ keçirməyə hazırlaşırdı.
Osmanlı sülaləsinin mənşəyi tarix elmində hər zaman maraq doğuran və müxtəlif müzakirələrə səbəb olan mövzulardan biridir. Ümumi qəbul edilmiş rəyə görə, Osmanlılar Oğuz türklərinin sağ qolu olan Günhan soyunun Qayı boyuna mənsubdurlar. Lakin bu məsələ ilə bağlı tarixçilər arasında fərqli yanaşmalar mövcuddur.
Süleyman Paşanın vəfatı Osmanlı dövlətinin Rumelidəki irəliləyişini dayandıra bilmədi. Əksinə, bu dövrdən etibarən fəthlər daha sistematik və strateji xarakter almağa başladı. Orxan Qazinin oğlu şahzadə Xəlilin 1359-cu ildə Bizansın köməyi ilə dəniz quldurlarından xilas edilməsindən sonra, Hacı İl-Bəyi və Evrenos Qazi kimi məşhur komandirlər fəth hərəkatını yenidən alovlandırdılar.