Osmanlı tarixinə dair bir çox klassik mənbələrdə 1364-cü ildə baş vermiş Sırpsındığı (serblərin məğlub edildiyi/sındığı yer) döyüşü mühüm qələbə kimi qeyd olunur. Rəvayətə görə, Hacı İlbəy Macarıstan kralının rəhbərliyi altında olan macar, serb və digər Balkan dövlətlərinin birləşmiş Səlib ordusunu gözlənilməz gecə hücumu ilə darmadağın etmişdir. Lakin müasir tarixşünaslıq bu hadisənin reallığını ciddi şəkildə şübhə altına alır.
#Osmanlı dövləti tarixi
Məktub senatda oxunduqda salonu dərin bir sükut bürüdü. Senat üzvləri qorxu və təəccüblə bir-birilərinə baxdılar.
Ədirnənin fəthindən sonra ilk dövrlərdə Osmanlı Bəyliyinin hərbi qüvvələri dövlətin artan hərbi ehtiyaclarını qarşılamaqda çətinlik çəkməyə başladı. Bundan əlavə, Osmanlı dövlətində yavaş-yavaş mərkəzi hakimiyyət qurulmağa başlayırdı. Bütün bu ehtiyacları mərkəzdəki daimi ordu təmin edə bilərdi.
1525-ci ildə İstanbulda yeniçərilər yenidən üsyan edərək şəhərin böyük bir hissəsini talan etdilər. O dövrdə vəzirlik pillələrini sürətlə qalxan Veziriazam Makbul İbrahim Paşa, 1524-cü ildə Misirdə üsyan edən Hain Əhməd Paşanı yatırmaq üçün səfərə çıxmışdı. Bunu fürsət bilən onun əleyhdarları yeniçəriləri qızışdıraraq üsyana təhrik etdilər.
Bu vaxt müharibədə yaralanan serb despotu Miloş Obiliçin (Kobilic) kürəkəni hökmdarın yanına gələrək, müsəlman olacağını və mühüm məlumatlar verəcəyini söyləyir. Sultan onu qəbul edir. Anidən I Murad Xudavəndigarın üzərinə xəncərlə hücum edən Miloş Obiliç sultanı ürəyindən yaralayır və onu atdan aşağı salır. Obiliç hökmdarın ətrafındakı adamlar tərəfindən dərhal öldürülür.
Gənc yaşlarında qazandığı güc tezliklə gözünü qaraltdı və 1385-ci ildə Bizans imperatoru V İoannesin oğlu Andronikosla birlikdə atalarının Anadoluya getdiyi səfərdən istifadə edərək üsyan qaldırdılar. Lakin onların üsyanı qısa müddətdə yatırıldı və I Murad əvvəlcə Savcı bəyin gözünü çıxartdırdı, sonra isə boğdurdu.
Çirmən zəfərindən sonra Osmanlı qoşunları Qara Timurtaş Paşanın rəhbərliyi ilə Balkanların şimal və qərbinə doğru sürətlə irəliləməyə başladı. Monastır, Prilep və Niş kimi mühüm strateji məntəqələr ələ keçirildi. Lakin bu irəliləyiş xristian dünyasında böyük bir narahatlıq və müqavimət hərəkatının yaranmasına səbəb oldu.
1360-cı illərin ortalarında Ədirnənin fəthi ilə Osmanlı dövləti Avropa torpaqlarında mühüm dayaq məntəqəsi qazandı. Heç bir kənar kömək ala bilməyən Ədirnə əhalisinin şəhəri təslim etməsi, Osmanlının Avropada möhkəmləndiyini göstərən ən mühüm hadisə idi. Lakin bu mövqeləri qətiləşdirən və Balkanların qapısını türklərin üzünə tam açan hadisə 1371-ci il Çirmən zəfəri oldu.
Elxanilər dövlətinin zəifləməsindən sonra Səlcuqluların varisi iddiası ilə çıxış edən ən böyük bəylik Qaramanlılar idi.
Görkəmli tarixçi Halil İnalcık Osmanlı fəth üsullarını sistemləşdirərkən qeyd edir ki, bu proses tamamilə sistemli və mərhələli xarakter daşıyırdı.
Osmanlı imperiyasının üçüncü hökmdarı olan I Murad (Murad Xudavəndigar) Orxan Qazinin altı oğlundan ikincisi idi. Onun hakimiyyət yolu gözlənilməz bir hadisə — böyük qardaşı, "Rumeli fatehi" Süleyman paşanın ov zamanı atdan yıxılaraq qəfil vəfat etməsi ilə açılmışdır. Əgər Süleyman paşanın bu vaxtsız ölümü olmasaydı, I Muradın taxta çıxması mümkün olmayacaqdı.
Tarixçi Halil İnalcık Osmanlı fəthlərinin təkcə qılıncla deyil, həm də "istimalet" adlanan xüsusi bir sülh və uzlaşma siyasəti ilə həyata keçirildiyini sübut edir. İstimalet — müxtəlif vədlərlə qeyri-müsəlman əhalini öz tərəfinə çəkərək dövlətin ərazisini genişləndirmək strategiyası idi.