#TÜİK ixracat məlumatları

Bu ilin iyul ayında Türkiyənin xarici ticarət dövriyyəsi 56 milyard 321 milyon dollar olub. Nazirlikdən qeyd olunub ki, 2025-cü ilin iyul ayında Türkiyənin ixracatı 2024-cü ilin eyni ayı ilə müqayisədə 11 faiz artaraq 24 milyard 938 milyon dollar, idxalı isə 5,4 faiz artaraq 31 milyon 383 min dollar olub. “Bu ilin yanvar – iyul ayında Türkiyənin xarici ticarət dövriyyəsi keçən ilin eyni ayları ilə müqayisədə 368 milyard 537 milyon dollara çatıb” –deyə nazirlikdən bildirilib. Məlumatda bildirilib ki, 2025-cü ilin yanvar-iyul ayında Türkiyənin ixracatı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 5,1 faiz artaraq 156 milyard 317 milyon dollara, idxalı isə 6,9 faiz artaraq 212 milyard 220 milyon dollar olub.

Ticarət naziri Ömər Bolat iyul ayında ixracın idxalı qarşılama nisbətinin son 9 ayın ən yüksək səviyyəsinə – 79,5 faizə çatdığını bildirərək, “Artan mal və xidmət ixracatı ilə iyul ayında cari əməliyyatlar balansında müsbət saldo gözlənilir,” – deyə qeyd edib. Nazir Bolat NSosyal sosial şəbəkəsində Türkiyə Statistika Təşkilatı (TÜİK) tərəfindən açıqlanan iyul ayına dair xarici ticarət statistikalarını dəyərləndirib.Bolat, iyulda ixracın 24,9 milyard dollar ilə Cümhuriyyət tarixinin ən yüksək aylıq göstəricisinə çatdığını, illikləşdirilmiş ixracın isə bütün dövrlərin ən yüksək səviyyəsi olan 269,4 milyard dollara yüksəldiyini bildirib.

Türkiyənin orta-yüksək və yüksək texnologiyalı məhsul istehsalını əhatə edən "kritik texnologiya" ixracatı bu ilin ilk 6 ayında 51,9 milyard ABŞ dollarına çatıb. İllərdir rəqabətə davamlı istehsala yönəlmiş sənaye sahəsinə sərmayə, istehsal, məşğulluq və ixracatı artıracaq siyasətlərə önəm verən Türkiyənin bu sahədəki səyləri ixracat göstəricilərinə də əks olunub.