#TÜİK ixracat məlumatları

Türkiyə 2025-cü ilin sentyabr ayında Azərbaycana kimyəvi maddə ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 3,4 faiz artaraq, 46 milyon 740 min 17 dollara çatdırıb. 2025-ci ilin yanvar – sentyabr aylarında Türkiyədən Azərbaycana kimyəvi maddə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 1,1 faiz artaraq, 396 milyon 815 min 36 dollara bərabər olub. Qeyd edək ki, 2025-ci ilin yanvar-sentyabr aylarında Türkiyənin kimyəvi maddə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 5,3 faiz artaraq, 24 milyard 331 milyon 79 min dollara bərabər olub.

2025-ci ilin yanvar-sentyabr aylarında Türkiyənin dəri ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 4,4 faiz azalaraq dəyişərək, 1 milyard 115 milyon 179 min dollara bərabər olub. “Bu ilin sentyabr ayında Türkiyə 128 milyon 988 min dollar məbləğində dəri ixrac edib ki, bu da keçən ilin avqust ayı ilə müqayisədə 2,2 faiz azdır” – deyə nazirlikdən bildirilib.

2025-ci ilin avqust ayında Türkiyənin İƏT ölkələrinə ixracatı 2024-cü ilin eyni ayı ilə müqayisədə 4,9 faiz azalaraq 6 milyard 18 milyon 863 min dollar olub. Məlumata əsasən bu ilin yanvar – avqust ayında, Türkiyənin İƏT ölkələrinə ixracatı, keçən ilin analoji dövri ilə müqayisədə 4,8 faiz artaraq, 47 milyard 137 milyon 850 min dollar olub. “Bu ilin avqust ayında Türkiyənin İƏT ölkələrindən idxalı 2024 -cü ilin eyni dövrü ilə müqayisədə 11,4 faiz azalaraq 3 milyard 106 milyon 21 min dollar təşkil edib” – deyə nazirlikdən bildiriblər.

Türkiyədə işsizlik nisbəti avqust ayında əvvəlki ayla müqayisədə 0,4 faiz bəndi artaraq 8,5 faiz oldu. Bu dövrdə işsizlərin sayı 3 milyon 44 min nəfər olaraq müəyyənləşdirildi. Türkiyə Statistika Qurumu (TÜİK), avqust ayına aid əmək bazarı statistikalarını açıqlayıb. Buna görə, 15 və daha yuxarı yaşda olan şəxslər arasında işsizlərin sayı 2025-ci ilin avqust ayında əvvəlki ayla müqayisədə 168 min nəfər artaraq 3 milyon 44 min nəfərə çatıb. İşsizlik nisbəti isə 0,4 faiz bəndi artaraq 8,5 faiz səviyyəsində reallaşıb. İşsizlik nisbəti kişilər arasında 6,8 faiz, qadınlar arasında isə 11,6 faiz olaraq təxmin edilib.

Bu ilin avqust ayında Türkiyənin xarici ticarət dövriyyəsi 47 milyard 669 milyon dollar olub. Nazirlikdən qeyd olunub ki, 2025-cü ilin avqust ayında Türkiyənin ixracatı 2024-cü ilin eyni ayı ilə müqayisədə 1,2 faiz azalaraq 21 milyard 729 milyon dollar, idxalı isə 3,9 faiz azalaraq 25 milyon 940 min dollar olub. “Bu ilin yanvar – avqust ayında Türkiyənin xarici ticarət dövriyyəsi keçən ilin eyni ayları ilə müqayisədə 416 milyard 339 milyon dollara çatıb” –deyə nazirlikdən bildirilib.

Türkiyə 2025-cü ilin avqust ayında Türkmənistana polad ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 28,8 faiz azalaraq, 9 milyon 923 min 8 dollara çatdırıb. 2025-ci ilin yanvar – avqust aylarında Türkiyədən Türkmənistana polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 42,9 faiz artaraq, 92 milyon 750 min 72 dollara bərabər olub. Qeyd edək ki, 2025-ci ilin yanvar-avqust aylarında Türkiyənin polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 artaraq, 10 milyard 984 milyon 379 min dollara bərabər olub.

Türkiyə 2025-cü ilin avqust ayında Özbəkistana mebel ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 21,4 faiz artaraq, 8 milyon 709 min 85 dollara çatdırıb. 2025-ci ilin yanvar – avqust aylarında Türkiyədən Özbəkistana mebel ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 26 faiz artaraq, 53 milyon 31 min 66 dollara bərabər olub. Qeyd edək ki, 2025-ci ilin yanvar-avqust aylarında Türkiyənin tekstil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 0,8 artaraq, 6 milyard 263 milyon 387 min dollara bərabər olub.

Türkiyə 2025-cü ilin avqust ayında Özbəkistana elektrik avadanlıqları ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 17,5 faiz artaraq, 13 milyon 14 min 46 dollara çatdırıb. 2025-ci ilin yanvar – avqust aylarında Türkiyədən Özbəkistan elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 0,2 faiz azalaraq, 94 milyon 450 min 79 dollara bərabər olub. Qeyd edək ki2025-ci ilin yanvar-avqust aylarında Türkiyənin elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6,2 artaraq, 11 milyard 379 milyon 976 min dollara bərabər olub.

Türkiyə 2025-cü ilin avqust ayında Qazaxıstana tekstil ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 5,5 faiz artaraq, 7 milyon 150 min 83 dollara çatdırıb. 2025-ci ilin yanvar – avqust aylarında Türkiyədən Qazaxıstana tekstil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 14,1 faiz artaraq, 51 milyon 260 min 62 dollara bərabər olub. Qeyd edək ki, 2025-ci ilin yanvar-avqust aylarında Türkiyənin tekstil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 0,8 artaraq, 6 milyard 263 milyon 387 min dollara bərabər olub.

Türkiyə 2025-cü ilin avqust ayında Türkmənistana elektrik avadanlıqları ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 24,6 faiz artaraq, 19 milyon 981 min 22 dollara çatdırıb. 2025-ci ilin yanvar – avqust aylarında Türkiyədən Türkmənistana elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 48,7 faiz artaraq, 131 milyon 334 min 16 dollara bərabər olub.

2025-ci ilin iyul ayında Türkiyənin Türk ölkələrinə ixracatı 2024-cü ilin eyni ayı ilə müqayisədə 3,9 faiz artaraq 1 milyard 35 milyon 230 min dollar olub. Məlumata əsasən bu ilin yanvar – iyul ayında, Türkiyənin Türk ölkələrinə ixracatı, keçən ilin analoji dövri ilə müqayisədə 2,5 faiz artaraq, 6 milyard 127 milyon 469 min dollar olub. “Bu ilin iyul ayında Türkiyənin Türk ölkələrindən idxalı 2024 -cü ilin eyni dövrü ilə müqayisədə 5,5 faiz azalaraq 616 milyon 37 min dollar təşkil edib” – deyə nazirlikdən bildiriblər.