Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Türk Dövlətləri
    Türk Dövlətləri

    Türkiyənin ixracatı rekord səviyyəyə çatıb

    28 Avqust 2025 14:02
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Türkiyənin ixracatı rekord səviyyəyə çatıb
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    Ticarət naziri Ömər Bolat iyul ayında ixracın idxalı qarşılama nisbətinin son 9 ayın ən yüksək səviyyəsinə – 79,5 faizə çatdığını bildirərək, “Artan mal və xidmət ixracatı ilə iyul ayında cari əməliyyatlar balansında müsbət saldo gözlənilir,” – deyə qeyd edib.

    AzerVoice xəbər verir ki, nazir Bolat NSosyal sosial şəbəkəsində Türkiyə Statistika Təşkilatı (TÜİK) tərəfindən açıqlanan iyul ayına dair xarici ticarət statistikalarını dəyərləndirib.

    Bolat, iyulda ixracın 24,9 milyard dollar ilə cumhuriyyət tarixinin ən yüksək aylıq göstəricisinə çatdığını, illikləşdirilmiş ixracın isə bütün dövrlərin ən yüksək səviyyəsi olan 269,4 milyard dollara yüksəldiyini bildirib.

    O, 2025-ci ilin ilk 7 ayının 6-sında aylıq mal ixracında artım əldə edildiyini vurğulayıb.

    Bolat qeyd edib ki, yanvar-iyul dövründə ixrac ötən ilin eyni dövrü ilə müqayisədə 5,1 faiz artaraq 156,3 milyard dollar olub. Həmin dövrdə idxal isə 6,9 faiz artaraq 212,2 milyard dollar təşkil edib.

    O, iyul ayında idxalın 5,4 faiz artaraq 31,4 milyard dollar olduğunu bildirərək əlavə edib ki, bu ayda illikləşdirilmiş idxal ötən ilin eyni ayına nisbətən 14 milyard dollar artaraq 357,7 milyard dollar olub.

    Xarici ticarət kəsiri iyul ayında 11,8 faiz azalaraq 6,4 milyard dollara düşüb. Yanvar-iyul dövründə isə kəsir ötən ilin eyni dövrü ilə müqayisədə 12,2 faiz artaraq 55,9 milyard dollar təşkil edib.

    Bolat həmçinin bildirib ki, illikləşdirilmiş xarici ticarət kəsiri ötən ilin eyni ayına görə 6 milyard dollar artaraq 88,3 milyard dollar olub.

    “Avropa İttifaqı 27 ölkəsinin illikləşdirilmiş idxalının hələ də sabit qaldığı, xarici tələbin zəif olduğu, yaxın coğrafiyamızda davam edən müharibələr, daxili qarışıqlıqlar və gərginliklər, həmçinin tarif artımlarının yaratdığı qeyri-müəyyənliklər kimi çətin rəqabət şəraitinə baxmayaraq ixracatımızda artım davam edir. Ticarət Nazirliyi olaraq ixracatçılarımıza təqdim etdiyimiz dəstək və həyata keçirdiyimiz ticarət diplomatiyası fəaliyyətləri nəticəsində əldə edilən uğurlar istehsal və məşğulluq baxımından da müsbət nəticələr verir.” -

    #Ömər Bolat #Türkiyə İxracatçılar Məclisi #ixracat #Türkiyə Statistika Təşkilatı (TÜİK) #Türkiyə ixracat statistikası #2025 Türkiyə ixracat statistikası #Türkiyə İxracatçılar Məclisi (TİM) #TÜİK ixracat məlumatları #NSosyal sosial şəbəkəsi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Kocaeli limanından 42 milyon tonu yük daşınıb (ÖZƏL)

    29 İyul 2026 14:00

    İskenderun limanında "yük" partlayışı - 36 milyon tonu kim daşıdı? (ÖZƏL)

    29 İyul 2026 12:00

    Türkiyə və İraq neft axınını artırmaq və ticarəti 30 milyard dollara çatdırmaq niyyətindədir

    29 İyul 2026 09:11

    Səudiyyəli investorların Türkiyəyə yatırımı 311 milyon lirəni keçib – ÖZƏL

    23 İyul 2026 13:00

    Pakistan şirkətləri Türkiyəyə 121 milyon lirədən çox sərmayə yatırıb – ÖZƏL

    22 İyul 2026 13:30

    İngilis şirkətləri Türkiyəyə 842 milyon lirədən çox sərmayə yatırıb – ÖZƏL

    21 İyul 2026 12:00

    Türkiyənin Azərbaycana kimyəvi maddə məhsulları ixracı xeyli artıb (ÖZƏL)

    16 İyul 2026 09:45

    Türkiyənin Azərbaycana mebel ixracı xeyli artıb (ÖZƏL)

    16 İyul 2026 09:05

    Türkiyənin Azərbaycana avtomobil sənayesi məhsulları ixracı xeyli artıb (ÖZƏL)

    15 İyul 2026 18:30

    Türkiyənin Azərbaycana tekstil məhsulları ixracı xeyli artıb (ÖZƏL)

    15 İyul 2026 17:45

    Türkiyənin ABŞ-yə polad məhsulları ixracı xeyli artıb (ÖZƏL)

    15 İyul 2026 17:00

    Türkiyənin ABŞ-yə sement məhsulları ixracı xeyli artıb (ÖZƏL)

    15 İyul 2026 16:15
    XƏBƏR LENTİ

    Tarixdə bu gün – 27 Avqust

    Qətərin Baş naziri gərginliyin azaldılması üçün Tehrana səfər edəcək

    Körfəz ölkələri İranla müharibənin uzanacağını düşünür

    Anthropic hesablama gücü üçün 45 milyard dollar xərcləyəcək

    Səmərqənd və Buxaranın xəzinələri Qətərdə nümayiş oluancaq

    HƏMAS sözlə deyil, əməllə özünü göstərməlidir - ABŞ

    İrana qarşı hərbi əməliyyat ehtimalı hələ də qüvvədədir - Pit Heqset

    Şarja və Cənubi Koreya işgüzar qadınları Seulda əməkdaşlıq sazişi imzalayıb

    Qətərin sabiq səhiyyə naziri Hənan əl-Küvari ÜST-nin Baş direktoru vəzifəsinə namizəd göstərilib

    “Apple” yeni “iPhone” təqdimatının tarixini açıqlayıb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.