#Prezident İlham Əliyev

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva martın 18-də Xocavənd rayonunun Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olublar. Daha sonra Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Xanobaya qayıdan kənd sakinləri ilə görüşüblər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 18-də Xocavənd rayonunun Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olublar.Sonra dövlətimizin başçısı və birinci xanım kəndə köçmüş Bəybala Qasımovun evində olublar. Daha sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xanobaya qayıdan kənd sakinləri ilə görüşüblər. Dövlətimizin başçısı Xanoba kəndində sakinlərlə birlikdə Novruz tonqalını alovlandırıb.

Hörmətli cənab Baş nazir. Bütün Gürcüstanın Katalikos-Patriarxı, zəmanəmizin görkəmli din xadimi II İlya həzrətlərinin vəfatı xəbərini dərin kədər hissi ilə qarşıladıq. II İlya həzrətləri bütün həyat və fəaliyyətini xalqına və bəşəriyyət naminə nəcib amallara həsr etmişdir. Qafqazda sülhün, əmin-amanlığın, insanlar arasında həmrəyliyin, dinlərarası anlaşma və dialoqun bərqərar olması yolunda fəaliyyəti ilə II İlya həzrətləri milli və dini mənsubiyyətindən asılı olmayaraq milyonlarla insanın qəlbində yer tapmış, dərin ehtiram və rəğbət qazanmışdır. Azərbaycan ilə Gürcüstan arasında ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin inkişafında və möhkəmlənməsində II İlya həzrətlərinin böyük xidmətləri olmuşdur. Bu ağır itkinin kədərini bölüşür, Sizə, bütün Gürcüstan xalqına, Gürcüstan Pravoslav Kilsəsinə şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm

Martın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Almaniya Federativ Respublikasının Kansleri Fridrix Merts arasında telefon danışığı olub.Telefon söhbəti zamanı Yaxın Şərqdə davam edən gərginlikdən narahatlıq ifadə olunub, onun Cənubi Qafqaz regionuna mümkün təsirləri barədə fikir mübadiləsi aparılıb. Fridrix Merts Azərbaycan ilə Ermənistan arasında davam edən sülh prosesini alqışlayıb, bunun regional sabitlik üçün əhəmiyyətini qeyd edib. Azərbaycan Prezidenti və Almaniya Kansleri ikitərəfli münasibətlərin perspektivlərini, həmçinin ölkəmizlə Avropa İttifaqı arasında əlaqələrin genişləndirilməsi ilə bağlı məsələləri müzakirə ediblər.

Milli Məclis Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya Novruz və Ramazan bayramları münasibətilə təbrik məktubu ünvanlayıb.bu barədə spiker Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasının sonunda məlumat verib. Milli Məclisin sədri sözügedən təbrik təklifi ilə çıxış edib. Spikerin təklifi alqışlarla qəbul edilib.

Hörmətli Kasım-Jomart Kemeleviç, Qazaxıstan Respublikasının yeni Konstitusiyası üzrə referendumun müvəffəqiyyətlə başa çatması münasibətilə Sizi və Sizin simanızda qardaş Qazaxıstan xalqını səmimi-qəlbdən təbrik edirəm. Referendumun nəticəsi – yeni Konstitusiyanın qəbulu xalqınızın birliyinin və milli iradəsinin bariz ifadəsi, Sizə olan böyük inam və etimadının təzahürü, Qazaxıstanın rifahı naminə yürütdüyünüz qətiyyətli siyasətə dəstəyinin göstəricisidir. Heç şübhə yoxdur ki, siyasi sistemin modernləşdirilməsini və idarəetmə modelinin təkmilləşdirilməsini nəzərdə tutan bu mühüm hadisə Qazaxıstanın tarixində yeni mərhələnin başlanğıcını qoyaraq qardaş ölkənizin hərtərəfli inkişafına töhfə verəcək, onun beynəlxalq müstəvidə rolunu və mövqeyini daha da gücləndirəcəkdir. Əminəm ki, xalqlarımızın ortaq tarixindən, zəngin mənəvi dəyərlərindən güc alan, dostluğa, qardaşlığa, qarşılıqlı etimad və dəstəyə əsaslanan Azərbaycan-Qazaxıstan əlaqələri, strateji tərəfdaşlığı və müttəfiqliyi bundan sonra da birgə səylərimizlə yüksələn xətt üzrə inkişaf etməyə və daha da möhkəmlənməyə davam edəcəkdir. Hörmətli Kasım-Jomart Kemeleviç, bu böyük zəfər münasibətilə Sizə bir daha təbriklərimi çatdırır, ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar, qardaş Qazaxıstan xalqına isə daim əmin-amanlıq və firavanlıq arzulayıram

Sərəncam XII əsr Azərbaycan memarlığının görkəmli nümunəsi olan Möminə xatun türbəsinin kompleks bərpası və konservasiyası işlərinin davam etdirilməsi məqsədilə imzalanıb. Sənədə əsasən, Naxçıvan şəhərində yerləşən Möminə xatun türbəsində bərpa və konservasiya işlərinin davam etdirilməsi üçün Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 9,566.0 min (doqquz milyon beş yüz altmış altı min) manat vəsait ayrılıb.

Sərəncama əsasən, xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin aşağıdakı hərbi qulluqçuları təltif ediliblər: "Vətən uğrunda" medalı ilə Hüseynov Ramil Arif oğlu – mayor "Hərbi xidmətlərə görə" medalı ilə Mövlayev Samir Yaqub oğlu – mayor Abbasov Elsevər Məhəmməd oğlu – kapitan Eldarov Zaur Səvzixan oğlu – kapitan Hüseynov Elçin Allahverdi oğlu – kapitan Fərzəliyev İlkin Mirzə oğlu – leytenant Vahabzadə Şahin İdayət oğlu – leytenant Adamov Xəyal Fikrət oğlu – baş çavuş Hacızadə Səbuhi Elşən oğlu – baş çavuş Qəhrəmanzadə Elman Qəhrəman oğlu – baş çavuş.