#Prezident İlham Əliyev

Mayın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zəngilan şəhərində inşa olunmuş 104 mənzilli ilk yaşayış kompleksinin açılışında iştirak edib. Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin xüsusi nümayəndəsi Vahid Hacıyev kompleksdə yaradılmış şərait barədə dövlətimizin başçısına məlumat verdi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Zəngilan şəhərində “Zangilan City Park Hotel”in təməlini qoyub. “PMD Group” MMC-nin layihə rəhbəri Kamil Əliyev dövlətimizin başçısına görüləcək işlər barədə məlumat verdi. Bildirildi ki, hotelin ərazisi 1,5 hektar olacaq. Burada eyni zamanda 241 nəfər qala biləcək. Hoteldə ümumi 116 nömrə olacaq. Burada restoran, çoxfunksiyalı iclas otaqları, idman zalı və açıq terras yaradılacaq. Yeni hoteldə ümumilikdə 120 nəfər işlə təmin ediləcək.

Prezident İlham Əliyev Slovakiyanın Baş naziri Robert Fitsonun sosial media hesabında Azərbaycan haqqında dediyi xoş sözlərlə əlaqədar özünün X səhifəsində paylaşım edib. Paylaşımda deyilir: “Əziz Robert, Azərbaycan haqqında söylədiyiniz həqiqi və dəyərli fikirlərə görə Sizə təşəkkür edirəm. Tərəfdaşlığımızı yüksək qiymətləndirirəm. Slovakiyaya səfərim zamanı göstərdiyiniz qonaqpərvərliyə görə bir daha minnətdarlığımı bildirirəm və Sizi tezliklə Bakıda görməyi səbirsizliklə gözləyirəm”.

Prezident İlham Əliyev bildirib ki, Cəbrayıl gələcəkdə həm kənd təsərrüfatı, həm də beynəlxalq nəqliyyat baxımından Azərbaycan üçün strateji əhəmiyyət daşıyacaq. Dövlət başçısı regionda həyata keçirilən yenidənqurma, enerji və sənaye layihələrinin məşğulluğun artırılmasına və Qarabağın inkişafına böyük töhfə verəcəyini vurğulayıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 9-da Cəbrayıl rayonunun Şükürbəyli kəndinin açılışında iştirak ediblər.Dövlətimizin başçısı və birinci xanım 360 şagird yerlik məktəb binasında və kənddə inşa edilmiş fərdi evlərdə yaradılmış şəraitlə tanış olub, buraya köçən sakinlərlə görüşüblər. Prezident İlham Əliyev sakinlərə evlərin açarlarını təqdim edib. Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 150 çarpayılıq Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının binasının tikintisi ilə tanış olublar. Daha sonra dövlətimizin başçısı Cəbrayıl rayonunun Soltanlı kəndində "AzərEnerji" ASC-nin 330 kV-luq "Şəfəq" yarımstansiyasının açılışında iştirak edib.

Mayın 9-da faşizm üzərində tarixi Qələbədən 81 il ötür. Bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun məzarını ziyarət ediblər.

Mayın 10-u müasir müstəqil Azərbaycanın memarı və qurucusu, xalqımızın dahi oğlu və Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü günüdür. Bununla əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva mayın 9-da Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət ediblər. Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin məzarı önünə əklil qoydu, Ulu Öndərin xatirəsini ehtiramla yad etdi. Sonra Birinci xanım Mehriban Əliyeva Ümummilli Liderin xatirəsini dərin hörmətlə andı. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Ulu Öndər Heydər Əliyevin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsinə ehtiramlarını ifadə edərək məzarı üzərinə gül dəstələri qoydular. Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad olundu.