ABŞ Prezidenti Donald Tramp bildirib ki, İranın artıq nə hərbi dəniz qüvvələri, nə də hərbi hava qüvvələri mövcuddur; bütün bunlar tamamilə məhv edilib və rəhbər heyət öldürülüb.
#İran rejimi
Yaxın Şərqdə İranın mövqeyinin sürətlə zəifləməsi, İranın fərqli dövlət strukturlarına xarici kəşfiyat orqanlarının aşırı şəkildə sirayəti, İranın dövlət olaraq çəkindiriciliyini itiriməsi son nəticədə İrandakı mövcud rejimin uğursuzluğu olraraq qəbul edilməyə başlayıb. Eyni zamanda içəridəki iqtisadı böhran da geniş kütlələr tərəfindən rejimin ideoloji siyasi mahiyətinin nəticəsi olaraq görülür. İran zəngin təbii ehtiyatlara sahib olsa da, əhali bu sərvətlərdən öz payını ala bilmir. Buna görə həm iqtidar həm də ölkədəki siyasi sitem uzun müddətdir ciddi şəkildə sorğulanır