Rəsmi İsrail Suriyanın şimalındakı İdlib vilayətinin şərq çölündə yerləşən "Əbu əd-Duhur" hərbi aerodromunun uçuş-enmə zolağının bombalanması ilə bağlı Suriya tərəfinin irəli sürdüyü ittihamlar qarşısında sükutunu qoruyub. Lakin bir israilli rəsmi ABŞ-nin "Fox News" telekanalına verdiyi qısa açıqlamada zərbəni etiraf edərək Təl-Əvivin hücumla bağlı məlumatı əvvəlcədən Vaşinqtonla bölüşdüyünü bildirib.
#İdlib
Türkiyə İsrailin Suriyanın Əbu əz-Zuhur hərbi hava limanına endirdiyi zərbələri kəskin şəkildə pisləyib. Ankara hücumları Suriyanın suverenliyinin pozulması kimi qiymətləndirib. Türkiyə beynəlxalq ictimaiyyəti İsrailin hərəkətlərinə qarşı daha qəti mövqe nümayiş etdirməyə çağırıb. Ankara beynəlxalq hüququ pozan hərəkətlərə görə məsuliyyətin təmin edilməsinin vacibliyini bildirib. Suriya mənbələrinə görə, hərbi hava limanına səkkiz zərbə endirilib. Hücum nəticəsində uçuş-enmə zolağı və saxlanc yerləri zədələnsə də, insan itkisi qeydə alınmayıb. Suriya da hücumları kəskin pisləyərək onları ölkənin suverenliyinə qarşı təcavüz adlandırıb. İsrail ordusu isə zərbələrlə bağlı açıqlama verməyib.
ABŞ İsrailin Suriyanın Əbu əz-Zuhur hərbi hava limanına endirdiyi zərbələrdən dərin narahatlıq keçirdiyini açıqlayıb. ABŞ-nin Türkiyədəki səfiri və Suriya ilə İraq üzrə xüsusi prezident nümayəndəsi Tom Barrak hücumları lazımsız gərginlik adlandırıb. O bildirib ki, bu cür hərbi addımlar bölgədə sabitliyin möhkəmlənməsinə xidmət etmir. Barrak Əhməd əş-Şaraa hökumətinin İsrailə qarşı təcavüzkar mövqe tutmadığını vurğulayıb. ABŞ rəsmisinin sözlərinə görə, Suriya rəhbərliyi İsraillə gərginliyin azaldılmasına üstünlük verdiyini dəfələrlə nümayiş etdirib. Vaşinqton tərəfləri hərbi qarşıdurma əvəzinə dialoqa üstünlük verməyə çağırır. Əbu əz-Zuhur hərbi hava limanına səkkiz hava zərbəsinin endirildiyi, lakin insan itkisinin olmadığı bildirilir. Suriya hücumları suverenliyinin pozulması kimi qiymətləndirib, İsrail isə hələlik rəsmi açıqlama verməyib.
Suriya İsrailin İdlib vilayətindəki Əbu əz-Zuhur hərbi hava limanına endirdiyi hava zərbələrini kəskin şəkildə pisləyib. Dəməşq hücumu ölkənin suverenliyi və ərazi bütövlüyünün pozulması kimi qiymətləndirib. Suriya Xarici İşlər Nazirliyi hücumların bölgədə təhlükəsizlik və sabitlik üçün ciddi təhlükə yaratdığını bildirib. Nazirlik İsrailin 8 dekabr 2024-cü ildən etibarən Suriya ərazisinə hücumlarını davam etdirdiyini vurğulayıb. Dəməşq həmin müddətdə gərginliyin qarşısının alınması və ölkədə sabitliyin möhkəmləndirilməsi istiqamətində çalışdığını bildirir. Suriya tərəfinə görə, İsrailin hücumları bu səyləri zəiflətməklə bölgəni daha böyük gərginliyə sürükləyə bilər. Əbu əz-Zuhur hərbi hava limanı İdlib vilayətində yerləşir və mühüm hərbi məntəqələrdən biri hesab olunur. İsrail tərəfi son hava zərbələri ilə bağlı hələlik açıqlama verməyib.
BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Bərham Saleh Suriyanın İdlib və Hələb vilayətlərinə səfəri zamanı ölkədə həyata keçirilməsi nəzərdə tutulan “Düşərgəsiz Suriya” planına dəstəyini açıqlayıb. Saleh İdlibin şimalında yerləşən Mühacir düşərgəsini ziyarət edərək burada yaşayan məcburi köçkünlərin vəziyyəti ilə tanış olub, onların ehtiyaclarını dinləyib.
Suriya parlamentinin Bəşər Əsəddən sonrakı ilk tərkibində qadın millət vəkilləri saylarından çox müxtəlifliyi ilə diqqət çəkirlər: məşhur aktrisa, xristian mühəndis, kürd lider və radikal islamçı komandirin dul qadını. 13 ildən çox davam edən vətəndaş müharibəsindən sonra 2024-cü ildə Əsəd hakimiyyətinin devrilməsi ilə formalaşan yeni parlamentdəki 207 yerdən 22-sini qadınlar tutur. Bu da təxminən 10 faiz təşkil edir və keçmiş rejimin dövründəki göstərici ilə demək olar ki, eynidir.
Suriyada İŞİD terror qruplaşmasının yerli hücrələrinə rəhbərlik edən əsas liderlərindən biri beynəlxalq koalisiya qüvvələrinin keçirdiyi xüsusi əməliyyat nəticəsində məhv edilib. Bu barədə "Əl-İxbariyyə" telekanalı Suriya təhlükəsizlik xidmətindəki mənbəyə istinadən məlumat verib. Mənbənin bildirdiyinə görə, İraq vətəndaşı Salah Numan (ləqəbi Əli), İdlib vilayətinin şimalında yerləşən Atma qəsəbəsində gizlənirdi.
Suriyanın İdlib vilayətinin şimalında yerləşən Termanin qəsəbəsində bir evdə partlayış baş verib.
Suriyanın İdlib vilayətinin şimal-qərbində yerləşən Maarat-Misrin yaşayış məntəqəsi yaxınlığında baş vermiş partlayış nəticəsində ölənlərin sayı 7-yə yüksəlib, təxminən 100 nəfər xəsarət alıb.