#Galatasaray

Türkiyə Futbol Federasiyasının statistikalarına əsasən, Süper Liq tarixində ən çox xal toplayan komandalar siyahısı yenilənib. Siyahıya 4438 xalla Fenerbahçe klubu liderlik edir. Sarı-lacivərtliləri 4401 xalla Galatasaray, 4215 xalla isə Beşiktaş izləyir. Dördüncü pillədə 3035 xalla Trabzonspor, beşinci sırada isə 2191 xalla Bursaspor qərarlaşıb. Ankaragücü 2176 xalla altıncı, Gençlerbirliği 2071 xalla yeddinci sıradadır.

Bu mövsüm 68-ci yaşına qədəm qoyacaq – əvvəllər "Türkiyə 1-ci Futbol Liqası", son illərdə isə "Süper Liqa" adı ilə tanınan yarışın indiyə qədər qeydə alınan ən erkən qolu, 2021–2022 mövsümündə Gaziantep FK futbolçusu Muhammet Demir tərəfindən vurulub. 2021–2022 mövsümünün 6-cı turunda, 22 sentyabr 2021-ci ildə Kalyon Stadionunda keçirilən Gaziantep FK – Medipol Başakşehir (1:0) qarşılaşmasının cəmi 10-cu saniyəsində qapını dəqiq nişan alan Muhammet Demir, liqa tarixində indiyədək vurulmuş ən erkən qolu qeydə alıb.

İtaliya A Seriyasının təmsilçilərindən olan "Komo", Alvaro Moratanın transferi ilə bağlı “Qalatasaray”la razılığa gəlib. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb.

Galatasaray 2025–2026 mövsümünə hazırlıq çərçivəsində İtaliyanın Lazio klubu ilə yoldaşlıq oyununda qarşılaşacaq. Görüş 2 avqust axşamı saat 22:00-da İstanbulda, RAMS Park stadionunda keçiriləcək. Sarı-qırmızılılar son olaraq 2021-ci ildə UEFA Avropa Liqasında qarşılaşdığı Lazio ilə bu dəfə hazırlıq oyunu çərçivəsində üz-üzə gələcək. Komandalar arasında o dövrdə keçirilən görüşlərdə Galatasaray İstanbulda 1:0 qalib gəlmiş, Romadakı matç isə qolsuz bərabərliklə başa çatmışdı.

Türkiyə çempionu Galatasaray UEFA Avropa Liqasının dördüncü turu çərçivəsində İngiltərənin Tottenham klubu ilə qarşılaşacaq. Görüşü Belçikadan olan hakimlər heyəti idarə edəcək.

Qalatasarayın Mərakeşli futbolçusu Hakim Ziyech MLS-ə gedəcək. 31 yaşlı futbolçunun ara transfer dövründə komandadan ayrılacağı gözlənilir.