İsrail Hərbi Hava Qüvvələri Suriyanın cənub bölgələrinə yeni zərbələr endirib.
#Suveyda hadisələri
Vaşinqton Suriyanın cənubunda baş verən toqquşmaları dayandırılmasına çalışır.
ABŞ prezidenti Donald Trampın administrasiyası İsrailə müraciət edərək Suriyaya ərazisinə hərbi hava zərbələrini dayandırmağı xahiş edib.
İsrailin Dəməşqə endirdiyi zərbələr nəticəsində azı bir nəfər həlak olub, 18 nəfər isə yaralanıb.
İsrail ordusu Suriyanın paytaxtı Dəməşqə daha bir hava zərbəsi endirib.
İsrail ordusunun bəyanatına görə, hücum “Dəməşqdə rejimə məxsus Baş Qərargah kompleksinin giriş qapısına” yönəlib. Suriyanın dövlət televiziyası isə hücum nəticəsində paytaxtda iki mülki vətəndaşın yaralandığını bildirib.
İsrailin müdafiə naziri İsrael Katz bildirib ki, əgər Şam rejimi ölkənin cənubundakı Süveyda bölgəsindən qoşunlarını geri çəkməsə, İsrail bölgədəki hərbi əməliyyatlarını genişləndirəcək.
İsrailin Suriya siyasətində “druzları qorumaq”, “Suriyanı parçalanmaqdan xilas etmək”, “Türkiyə təsirini neytrallaşdırmaq” və “ekstremistlərlə mübarizə” kimi tezislərlə müdaxilələrini əsaslandırması son aylarda daha aydın şəkildə görünməyə başlayıb.