Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Baş xəbər
    Baş xəbər

    Cənubda toqquşmalar, paytaxtda hücum: İsrail Suriya ilə yeni qarşıdurmaya sürüklənirmi?

    16 İyul 2025 18:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Cənubda toqquşmalar, paytaxtda hücum: İsrail Suriya ilə yeni qarşıdurmaya sürüklənirmi?
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice Analitik Təhlil Mərkəzi

    İsrail ordusu çərşənbə günü Suriyanın paytaxtı Dəməşqdə yerləşən ordu Baş Qərargah kompleksinin girişinə hava hücumu təşkil etdiyini açıqlayıb. İsrail tərəfi bu addımı, Suveyda şəhərində ordu qüvvələrinin geri çəkilməməsi halında Suriya hökumətinə birbaşa xəbərdarlıq kimi qiymətləndirib.

    İsrail ordusunun bəyanatına görə, hücum “Dəməşqdə rejimə məxsus Baş Qərargah kompleksinin giriş qapısına” yönəlib. Suriyanın dövlət televiziyası isə hücum nəticəsində paytaxtda iki mülki vətəndaşın yaralandığını bildirib.

    Eyni gün ərzində Dəməşqin Ümaviyyin meydanında yerləşən Baş Qərargah binasının ətrafı yenidən İsrail təyyarələrinin hədəfi olub. Əl-Cəzirə telekanalının canlı yayımladığı görüntülərdə hərbi kompleksə ardıcıl zərbələrin endirildiyi, binanın bəzi hissələrinin dağılaraq tüstüləndiyi əks olunub.

    İsrail sərhəddə gücləndirməyə gedir

    İsrail ordusunun sözçüsü Aviçay Ədrai bildirib ki, “mövcud vəziyyətə uyğun olaraq, Suriya ilə sərhəd bölgəsində – təhlükəsizlik hasarı yaxınlığında – əlavə hərbi qüvvələrin yerləşdirilməsinə qərar verilib”.

    Həmçinin çərşənbə günü İsrail pilotsuz təyyarələri Suveyda şəhərinə hücum təşkil edib. SANA agentliyi mülki şəxslər arasında xəsarət alanların olduğunu açıqlasa da, təfərrüat təqdim etməyib.

    İsrail müdafiə naziri və baş nazir açıq təhdid edir

    İsrailin müdafiə naziri Yoav Qallant bir daha Suriyanın Suveyda vilayətindən hərbi qüvvələrini çıxarmaması halında, əməliyyatların davam edəcəyini bildirib. Baş nazir Benyamin Netanyahunun da çıxışı diqqət çəkib: “Biz səhərdən Suriyada fəaliyyət göstəririk. İsrailin sərhədinə bitişik cənub-qərb Suriya bölgəsinin silahsız zona olaraq qalması bizim öhdəliyimizdir”.

    Eyni zamanda, çərşənbə günü Netanyahunun korrupsiya işi üzrə məhkəmə iclası Suriya ilə bağlı təhlükəsizlik vəziyyəti səbəbilə təxirə salınıb.

    Suveyda və Dəraa: Druz-bədəvi qarşıdurmaları və beynəlxalq reaksiyalar

    Çərşənbə axşamı İsrailin Suveyda və Dəraa bölgələrinə təşkil etdiyi hücumlar, hökumət qüvvələrinin bölgəyə yerləşməsi və oradakı druz və bədəvi silahlı qruplar arasında toqquşmalarla eyni vaxta təsadüf edib. Qanlı döyüşlər nəticəsində onlarla insan həlak olub və yaralanıb.

    Suriya İnsan Hüquqları Müşahidə Təşkilatının son hesabatına görə, şənbə günü başlayan qarşıdurmalarda ölənlərin sayı 248-ə çatıb. Onların arasında 64 druz silahlısı, 28 mülki şəxs (21-i yerində edam edilib), 138 ordu və təhlükəsizlik qüvvələri əməkdaşı və 18 bədəvi döyüşçü var.

    Beynəlxalq ictimaiyyət narahatdır

    Fransa xarici işlər nazirliyi Suveydada baş verən mülki ölümləri qınayaraq bütün tərəfləri dərhal atəşkəsə və zorakılığı dayandırmağa çağırıb. ABŞ-ın Suriyaya xüsusi elçisi Tom Baraq da X platformasında paylaşım edərək "Suveydada mülki şəxslərə qarşı zorakılığı qətiyyətlə pislədiyini", bütün tərəflərin geri çəkilərək daimi atəşkəsə yönəlmiş dialoqa başlamasını vacib saydığını vurğulayıb.

    Avropa İttifaqı isə çərşənbə günü bütün xarici tərəfləri “Suriyanın ərazi bütövlüyünə və suverenliyinə hörmət etməyə” çağırıb.

    Druzların sərhədi keçməsi və xaos

    İsrail ordusunun sərhəd mövqelərini gücləndirməsindən az sonra onlarla druz sakininin İsrail-Suriya sərhədini hər iki istiqamətdə keçməyə cəhd göstərdiyi müşahidə edilib. İsrail ordusu “Həzr kəndi” yaxınlığında sərhədi keçmək istəyən “şübhəli şəxslər”i dayandırmağa çalışıb və gözyaşardıcı qaz tətbiq edib. Eyni zamanda, bəzi israilli druzların “Məcdəl Şəms” bölgəsindən Suriya tərəfinə keçdiyi və geri qaytarılmasına çalışıldığı bildirilir.

    Baş nazir Netanyahunun ofisindən yayılan bəyanatda o, israilli druz vətəndaşlara müraciət edərək onlardan sərhədi keçməmələrini istəyib: “Sərhədi keçməyin – həyatınızı riskə atırsınız, öldürülə, ya da girov götürülə bilərsiniz. Ordunun işinə mane olmayın, evinizə qayıdın”.

    Təl-Əvivin “druzları qorumaq” bəhanəsi

    İsrailin son aylar ərzində Cənub-Suriya bölgəsində həyata keçirdiyi hava hücumları, onun bölgədə “silahsızlaşdırma” siyasətinə əsaslansa da, druzları “qorumaq” kimi iddialarla da əsaslandırılır. Lakin Suriya druz liderləri və Dəməşq hakimiyyəti dəfələrlə ölkənin daxili işlərinə xarici müdaxiləni rədd etdiklərini və bütün dini icmaların hüquqlarının təmin ediləcəyini bildiriblər.

    Yeni Suriya rəhbərliyi heç bir formada İsraili təhdid etmədiyi halda, Təl-Əvivin demək olar ki, hər gün həyata keçirdiyi hava hücumları nəticəsində mülki şəxslər həlak olub, Suriya ordusuna məxsus hərbi texnika və sursatlar məhv edilib.

    #Druz #Suriyalı druzlar və İsrailin mövqeyi #Druz icması #Livan druz lideri Valid Cumblat #druzlar #Suveyda Üsyanı #Dəraa vilayəti #Suriya hökumətində druz və əlavi təmsilçiləri varmı? #İsrailin Suriya daxilində druz və kürdlərlə əlaqələri #Druzların qorunması bəhanəsi #Suveyda hadisələri #Suriya ordusu və druz icması #Suveyda idarəetmə modeli #Suriyada druz təriqəti #Qənavat druz icması #Süveyda druzlar #Suriya druzlarının siyasi mövqeyi #İsrail və druz siyasəti #Suriyada druzların bölünməsi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İordaniyanın Suriyanın Süveyda bölgəsində narkotik tacirlərinin mövqelərinə endirdiyi zərbələr haqqında nələr bilirik?

    3 May 2026 07:43

    Suriyanın Süveyda əyalətində əsir mübadiləsi həyata keçirilib

    26 Fevral 2026 16:12

    İsrail 17 druz gəncinə təlim verəcək

    20 Noyabr 2025 22:12

    Druz toqquşmaları və təhlükəsizlik böhranı: Suriyada üç vilayətdə seçkilər ləğv edildi

    23 Avqust 2025 20:47

    Suriyanın birliyinə hərbi yolla nail olmaq qəbuledilməzdir - Şəraa

    17 Avqust 2025 14:28

    Süveyda vilayətindəki humanitar dəhliz silahlı toqquşmalar səbəbindən bağlanıb

    3 Avqust 2025 17:47

    Süveydada silahlı toqquşma baş verib

    3 Avqust 2025 14:56

    Leys Əl-Balaus Kimdir?

    31 İyul 2025 18:00

    Putin Netanyahu ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib

    28 İyul 2025 20:42

    Parisdə Suriya-İsrail görüşü - heç bir yekun saziş əldə olunmayıb

    27 İyul 2025 12:00

    Suveydadan daha 200 nəfər təxliyə edilib

    25 İyul 2025 09:27

    Suveydada Dürzi-Sünni fitnəsinə imkan verməyəcəyik - Dürzi lideri

    24 İyul 2025 18:21
    XƏBƏR LENTİ

    Bello Vud döyüşü necə başladı? ABŞ dəniz piyadalarının Birinci Dünya müharibəsindəki ilk böyük sınağı

    Tarixdə bu gün - 6 İyun

    Həmas nümayəndə heyəti “atəşkəs” üçün Misirə gedib

    Hörmüz boğazının gələcəyi hansı yeni şərtlərlə müəyyən ediləcək?

    Fransız vətəndaşlarının gəmidəki vəziyyəti araşdırılır

    İranın Ali Rəhbərinin məsləhətçisi: Tramp danışıqlar problemini aradan qaldırmalıdır

    Xarici işlər nazirləri Livanda gərginliyin artmasına dərin narahatlıq bildirib

    BMT-nin ümumdünya qida proqramı: Enerji qiymətlərinin artımı qida çatışmazlığını dərinləşdirir

    İranın Ali Rəhbəri 2,000-dən çox məhbusu əfv edib

    ABŞ bildirir ki, İran limanlarının blokadası zamanı 129 gəmi istiqamətini dəyişib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.