Azərbaycanın diaspor təşkilatları Nyu-York merinə etiraz olaraq ABŞ Prezidenti Donald Trampa müraciət edib.
#Zahran Mamdani
Siena Universitetinin yanvar ayının sonunda keçirdiyi rəy sorğusu göstərib ki, 34 yaşlı demokrat mer Mamdani Nyu-York sakinlərinin 68%-nin dəstəyini qazanır. Qəzet bunu şərh edərək bildirib ki, bu göstərici Amerika Demokrat Partiyasının gələcək siması hesab edilən əvvəlki mer Erik Adamsın və ondan əvvəlki mer Maykl Blumberqin əldə etdiyi ən yüksək reytinqlərdən də yuxarıdır.
ABŞ Prezidenti Donald Tramp və Nyu-York şəhərinin yeni seçilmiş meri Zahran Mamdani Ağ Evdə keçirdikləri ilk görüşdə mehriban münasibət sərgiləyərək şəhərdə cinayətkarlıqla mübarizə və yaşayış xərclərinin azaldılması istiqamətində əməkdaşlıq edəcəklərini bildiriblər.
ABŞ prezidenti Donald Tramp Ukraynadakı münaqişəyə son qoymaq planını "sülhə gedən yol" kimi gördüyünü bildirib. Bu barədə ABŞ prezidenti Nyu-Yorkun yeni seçilən meri Zohran Mamdani ilə görüşü zamanı deyib. O bildirib ki, Ukrayna prezidenti Volodimir Zelenski döyüşlərin bitməsini istəyirsə, bunu qəbul etməli olacaq.
ABŞ Prezidenti Donald Tramp, Nyu-York bələdiyyə başçısı seçkilərini qazanan Demokrat namizəd Zahran Mamdani ilə sabah görüş keçirəcəyini açıqlayıb. Tramp sosial media hesabında paylaşdığı bəyanatda Mamdaninin görüş istədiyini bildirib. “Nyu-Yorkun kommunist bələdiyyə başçısı Zahran Mamdani görüş tələb etdi. 21 noyabr Cümə günü Oval Ofisdə görüşməyə razılaşdıq. Ətraflı məlumat tezliklə.” - deyə Tramp paylaşımda qeyd edib. Prezident daha öncə Fox News-ə müsahibəsində Mamdani haqqında danışaraq, onun Vaşinqtona hörmətlə yanaşmalı olduğunu qeyd etmişdi.
1991-ci il, 18 oktyabrda doğulan Zahran Mamdani amerikalı sosialist fəal və siyasətçidir. O, Demokratik Partiyanın və Amerikada Demokratik Sosialistlərin üzvüdür və 2021-ci ildən bəri Nyu-York ştat məclisinin 36-cı dairəsindən – Kuins bölgəsini təmsil edərək – üzv olaraq fəaliyyət göstərir. O, 2025-ci ildə keçiriləcək seçkilərdə Nyu-York şəhərinin meri vəzifəsinə Demokrat Partiyasının ehtimal edilən namizədi hesab olunur.
Amerikalı müsəlman Zahran Məmdani Nyu-York şəhərinin meri vəzifəsinə tarixi qələbə qazanaraq, şəhərin idarəçiliyində yeni bir dövrə start verdi.