Cənubi Koreya və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) süni intellekt, nüvə enerjisi, hava nəqliyyatı və digər sahələrdə əməkdaşlığı genişləndirmək məqsədilə 7 memorandum imzalayıblar. Cənubi Koreya Prezidenti Li Çje Myon və BƏƏ Prezidenti Məhəmməd bin Zayed Əl Nahyan Abu Dabidə görüşüblər. Li Çje Myon BƏƏ-ni “qardaş ölkə” adlandıraraq, ölkəsinin BƏƏ ilə “əsrlik dostluq qurmaq üçün geniş əməkdaşlığa hazır olduğunu” bildirib.
#BƏƏ
Qətərdə fəaliyyət göstərən on yüksək vəzifəli CEO Forbes Middle East jurnalının açıqladığı “Yaxın Şərqin Top 100 CEO-su” siyahısına daxil edilib.
Adnoc Logistics & Services şirkəti listinqdən bəri ən güclü doqquz aylıq maliyyə göstəricilərini açıqlayıb. Hesabata görə, 2025-ci ilin yanvar-sentyabr aylarında şirkətin gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 39 faiz artaraq 3,7 milyard dollara çatıb. Eyni zamanda Ebitda 30 faiz artaraq 1,12 milyard dollar təşkil edib və marja 30 faiz səviyyəsində qorunub.
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda noyabrın 21-22-də Al-Faysal Universitetində Yaxın Şərq Terapevtik Radiasiya Onkologiyası Cəmiyyətinin dördüncü konfransı keçiriləcək. Tədbirdə Krallıqdan və digər ölkələrdən olan mütəxəssislər, tədqiqatçılar, beynəlxalq dərman və tibbi texnologiya şirkətləri iştirak edəcək. Konfransın əsas mövzuları süni intellektin tətbiqi və müasir xərçəng müalicəsi texnologiyaları olacaq.
Noyabrın 8-də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Baş nazirinin müavini və müdafiə naziri, Dubayın vəliəhdi Şeyx Hamdan bin Məhəmməd bin Raşid Əl Maktum Azərbaycan Respublikasına səfərə gəlib.
Tədbirdə Biznes Şuranın ilk iclasına hazırlıq işləri, hər iki ölkənin biznes dairələri arasında əməkdaşlığın genişləndirilməsi imkanları, birgə layihələrin icrası müzakirə edilib. Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Şarja şəhərində Azərbaycan – BƏƏ Birgə Biznes Şurasının həmsədrləri - Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov və BƏƏ-nin Ticarət və Sənaye Palataları Federasiyasının sədr müavini və Şarja Ticarət və Sənaye Palatasının (SCCI) sədri Abdullah Əl-Uveys görüşüblər.
ABŞ-ın BMT-dəki daimi nümayəndəliyi bəyan edib ki, Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Vaşinqtonun Qəzza zolağı ilə bağlı təqdim etdiyi yeni qətnamə layihəsini dəstəkləyiblər. Məlumata görə, sənəd ikiillik keçid dövrü çərçivəsində Qəzzada beynəlxalq sabitləşdirmə qüvvəsinin yerləşdirilməsini və yeni idarəetmə orqanının — “Sülh Şurası”nın yaradılmasını nəzərdə tutur. Bu struktur vasitəsilə Qəzzaya nəzarətin HƏMAS-dan alınması və ərazinin tərksilah edilməsi planlaşdırılır.
İstanbulda Türkiyənin xarici işlər naziri Hakan Fidanın sədrliyi ilə keçirilən Qəzza mövzusuna həsr olunmuş yüksək səviyyəli toplantı başa çatıb. AzerVoice xəbər verir ki, toplantıda İndoneziya, Pakistan, Səudiyyə Ərəbistanı və İordaniyanın xarici işlər nazirləri, eləcə də BƏƏ və Qətərin rəsmi nümayəndələri iştirak ediblər.
İstanbulda Türkiyənin xarici işlər naziri Hakan Fidanın ev sahibliyi ilə Qəzzada atəşkəsin davamlılığı və humanitar vəziyyətin müzakirə ediləcəyi yüksək səviyyəli toplantı işə başlayıb. Zirvədə sentyabr ayında ABŞ Prezidenti Donald Trampın iştirakı ilə keçirilən Qəzza görüşündə yer alan yeddi ölkənin xarici işlər nazirləri – Birləşmiş Ərəb Əmirlikləri, İndoneziya, Qətər, Pakistan, Səudiyyə Ərəbistanı və İordaniya – iştirak edir.
Tədbir çərçivəsində keçirilən panel sessiyasında birbaşa xarici investisiyaların cəlb edilməsində Agentliyin funksiyası və əlaqələndirici kimi rolu, Azərbaycanın investisiya və biznes mühitinin üstünlükləri barədə məlumat verilib. İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO Birləşmiş Ərəb Əmirliklərinin Şarja əmirliyində “Dünyamızın transformasiyası: Möhkəm və davamlı gələcəyə sərmayə qoymaq” mövzusunda keçirilən 29-cu Ümumdünya İnvestisiya Konfransı (World Investment Conference) və 8-ci Şarja İnvestisiya Forumunda (Sharjah Investment Forum) təmsil olunub.
Ölkəmizdə Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələri (XTQ) və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezident Qvardiyasının Xüsusi Əməliyyat Komandanlığı bölmələrinin iştirakı ilə keçirilən "Sarsılmaz Tərəfdaşlıq-2025" birgə xüsusi təyinatlı qüvvələr təlimi oktyabrın 30-da sona çatıb.
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov oktyabrın 30-da Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədri Saqr Qobaşla görüşüb.