#BƏƏ

Dekabrın 8-də Bakı Konqres Mərkəzində rəsmi açılışı keçirilən “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə – 2025” panel müzakirələrlə işini davam etdirib. "Rəqəmsal dövrdə İslam ölkələrinin mədəniyyəti" mövzusuna həsr olunan növbəti panel Mədəniyyət Nazirliyi Xarici əlaqələr sektorunun müdiri Aydan Nurəlizadənin moderatorluğu ilə gerçəkləşib.

2025-ci ilin yanvar – oktyabr aylarında Türkiyədən BƏƏ-yə polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 1,1 dəfə artaraq, 157 milyon 99 min 97 dollara bərabər olub. Türkiyə 2025-cü ilin oktyabr ayında BƏƏ-yə polad ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 13,3 faiz artaraq, 10 milyon 502 min 28 dollara çatdırıb. Qeyd edək ki, 2025-ci ilin yanvar-oktyabr aylarında Türkiyənin polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 faiz artaraq, 13 milyard 735 milyon 173 min dollara bərabər olub.

2025-ci ilin yanvar- oktyabr ayında Türkiyədə BƏƏ kapitalı ilə 78 şirkət qeydiyyata alınıb ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 19 şirkət azdır. “Hesabat dövründə Türkiyədə qeydiyyata alınan BƏƏ şirkətlərinin məcmu kapitalı 312 milyon 450 min türk lirəsi olduğu halda, 2024-cü ilin eyni dövründə bu rəqəm 171 milyard türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib. Qurumdan o da qeyd olunub ki, 2025-ci ilin yanvar - oktyabr ayında BƏƏ şirkətlərinin əksəriyyəti İstanbulda (63) qeydiyyata alınıb.

2025-ci ilin yanvar – oktyabr aylarında Türkiyədən BƏƏ-yə hazır geyim ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6,8 faiz artaraq, 161 milyon 621 min 96 dollara bərabər olub. Türkiyə 2025-cü ilin oktyabr ayında BƏƏ-yə hazır geyim ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 72,7 faiz azalaraq, 10 milyon 391 min 18 dollara çatdırıb. Qeyd edək ki, 2025-ci ilin yanvar-oktyabr aylarında Türkiyənin hazır geyim ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6,2 faiz azalaraq, 14 milyard 219 milyon 509 min dollara bərabər olub.