“Leman” jurnalının baş redaktoru Aslan Özdemir İstanbul hava limanında saxlanıldıqdan sonra ifadəsi alınıb və həbs tələbi ilə Sülh Cəza Məhkəməsinə göndərilib.
#Hz. Məhəmməd karikaturası
İstanbul Respublika Baş Prokurorluğu tərəfindən dini dəyərlərin təhqiri iddiası ilə başladılan istintaq çərçivəsində barəsində həbs qərarı çıxarılan “Leman” jurnalının baş redaktoru Aslan Özdemir İstanbul hava limanında saxlanılıb.
Məhəmməd peyğəmbər və Musa peyğəmbərin təsvir olunduğu karikaturanın “Leman” jurnalında dərc olunması ilə bağlı başlanan istintaq çərçivəsində jurnalın baş redaktoru Aslan Özdemir barəsində həbs qərarı çıxarılıb.
Bu səbəbdən Türkiyə Cinayət Məcəlləsinin 216-cı maddəsinin birinci bəndinə əsasən rəsmi istintaq başladıldığı bildirilib.
Türkiyə Prezidenti və AK Parti sədri Rəcəb Tayyib Ərdoğan partiyasının Genişləndirilmiş İl Başçıları Toplantısında verdiyi açıqlamada, gündəmdə yayılan karikaturanın yumor maskası altında həyata keçirilən açıq və rəzil bir təxribat olduğunu bildirib.
Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş “Leman” jurnalında yayımlanan və İslam Peyğəmbərinə qarşı təhqir xarakteri daşıyan karikaturaya sərt reaksiya verib.
Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Devlet Bahçeli partiyasının qrup toplantısında çıxış edərək, son günlərdə yayılan və İslam dininə qarşı hörmətsizlik kimi dəyərləndirilən karikaturaya münasibət bildirib.
Ədliyyə naziri Tunç: Heç bir azadlıq inancı alçaltmaq haqqını vermir