Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Çin Xalq Respublikasının sədri Si Cinpinlə görüş keçirib. Ərdoğan Orta Dəhliz ilə Çinin “Kəmər və Yol” təşəbbüsünün uyğunlaşdırılması üçün birgə addımların əhəmiyyətini vurğulayıb. O, ikitərəfli ticarətin balanslı və davamlı inkişafı üçün sərmayələrin önəmini qeyd edib. Xüsusilə rəqəmsal texnologiyalar, enerji, səhiyyə və turizm sahələrinin böyük potensiala malik olduğunu bildirib. Prezident əlavə edib ki, bu çərçivədə Çin şirkətlərinin Türkiyədə sərmayə yatırmaları üçün əlaqələndirmənin artırılması faydalı olacaq.
#Si Cinpin
Çin Azərbaycanın suveren inkişaf modelini dəstəkləyir. Bunu Çin Xalq Respublikasının Sədri Si Cinpin Çinin Tiencin şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə görüşü zamanı deyib. Çin Xalq Respublikasının Sədri ölkəmizin suveren inkişaf modelinin Çin tərəfindən dəstəkləndiyini dedi, Çinin başqa ölkələrin daxili işlərinə qarışmamaq prinsipinə sadiq olduğunu vurğuladı.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) 25-ci Dövlət Başçıları Şurasının Zirvə Toplantısında iştirak etmək üçün Çinə səfər edib. AzerVoice xəbər verir ki, Ərdoğanı Esenboğa hava limanında vitse-prezident Cevdet Yılmaz, Ankara valisi Vasip Şahin və digər rəsmi şəxslər yola salıblar.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində iştirak etmək üçün Çinin Tyanjin şəhərinə gedib. Bu gün Tokayev ilə Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında görüş keçiriləcək.
Çinə rəsmi səfər çərçivəsində Qurbanqulu Berdiməhəmmədov adına Uşaqlara Yardım Fondunda müalicə işləri üzrə vitse-prezident Oqulcahan Atabayeva ilə Çin Xalq Respublikasının təhsil naziri Huay Szinpen arasında görüş keçirilib.
Qazaxıstan prezidenti avqustun 31-dən sentyabrın 1-dək Şanxay Əməkdaşlıq Təşkilatının sammitində və Tyantszin şəhərində keçiriləcək “ŞƏT Plus” toplantısında iştirak edəcək. Sentyabrın 2-də Pekində Qasım-Jomart Tokayev “Qazaxıstan-Çin” İşgüzar Şurasının iclasında çıxış edəcəyi və aparıcı Çin şirkətlərinin rəhbərləri ilə görüşlər keçirəcəyi də qeyd edilir.
ABŞ prezidenti Donald Tramp bu il ərzində və ya qısa müddət sonra Çinə səfər etməyi planlaşdırır. Bu barədə Tramp Ağ Evdə Cənubi Koreya prezidenti Li Çje Myon ilə görüşdən sonra jurnalistlərin suallarını cavablandırarkən deyib. “Çox ehtimal ki, bu il ərzində və ya tezliklə Çinə səfər edəcəyik” – deyə, D.Tramp bildirib.
Çin Xalq Respublikasının (ÇXR) Sədri Si Cinpin 2025-ci ildə Tyançində keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) sammitində iştirak edəcək. Nazirliyin açıqlamasında bildirilib ki, Si Cinpin ŞƏT-ə üzv dövlət başçılarının Şurasının 25-ci iclasına və SCO+ formatında keçiriləcək görüşə sədrlik edəcək, həmçinin proqram xarakterli çıxış edəcək.
Əfqanıstan müdafiə naziri Məhəmməd Yaqub Mücahid Rusiya, ABŞ və Çini ölkəsi uğrunda hərbi qarşıdurma deyil, iqtisadi və ticarət əməkdaşlığı sahəsində rəqabət aparmağa çağırıb. Mücahid bildirib ki, böyük güclər arasında qarşılıqlı güvən mövcuddur.
ABŞ Prezidenti Donald Tramp, Çin lideri Si Cinpinlə ilin sonunadək şəxsi görüş keçirəcəyinə ümid etdiyini bildirib.
ABŞ prezidenti Donald Tramp yaxın zamanda Çinə səfər edə biləcəyini istisna etməyib.
ABŞ Prezidenti Donald Trampın sentyabr ayının əvvəlində Çin Xalq Respublikasının sədri Si Cinpin və Rusiya Prezidenti Vladimir Putinlə görüşmək üçün Pekinə dəvət edilə biləcəyi iddia olunub.