#Si Cinpin

Üç günlük güclü artımdan sonra bu gün, çərşənbə günü neft qiymətlərində geriləmə müşahidə olunub. Eyni zamanda, investorların ABŞ Prezidenti Donald Tramp və çinli həmkarı Si Cinpin arasında Pekində keçiriləcək mühüm zirvə görüşünü gözləməsi fonunda qızıl qiymətləri sabit qalıb. VOA xəbər verir ki, Bbazardakı bu dinamika həm də İrandakı müharibə və Hörmüz boğazının bağlanması ilə bağlı davam edən gərginliklər fonunda baş verir.

İran Çin Prezidenti Si Cinpinin Yaxın Şərqdə sülh və sabitliyin qorunmasına yönəlmiş dörd maddəlik təşəbbüsünü dəstəklədiyini açıqlayıb. İranın Çindəki səfiri Əbdolreza Rəhmani Fəzli bildirib ki, Pekinin planı Fars körfəzi regionunda davamlı təhlükəsizlik və ortaq inkişaf məqsədi daşıyır. Məsələ İran və Çin xarici işlər nazirləri arasında keçirilən görüşdə də müzakirə olunub. Çin son dövrlərdə Yaxın Şərqdə diplomatik rolunu gücləndirməyə çalışır.

Çin sədri Si Cinpin ABŞ Prezidenti Donald Trampın yeni elan etdiyi “Sülh Şurası”nın (Board of Peace) Birləşmiş Millətlər Təşkilatının (BMT) nüfuzuna xələl gətirə biləcəyi ilə bağlı narahatlıqlar fonunda, beynəlxalq birliyi bu qurumun “mərkəzi rolu”nu qorumağa səsləyib. Cümə günü braziliyalı həmkarı Luiz İnasio Lula da Silva ilə telefon danışığı aparan Si Cinpin, Trampın beynəlxalq normaları sarsıdan yeni təşəbbüsünə qarşı Braziliya ilə gücləri birləşdirməyin vacibliyini vurğulayıb. Hər iki ölkə Trampın qrupuna dəvət alsa da, iştiraklarını təsdiqləməyiblər və Pekin bu addımı BMT-yə qarşı bir rəqabət cəhdi kimi qiymətləndirir.

ABŞ Prezidenti Donald Tramp Meksika və Kolumbiya ilə bağlı sərt açıqlamalar verərək, regionda təhlükəsizlik və narkotik dövriyyəsi məsələlərini gündəmə gətirib. Florida ştatında istirahətdən Vaşinqtona qayıdarkən təyyarədə jurnalistlərə danışan Tramp, Venesuelaya qarşı həyata keçirilən hərbi müdaxilələrin “doğru və haqlı” olduğunu iddia edib. Onun sözlərinə görə, Venesueladan ABŞ-yə böyük həcmdə narkotik daşınır və ölkənin Prezidenti Nikolas Maduro “narko-terror dövləti” idarə edir.

Koreya Respublikasının Prezidenti Li Cemyön Çin Xalq Respublikasına (ÇXR) dövlət səfərinə gəlib. Səfər ÇXR Sədri Si Cinpinin dəvəti ilə baş tutub və bu, Li Cemyönün prezident vəzifəsində Çinə ilk səfəridir. Səfər yanvarın 7-dək davam edəcək və Cənubi Koreya lideri paytaxt Pekin ilə yanaşı, Çin maliyyə mərkəzi Şanxaya da baş çəkəcək.

Çin Xalq Respublikasının Sədri Si Cinpin Fransanın Prezidenti Emmanuel Makronla Vyanada keçirilən görüş zamanı Ukrayna münaqişəsi fonunda Pekinə qarşı irəli sürülən ittihamları əsassız adlandırıb və Çin diplomatiyasının əsas məqsədinin sülhün təmin edilməsi olduğunu bildirib.

ABŞ-ın prezidenti Donald Tramp gömrük rüsumlarının ləğvinin ölkəsi üçün dağıdıcı nəticələrə səbəb olacağını, bu rüsumlar olmasa bütün dünyanın iqtisadi böhrana düşəcəyini iddia edib. Tramp bu fikirləri Fox News telekanalına verdiyi müsahibədə səsləndirib və ABŞ Ali Məhkəməsində baxılan tarifə işi barədə danışıb. O bildirib ki, Ali Məhkəmədə aparılan prosesin “yaxşı keçdiyini” eşidib və bu işi “ABŞ tarixindəki ən mühüm məhkəmə işlərindən biri” kimi qiymətləndirib.

ABŞ Prezidenti Donald Tramp Tokioda Yaponiya Baş naziri Sanaye Takaişi ilə görüşüb və iki ölkə arasında nadir metalların təchizatının təhlükəsizliyinə dair saziş imzalanıb. Sazişin məqsədi Çinin bu sahədə tətbiq etdiyi ixrac məhdudiyyətləri fonunda hasilat, emal və təchizat zəncirlərini möhkəmləndirməkdir. Görüş zamanı Takaişi ABŞ-a 250 illik münasibətilə 250 albalı ağacı hədiyyə ediləcəyini açıqlayıb və Trampa keçmiş baş nazir Şinzo Abenin şəxsi qolf çubuqlarını təqdim edib. Tramp ABŞ-ın Yaponiyaya tam dəstək verdiyini bildirib və Takaişinin ölkənin ilk qadın baş naziri olmasını “böyük nailiyyət” kimi qiymətləndirib.

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Asiya turu çərçivəsində Çin Prezidenti Si Cinpin ilə keçirəcəyi görüşdə Tayvan məsələsi də müzakirə olunacaq mövzular arasında yer alacaq. Tramp həmçinin Honq-Konqda həbsdə olan media maqnatı Cimmi Layın azadlığa buraxılmasının vacibliyini vurğulayıb. ABŞ lideri Vaşinqtonu tərk edərək Asiya səfərinə – hakimiyyətə qayıtdıqdan sonra ilk Asiya turuna başlamazdan öncə Şimali Koreya lideri Kim Çen In ilə görüşmək arzusunu da ifadə edib.

ABŞ Prezidenti Donald Tramp, cümə günü Çin Prezidenti Si Cinpinlə telefon danışığı apararaq TikTok-un ABŞ-da fəaliyyətini davam etdirməsinə imkan verəcək razılaşmanı yekunlaşdırmağı planlaşdırır. ABŞ lideri Çin ilə münasibətlərin “çox yaxşı” olduğunu vurğulasa da, Avropa ölkələrinin Pekinə qarşı daha yüksək gömrük rüsumları tətbiq etməsi halında Rusiyanın Ukraynadakı müharibəsini dayandıra biləcəyini iddia edib.