#Özbəkistan

2026-ci ilin yanvar ayında Türkiyədən Özbəkistana dəri məhsulları ixracı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 8,8 faiz artaraq, 342 min 88 dollara bərabər olub. 2026-ci ilin yanvar ayında Türkiyənin dəri məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 15,4 faiz azalaraq, 106 milyon 755 min dollara bərabər olub. Nazirlikdən onu da bildiriblər ki, son 12 ay ərzində (yanvar 2026 - yanvar 2025) Türkiyə 1 milyard 425 milyon 447 min dollar məbləğində dəri məhsulları ixrac edib.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ABŞ-a səfər edəcək. Məlumata görə, iclas fevralın 19-na təyin olunub. Qeyd olunur ki, cari ilin yanvar ayında Özbəkistan Prezidenti yeni beynəlxalq qurum olan Sülh Şurasının nizamnaməsini imzalayıb. Bununla da Özbəkistan təşkilatın təsisçi dövlətlərindən biri statusunu qazanıb.

2026-ci ilin yanvar ayında Türkiyədən Özbəkistana xalça ixracı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 1,7 dəfə artaraq, 560 min 44 dollara bərabər olub. Qeyd edək ki, 2026-ci ilin yanvar ayında Türkiyənin xalça ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 10 faiz azalaraq, 206 milyon 372 min dollara bərabər olub. Nazirlikdən onu da bildiriblər ki, son 12 ay ərzində (yanvar 2026 - yanvar 2025) Türkiyə 2 milyard 815 milyon 252 min dollar məbləğində xalça ixrac edib.

2026-ci ilin yanvar ayında Türkiyədən Özbəkistana polad ixracı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 58,2 faiz azalaraq, 2 milyon 561 min 50 dollara bərabər olub. Qeyd edək ki, 2026-ci ilin yanvar ayında Türkiyənin polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 12,9 faiz azalaraq, 1 milyard 84 milyon 607 min dollara bərabər olub. Nazirlikdən onu da bildiriblər ki, son 12 ay ərzində (yanvar 2026 - yanvar 2025) Türkiyə 16 milyard 381 milyon 111 min dollar məbləğində polad ixrac edib.

Türkiyə və Özbəkistan azad və xüsusi iqtisadi zonalarda qarşılıqlı investisiya və texnologiya cəlb edən modellər yaratmağı hədəfləyir. Bu məqsədlə iki ölkə arasında təlim kursları, konfranslar və qarşılıqlı nümayəndə heyətlərinin səfərlərinin təşkili planlaşdırılır. Ötən həftə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə keçirdiyi görüşlər və Türkiyə-Özbəkistan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 4-cü iclası mühüm razılaşmalarla yekunlaşıb. Bu çərçivədə Türkiyənin Ticarət Nazirliyi ilə Özbəkistanın İnvestisiya, Sənaye və Ticarət Nazirliyi arasında azad və xüsusi iqtisadi zonalar sahəsində əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

Azərbaycan, Qazaxıstan və Özbəkistan energetika nazirlərinin müavinləri, Birgə Müəssisə, "CESI S.p.A" şirkəti, Asiya İnkişaf Bankı (AİB) və üç ölkənin elektrik enerjisi şirkətlərinin iştirakı ilə "Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi" layihəsinin texniki-iqtisadi əsaslandırmasının hazırlanmasına dair ilk onlayn iclas keçirilib.

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə rəsmi səfər çərçivəsində Ankaraya gəlib. Esenboğa Hava Limanında Şavkat Mirziyoyevi Prezident Rəcəb Tayyib Ərdoğan və birinci xanım Əminə Ərdoğan qarşılayıblar.

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə rəsmi səfər çərçivəsində Türkiyəyə yola düşüb. Rəsmi səfərin proqramına, həmçinin, bir sıra humanitar və mədəni tədbirlərdə iştirak da daxildir. Bu tədbirlərin iki ölkə arasında humanitar əlaqələrin genişləndirilməsinə və xalqlar arasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə töhfə verəcəyi vurğulanır.

Özbəkistanın paytaxtı Daşkənd şəhərində Asiya Olimpiya Şurasının (AOŞ) 46-cı Baş Assambleyası keçirilib. Səsvermə nəticəsində Milli Olimpiya Komitələri Assosiasiyasının (ANOC) sədrinin birinci müavini, Qətər Dövlətinin Olimpiya Komitəsinin prezidenti Şeyx Coaan bin Həməd Al Tani Asiya Olimpiya Şurasının yeni rəhbəri seçilib. Onun namizədliyi iştirakçılar tərəfindən yekdilliklə dəstəklənib.

22-23 yanvar 2026-cı il tarixlərində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti xanım Aktotı Raimkulovanın Özbəkistan Respublikasına ilk rəsmi səfəri baş tutub. Səfər Türk Mədəniyyəti və İrsi Fondu ilə Özbəkistan Respublikası arasında güclü və uzunmüddətli tərəfdaşlığın başlanğıcını qoyan əlamətdar və tarixi bir hadisə kimi dəyərləndirilir. Bu, Özbəkistan Respublikasının Prezidenti Zati-aliləri cənab Şavkat Mirziyoyevin təşəbbüsü ilə 7 oktyabr 2025-ci ildə Azərbaycanın Qəbələ şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçılarının Zirvə Görüşündə Özbəkistan Respublikasının Fonda tamhüquqlu üzv kimi qəbul edilməsi ilə bağlı mühüm qərara əsasən atılan addım olub.