Rövnəq Abdullayev Türkmənistanda SPECA Rəhbər Şurasının 20-ci iclasında iştirak edib.
#Özbəkistan
2025-ci ilin yanvar – dekabr aylarında Türkiyədən Özbəkistana sement ixracı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 79,4 faiz artaraq, 23 milyon 949 min 53 dollara bərabər olub. Türkiyə 2025-cü ilin dekabr ayında Özbəkistana sement ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 35,2 faiz artaraq, 1 milyon 514 min 26 dollara çatdırıb.
Birləşmiş Millətlər Təşkilatının Mərkəzi Asiya ölkələrinin iqtisadiyyatları üçün Xüsusi Proqramı (SPECA) çərçivəsində iqlim dəyişikliyi sahəsində yeni beynəlxalq təşəbbüs irəli sürülüb. İclasda Türkmənistanın 2025-ci ildə SPECA-ya sədrliyi dövründə görülən işlərin yekunları nəzərdən keçirilib, proqramın fəaliyyətinin gələcək mərhələdə daha da gücləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub.
2025-ci ilin yanvar – dekabr aylarında Türkiyədən Özbəkistana tekstil ixracı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 6,9 faiz azalaraq, 120 milyon 36 min 40 dollara bərabər olub. Türkiyə 2025-cü ilin dekabr ayında Özbəkistana tekstil ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 0,9 faiz artaraq, 9 milyon 306 min 42 dollara çatdırıb. Qeyd edək ki,2025-ci ilin yanvar-dekabr aylarında Türkiyənin tekstil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 0,8 faiz azalaraq, 9 milyard 408 milyon 630 min dollara bərabər olub.
2025-ci ilin yanvar – dekabr aylarında Türkiyədən Özbəkistana mebel ixracı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 12,1 faiz artaraq, 75 milyon 514 min 23 dollara bərabər olub. Türkiyə 2025-cü ilin dekabr ayında Özbəkistana mebel ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 8,7 faiz artaraq, 6 milyon 167 min 34 dollara çatdırıb. Qeyd edək ki,2025-ci ilin yanvar-dekabr aylarında Türkiyənin mebel ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 1,2 faiz artaraq, 7 milyard 987 milyon 82 min dollara bərabər olub.
2025-ci ilin yanvar – dekabr aylarında Türkiyədən Özbəkistana hazır geyim ixracı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 79,2 faiz azalaraq, 30 milyon 817 min 7 dollara bərabər olub. Türkiyə 2025-cü ilin dekabr ayında Özbəkistana hazır geyim ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 53 faiz azalaraq, 2 milyon 700 min 1 dollara çatdırıb. Qeyd edək ki,2025-ci ilin yanvar-dekabr aylarında Türkiyənin hazır geyim ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6,3 faiz azalaraq, 16 milyard 773 milyon 432 min dollara bərabər olub.
SPECA İqtisadi Forumunda Azərbaycanın regional əməkdaşlığın inkişafına verdiyi töhfə, ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi, investisiya və biznes mühitinin yaxşılaşdırılması tədbirləri barədə məlumat verilib. Türkmənistanın paytaxtı Aşqabad şəhərində BMT-nin Mərkəzi Asiya ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı (SPECA) çərçivəsində “Beynəlxalq Sülh və Etimad İli: Dayanıqlı İnkişaf naminə regional qarşılıqlı əlaqəlilik” mövzusunda SPECA İqtisadi Forumu keçirilib.
Azərbaycan Mərkəzi Bankı (AMB) və Özbəkistan Respublikasının Perspektivli Layihələr üzrə Milli Agentliyi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Bildirilib ki, memorandum qurumlar arasında əməkdaşlığın hüquqi bazasının yaradılması ilə yanaşı, kapital və sığorta bazarı, kripto-aktivlərin inkişafı, tənzimlənməsi və nəzarəti sahəsində əməkdaşlıq əlaqələrinin gücləndirilməsinə töhfə verəcək.
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Özbəkistan arasında Özbəkistanın dağ-mədən sektorunun inkişafını dəstəkləmək, dayanıqlı artımı təşviq etmək və uzunmüddətli iqtisadi dəyər yaratmaq məqsədilə mühüm anlaşma memorandumu imzalanıb. BƏƏ-nin rəsmi agentliyi WAM-ın verdiyi məlumata görə, sənəd Əbu-Dabidə BƏƏ-nin İnvestisiya naziri Məhəmməd Həsən əs-Suveydi və Özbəkistan Baş nazirinin müavini Cəmşid Xocayev tərəfindən imzalanıb. Bu razılaşma kəşfiyyat və hasilat işlərindən başlayaraq son məhsulun istehsalına qədər olan bütün dağ-mədən dəyər zənciri boyunca investisiya fəaliyyətlərini əhatə edir.
2025-ci ilin yanvar – dekabr aylarında Türkiyədən Özbəkistana avtomobil ixracı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 4,6 faiz azalaraq, 65 milyon 444 min 87 dollara bərabər olub. Türkiyə 2025-cü ilin dekabr ayında Özbəkistana avtomobil ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 0,2 faiz artaraq, 4 milyon 977 min 66 dollara çatdırıb. Qeyd edək ki,2025-ci ilin yanvar-dekabr aylarında Türkiyənin avtomobil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 11,6 faiz artaraq, 41 milyard 521 milyon 96 min dollara bərabər olub.
14 yanvarda Pakistanın İslamabad şəhərində “ASAN xidmət” mərkəzinin açılış mərasimi keçirilib. Bildirilib ki, mərasimdə Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif, Pakistan hökumətinin üzvləri, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak ediblər. Azərbaycanın intellektual brendi olan ASAN konsepsiyası əsasında yaradılan mərkəz barədə məlumat verilib.
Bu gün Qırğızıstan Respublikasının xarici işlər naziri Jeenbek Kulubayev ilə Özbəkistan Respublikasının xarici işlər naziri Bəxtiyor Saidov arasında telefon danışığı baş tutub. Danışıq zamanı tərəflər Qırğızıstan–Özbəkistan əməkdaşlığının aktual məsələlərini müzakirə edərək, beynəlxalq nəqliyyat dəhlizlərinin daha da inkişaf etdirilməsinə, eləcə də Qırğızıstan–Özbəkistan dövlət sərhədində yerləşən gömrük-keçid məntəqələrinin buraxılış qabiliyyətinin optimallaşdırılmasına yönəlmiş tədbirlərə xüsusi diqqət ayırıblar.