Dekabrın 14-dən 20-dək Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri keçiriləcək. Bu barədə Mədəniyyət Nazirliyi məlumat verib. Bildirib ki, bu münasibətlə qardaş ölkənin Mədəniyyət Nazirliyinin rəhbər heyəti, tanınmış incəsənət nümayəndələri və aparıcı bədii kollektivləri Azərbaycana səfərə gəlib.
#Özbəkistan
İran Prezidenti Məsud Pezeşkian, son dövrlərdə Qazaxıstan və Türkmənistana etdiyi səfərlərin müsbət və konstruktiv nəticələr verdiyini və bu səfərlərin İslam Respublikasının qonşu ölkələrlə əlaqələri gücləndirmək siyasətini möhkəmləndirdiyini bildirib. Cümə axşamı gecəsi Tehrana qayıtdıqdan sonra çıxış edən Pezeşkian, İranın regional əlaqələri gücləndirməyə olan sadiqliyini bir daha vurğulayaraq, səfər zamanı keçirilən görüşlər və danışıqların müxtəlif sahələrdə qiymətli razılaşmalarla nəticələndiyini qeyd edib.
Zakir Həsənov Özbəkistan nümayəndə heyəti ilə görüşüb
Özbəkistan və Türkiyə Özbəkistan bazarında türk investisiyaları və kapital iştirakını artırmaq imkanlarını müzakirə ediblər. Bu barədə Özbəkistan İqtisadiyyat və Maliyyə Nazirliyi məlumat verib. Məsələ Özbəkistan İqtisadiyyat və Maliyyə Nazirliyinin Beynəlxalq Əlaqələr Departamentinin nümayəndələri, Özbəkistanın Türkiyədəki səfirliyinin rəsmi şəxsləri və Özbəkistanda fəaliyyət göstərən türk işgüzar dairələrinin nümayəndələri arasında keçirilən görüş zamanı qaldırılıb.
2025-ci ilin yanvar – noyabr aylarında Türkiyədən Özbəkistana xalça ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 13,5 faiz artaraq, 6 milyon 674 min 51 dollara bərabər olub. Türkiyə 2025-cü ilin noyabr ayında Özbəkistana xalça ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 99,1 faiz artaraq, 1 milyon 170 min dollara çatdırıb. Qeyd edək ki, 2025-ci ilin yanvar-noyabr aylarında Türkiyənin xalça ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 faiz azalaraq, 2 milyard 553 milyon 705 min dollara bərabər olub.
2025-ci ilin yanvar – noyabr aylarında Türkiyədən Özbəkistana kimyəvi maddə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 4,4 faiz artaraq, 346 milyon 234 min 91 dollara bərabər olub. Türkiyə 2025-cü ilin noyabr ayında Özbəkistana kimyəvi maddə ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 6,1 faiz artaraq, 29 milyon 711 min 84 dollara çatdırıb. Qeyd edək ki, 2025-ci ilin yanvar-noyabr aylarında Türkiyənin kimyəvi maddə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 4,4 faiz artaraq, 29 milyard 318 milyon 24 min dollara bərabər olub.
2025-ci ilin yanvar – noyabr aylarında Türkiyədən Özbəkistana polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 15 faiz azalaraq, 54 milyon 659 min 67 dollara bərabər olub. Türkiyə 2025-cü ilin noyabr ayında Özbəkistana polad ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 48,1 faiz azalaraq, 4 milyon 996 min 93 dollara çatdırıb. Qeyd edək ki, 2025-ci ilin yanvar-noyabr aylarında Türkiyənin polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 faiz artaraq, 15 milyard 38 milyon 404 min dollara bərabər olub.
Türkiyə Enerji və Təbii Sərvətlər Nazirliyi Türk Dövlətləri Təşkilatının (TDT) Enerji Nazirlərinin Beşinci Toplantısına ev sahibliyi edəcək. Tədbirdə Türk dövlətləri arasında enerji əməkdaşlığının gücləndirilməsi üçün atılmalı addımlar müzakirə olunacaq. Türkiyənin Enerji və Təbii Sərvətlər Naziri Alparslan Bayraktar 9–10 dekabr tarixlərində İstanbulda keçiriləcək toplantı çərçivəsində iştirakçı ölkələrin enerji nazirləri ilə ikitərəfli görüşlər aparacaq və mövcud əməkdaşlıqların genişləndirilməsi istiqamətlərini müzakirə edəcək.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev dekabrın 8-də Konstitusiya Günü ərəfəsində 615 nəfəri əfv edib. Bu barədə fərman dövlət başçısının rəsmi saytında dərc olunub.
2025-ci ilin yanvar – noyabr aylarında Türkiyədən Özbəkistana hazır geyim ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 80,2 faiz azalaraq, 28 milyon 117 min 6 dollara bərabər olub. Türkiyə 2025-cü ilin noyabr ayında Özbəkistana hazır geyim ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 71,9 faiz azalaraq, 2 milyon 180 min 93 dollara çatdırıb.
ABŞ, Kanada və Meksikanın 2026-cı ildə ev sahibliyi edəcəyi dünya çempionatının püşkatma mərasimi keçirilib.
Mərasimdə çıxış edən nazir Pərviz Şahbazov hər iki ölkə liderlərinin siyasi iradəsi sayəsində Azərbaycan-Özbəkistan münasibətlərinin strateji müttəfiqlik səviyyəsinə yüksəldiyini və bu prosesdə dövlət başçıları arasında mövcud olan şəxsi etimad və dostluğun əvəzsiz rol oynadığını vurğulayıb. Nazir ölkəmizin tamhüquqlu iştirakçı qismində Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşü formatına qoşulmasını, eləcə də Orta Dəhlizin əhəmiyyətini artıran Zəngəzur dəhlizinin açılması ilə bağlı proseslərin münasibətlərimizin inkişafında yeni səhifə açdığını qeyd edib. Bildirilib ki, ölkələrimizin vahid geosiyasi məkan kimi inteqrasiyasını təmin edən bu yeni reallıqlarda enerji tərəfdaşlığı xüsusi yer tutur: “SOCAR və “Uzbekneftegaz”ın birgə əməkdaşlığı ilə həyata keçirilən Üstyurt regionunda kəşfiyyat-axtarış layihəsinə başlanması da bunun bariz nümunəsidir. Bu layihə enerji tərəfdaşlığımızın strateji əhəmiyyətini bir daha təsdiqləyir, hər iki ölkənin karbohidrogen sektorunda bilik və texnologiya mübadiləsini gücləndirməyə, regional enerji inteqrasiyasına və enerji təchizatında birgə iştirak imkanlarına zəmin yaradır.”