Dekabrın 18-də Füzuli şəhərində Özbəkistan Mədəniyyəti Günlərinin bağlanış mərasiminə həsr olunan geniş konsert proqramı təqdim edilib. Konsert Özbəkistan Respublikasının hədiyyəsi olaraq 2023-cü ildə inşa edilən Mirzə Uluqbəy adına Füzuli şəhər 1 nömrəli tam orta məktəbdə təşkil olunub. Əvvəlcə qonaqlar məktəblə tanış olublar. Məlumat verilib ki, Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin birlikdə açılışını etdikləri 960 şagird yerlik təhsil ocağında tədrisin yüksək səviyyədə təşkili üçün hər cür şərait yaradılıb.
#Özbəkistan
Azərbaycanda keçirilən Özbəkistan Mədəniyyəti Günləri çərçivəsində qardaş ölkənin nümayəndə heyəti dekabrın 18-də Şuşa şəhərində olub. Bildirilib ki, Şuşanın tarixi, Azərbaycanın mədəniyyət və ədəbiyyatına bəxş etdiyi şəxsiyyətlər, Ermənistanın işğalı altında olduğu müddətdə şəhərin tarixi-mədəni irsinə qarşı həyata keçirilən vandalizm barədə qonaqlara ətraflı məlumat verilib. Qeyd olunub ki, 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun misli görünməmiş qəhrəmanlığı nəticəsində şəhər 28 illik işğaldan azad edilib. Qısa müddət ərzində şəhərdə sürətli bərpa-quruculuq işləri aparılıb, tarixi və dini abidələr yenidən qurulub, keçmiş məcburi köçkünlərin mərhələli şəkildə doğma yurda qayıdışı təmin olunur.
Ankarada Türk Dövlətlərinin Dezinformasiya ilə Mübarizə Forumu keçirilir. Forumda Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikası nümayəndə heyətləri iştirak edirlər. Forumun əsas məqsədi türk dövlətləri arasında dayanıqlı və effektiv kommunikasiya mühitinin formalaşdırılması, həmçinin dezinformasiya təhdidlərinə qarşı mübarizə sahəsində institusional qarşılıqlı fəaliyyətin gücləndirilməsidir.
2025-ci ilin yanvar – noyabr aylarında Türkiyədən Özbəkistana tekstil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 7,4 faiz azalaraq, 111 milyon 36 min 25 dollara bərabər olub. Türkiyə 2025-cü ilin noyabr ayında Özbəkistana tekstil ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 17,4 faiz azalaraq, 8 milyon 334 min 59 dollara çatdırıb.
2025-ci ilin yanvar – noyabr aylarında Türkiyədən Özbəkistana sement ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 83,5 faiz artaraq, 22 milyon 435 min 27 dollara bərabər olub. Türkiyə 2025-cü ilin noyabr ayında Özbəkistana sement ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1 dəfə artaraq, 1 milyon 620 min 15 dollara çatdırıb. Qeyd edək ki, 2025-ci ilin yanvar-noyabr aylarında Türkiyənin sement ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 3,7 faiz artaraq, 4 milyard 116 milyon 432 min dollara bərabər olub.
2025-ci ilin yanvar – noyabr aylarında Türkiyədən Özbəkistana elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 4,3 faiz azalaraq, 132 milyon 97 min 94 dollara bərabər olub. Türkiyə 2025-cü ilin noyabr ayında Özbəkistana elektrik avadanlıqları ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 14,6 faiz artaraq, 15 milyon 440 min 26 dollara çatdırıb. Qeyd edək ki, 2025-ci ilin yanvar-noyabr aylarında Türkiyənin elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 5,4 faiz artaraq, 16 milyard 6 milyon 424 min dollara bərabər olub.
Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri davam edir. Mədəniyyəti günləri çərçivəsində dekabrın 15-də Heydər Əliyev Sarayında Özbəkistanın “Navruz” Milli Rəqs Ansamblının konserti keçirilib. Konsertdə instrumental heyətin müşayiəti ilə dahi özbək şairi Əlişir Nəvainin “Xəmsə”sindən “Fərhad və Şirin”, “Leyli və Məcnun”, “Yeddi gözəl” və “İskəndərnamə” əsərləri əsasında hazırlanan musiqili-xoreoqrafik kompozisiyalar təqdim olunub.
Bu günü, 15 dekabr Dünya Türk Dilləri Günü qeyd olunur. Bu tarix UNESCO tərəfindən dünya üzrə 200 milyondan çox insanın danışdığı türk dili ailəsini qeyd etmək və təşviq etmək məqsədilə təsis edilib. UNESCO-nun Özbəkistanda keçirilən 43-cü Baş Konfransı 15 dekabr tarixini Dünya Türk Dilləri Günü kimi rəsmi şəkildə elan edib. Məqsəd türk dili ailəsini qorumaq, qeyd etmək və onun təbliğini aparmaqdır.
Azərbaycanla Özbəkistan arasında mədəni əməkdaşlıq hər il inkişaf edir və zənginləşir. Bunu Özbəkistan Mədəniyyət Günlərinin açılış mərasimində Özbəkistanın Azərbaycandakı səfiri Bəhrom Əşrəfxanov bildirib. Onun sözlərinə görə, hazırkı Mədəniyyət Günləri genişləndirilmiş proqram və daha geniş coğrafi əhatə dairəsi ilə fərqlənir. "Bu gün bütün həftəni əhatə edəcək geniş bir mədəni proqramın yalnız başlanğıcı idi. Geniş auditoriya üçün ümumi konsert proqramı təqdim etdik", - deyə o qeyd edib.
Bu gün Azərbaycan–Özbəkistan münasibətləri dövlət başçılarının uzaqgörən siyasəti sayəsində mədəniyyət də daxil olmaqla bütün sahələrdə dinamik şəkildə inkişaf edir. Bunu Azərbaycanın mədəniyyət nazirinin müavini Fərid Cəfərov Azərbaycanda Özbəkistan Respublikasının Mədəniyyəti Günlərinin açılış mərasimində çıxışı zamanı bildirib.
Bakıda Özbəkistan Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi Heydər Əliyev Mərkəzində keçirilib. Tədbirdə özbək sənətçilər və yaradıcı kollektivlər iştirak edir, zəngin konsert proqramı təqdim olunur. Açılış mərasimi Azərbaycan və Özbəkistan arasında mədəni dialoqun inkişafına və dostluq əlaqələrinin möhkəmləndirilməsinə xidmət edir. Həm mədəniyyət xadimləri, həm də paytaxtın qonaqları və sakinləri tədbirdə iştirak edərək unikal mədəni təcrübə yaşayırlar.
2025-ci ilin yanvar – noyabr aylarında Türkiyədən Özbəkistana avtomobil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 5 faiz azalaraq, 60 milyon 459 min 16 dollara bərabər olub. Türkiyə 2025-cü ilin noyabr ayında Özbəkistana avtomobil ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 15,8 faiz artaraq,4 milyon 761 min 98 dollara çatdırıb. Qeyd edək ki, 2025-ci ilin yanvar-noyabr aylarında Türkiyənin avtomobil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 12 faiz artaraq, 37 milyard 764 milyon 784 min dollara bərabər olub.