#İstanbul Polis İdarəsi

Məlumata görə, hüquq-mühafizə orqanları Beylikdüzü rayonunda narkotik maddələrin istehsalı və satışı ilə bağlı məlumat əsasında texniki və fiziki müşahidə aparıb. Əldə olunan məlumatlar əsasında müəyyən edilən ünvana əməliyyat təşkil edilib. Əməliyyat zamanı 1 şübhəli şəxs saxlanılıb. Axtarışlar nəticəsində 67 kiloqram 160 qram narkotik vasitə, 73 kiloqram 800 qram narkotik istehsalında istifadə olunan kimyəvi maddə, həssas tərəzi, həmçinin 1790 lirə və 400 ABŞ dolları məbləğində pul vəsaiti aşkarlanaraq götürülüb.

İstanbulnin Pendik rayonunda boş ərazidə torpaq altındakı su quyusunda gizlədilmiş minlərlə silah hissəsi aşkar olunub.İstanbul Polis İdarəsinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsi tərəfindən həyata keçirilən tədbir zamanı əvvəlcədən daxil olan məlumat əsasında ərazi nəzarətə götürülüb. Polis əməkdaşları dron vasitəsilə apardıqları müşahidə zamanı torpaq altına daxil olub-çıxan şəxsləri müəyyən ediblər.

İstanbul Polis İdarəsinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsinin əməkdaşları tərəfindən, İstanbul Anadolu Respublika Prokurorluğunun koordinasiyası ilə həyata keçirilən tədbirlər çərçivəsində, Anadolu tərəfində fəaliyyət göstərdiyi müəyyən edilən cinayətkar dəstə nəzarətə götürülüb. İstanbulun Anadolu tərəfində mütəşəkkil cinayət fəaliyyəti ilə məşğul olan və rəhbərliyi xaricdə olan bir şəxs tərəfindən idarə edilən cinayətkar qruplaşmaya qarşı keçirilən əməliyyatda 5 nəfər saxlanılıb. Aparılan texniki və fiziki təqiblər nəticəsində dəstə üzvlərinin 4 ayrı cinayət əməlinə qarışdıqları müəyyən edilib.

Antalya Respublika Baş Prokurorluğunun koordinasiyası ilə Polis İdarəsinin Kiber Cinayətlərlə Mübarizə Şöbəsinin qrupları qanunsuz mərc şəbəkəsinə qarşı genişmiqyaslı əməliyyata başlayıb. Texniki və fiziki izləmələr nəticəsində şəhərdə qanunsuz mərc oyunlarının təşkil edildiyi 3 fərqli ofis aşkar edilib. Şübhəlilərin bank hesablarını araşdıran mütəxəssislər, bu şəbəkə üzərindən ümumilikdə 3 milyard 400 milyon türk lirəsi dəyərində pul dövriyyəsinin həyata keçirildiyini müəyyən ediblər.

İstanbulda İŞİD terror təşkilatına qarşı əməliyyat keçirilib. Hücum həyata keçirmək üçün partlayıcı maddə əldə etdikləri müəyyən edilən 14 şübhəli saxlanılıb. İstanbul Polis İdarəsinin Terrorla Mübarizə Şöbəsi əməkdaşları İŞİD terror təşkilatının fəaliyyətlərinin qarşısını almaq və həmin fəaliyyətləri ifşa etmək istiqamətində işlərini davam etdirir. Aparılan araşdırmalar zamanı terror təşkilatı adından hücum planlamaq üçün partlayıcı əldə edən, həmçinin münaqişə bölgələri ilə əlaqəli fəaliyyət göstərən şübhəlilərin kimlikləri və ünvanları müəyyən edilib.

İstanbul Mütəşəkkil Cinayətlərə Qarşı Mübarizə Şöbəsi son bir ay ərzində şəhər ərazisində cinayət təşkilatlarının fəaliyyətini ifşa etmək və şübhəliləri həbs etmək üçün geniş əməliyyatlar həyata keçirib. Əməliyyatlar çərçivəsində Avcılar, Bahçelievler, Bayrampaşa, Beşiktaş, Esenler, Esenyurt, Eyüpsultan, Fatih, Gaziosmanpaşa, Güngören, Kağıthane, Küçükçekmece, Pendik, Sarıyer, Sultangazi, Şişli və Ümraniye rayonlarında 145 şübhəli saxlanılıb. Onlar arasında iş yeri güllələnməsi, hədələmə, soyğunçuluq, qəsdən yaralama və silah qanunsuz istehsalı və qaçaqçılığı ilə məşğul olanlar da var.

İstanbul Cumhuriyyət Baş Prokurorluğu İsrailin Baş naziri Binyamin Netanyahu, müdafiə naziri İsrаel Katz, Nazir Tamara Ben Gvir, İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Eyal Zamir, İsrail Hərbi Dəniz Qüvvələri Komandanı David Saar Salama və digər yüksək rütbəli rəsmilər də daxil olmaqla ümumilikdə 37 nəfər barəsində “soyqırım” və “insanlığa qarşı cinayətlər” ittihamı ilə beynəlxalq axtarış qərarı çıxarıb.