Türkiyənin əhalisi 1 oktyabr tarixinə olan məlumata görə 85 milyon 980 min 654 nəfər olub. Türkiyə Statistika Qurumunun (TÜİK) açıqlamasına görə, ölkənin əhalisi illik və üç aylıq dövrlər üzrə izlənilir. 2024-cü ilin sonunda əhali 85 milyon 664 min 944 nəfər olub və ilin ilk 9 ayında 315 min 710 nəfərlik artım qeydə alınıb. 1 iyul-1 oktyabr dövründə isə əhali 155 min 800 nəfər artaraq ümumi sayını 85 milyon 980 min 654 nəfərə çatdırıb.
#TÜİK doğum hesabatı
Türkiyədə işsizlik nisbəti avqust ayında əvvəlki ayla müqayisədə 0,4 faiz bəndi artaraq 8,5 faiz oldu. Bu dövrdə işsizlərin sayı 3 milyon 44 min nəfər olaraq müəyyənləşdirildi. Türkiyə Statistika Qurumu (TÜİK), avqust ayına aid əmək bazarı statistikalarını açıqlayıb. Buna görə, 15 və daha yuxarı yaşda olan şəxslər arasında işsizlərin sayı 2025-ci ilin avqust ayında əvvəlki ayla müqayisədə 168 min nəfər artaraq 3 milyon 44 min nəfərə çatıb. İşsizlik nisbəti isə 0,4 faiz bəndi artaraq 8,5 faiz səviyyəsində reallaşıb. İşsizlik nisbəti kişilər arasında 6,8 faiz, qadınlar arasında isə 11,6 faiz olaraq təxmin edilib.
Türkiyədə iyul ayına dair işçi qüvvəsi statistikaları açıqlanıb. Türkiyə Statistika Təşkilatının (TÜİK) məlumatına görə, işsizlik səviyyəsi iyul ayında 0,4 bənd azalaraq 8 faiz olub. Bu göstərici son 5 ayın ən aşağı səviyyəsidir və işsizliyin tək rəqəmli səviyyədə qalması ardıcıl 27-ci ayda da davam edib. İyul ayında 15 və daha yuxarı yaşda olan işsizlərin sayı 164 min nəfər azalaraq 2 milyon 828 minə düşüb. İşsizlik göstəricisi kişilər arasında 6,5 faiz, qadınlar arasında isə 10,9 faiz səviyyəsində qeydə alınıb.