#Türkiyə-Somali neft müqaviləsi

Somali Federal Hökumətinin Nazirlər Şurası 5 fevralda keçirilən iclasında Türkiyə ilə dənizçilik sahəsində əməkdaşlığı nəzərdə tutan müqavilə başda olmaqla, dəniz ticarətinə dair bir sıra mühüm saziş və konvensiyaları təsdiq edib. Baş nazir Həmzə Abdi Barrenin rəhbərliyi ilə baş tutan toplantıda ölkədə davam edən quraqlıq vəziyyəti, onun su və qida ehtiyatlarına təsiri barədə hesabatlar dinlənilib. Hökumət mövcud böhranın fəsadlarını azaltmaq üçün təxirəsalınmaz tədbirlər planı hazırlayıb. Bu çərçivədə təbii və insan amilli fəlakətlərə qarşı hazırlıq, qarşısının alınması və müdaxilə proseslərini vahid mərkəzdən tənzimləyən Milli Fəlakət və Risk İdarəetmə Fondunun yaradılması barədə qərar qəbul edilib.