Rusiya Federasiyası Xarici İşlər Nazirliyi İsrailin Suriyaya qarşı həyata keçirdiyi son hava hücumlarını sərt şəkildə pisləyib.
#İsrail Suriya hücumu
BMT-nin Baş katibi Antoniu Quterreş İsrailin Suriya ərazisinə endirdiyi hava zərbələrini qınayıb və Suriyanın suverenliyi və ərazi bütövlüyünün pozulmasına dərhal son qoyulmasına çağırıb.
İsrail Dəməşqdə Prezident Sarayını və Baş Qərargahı bombalayıb
İsrailin Suriya siyasətində “druzları qorumaq”, “Suriyanı parçalanmaqdan xilas etmək”, “Türkiyə təsirini neytrallaşdırmaq” və “ekstremistlərlə mübarizə” kimi tezislərlə müdaxilələrini əsaslandırması son aylarda daha aydın şəkildə görünməyə başlayıb.
İraq Baş naziri Məhəmməd Şiə əs-Sudani bildirib ki, 7 oktyabr hadisələrindən sonra Qəzza, Livan və Suriyada baş verənlər, eləcə də İrana qarşı hücumlar bölgədə yeni güc balansları barədə ehtimalları gündəmə gətirib.
İsrailin bəzi media orqanlarının verdiyi məlumata görə, "məlumatlı suriyalı mənbə"yə istinadən, Suriya və İsrailin 2025-ci ilin sonuna qədər sülh sazişi imzalayacağı gözlənilir. Bu açıqlamalar, Suriya prezidenti Əhməd əş-Şəraanın bir neçə gün əvvəl verdiyi bəyanatın ardınca gəlib. Prezident həmin çıxışında Dəməşqin beynəlxalq vasitəçilər və diplomatik kanallar vasitəsilə İsrailin cənub bölgələrdəki hücumlarını və müdaxilələrini dayandırmaq üçün çalışdığını, və "Suriya suverenliyinin qorunmasının hər şeydən üstün olduğunu" vurğulamışdı.