#Bakı

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevin əmri ilə Eşqin Əli oğlu Bayramov Nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin olunub. Qeyd edək ki, Eşqin Bayramov 1985-ci ildə anadan olub. 2003-2007-ci illərdə Azərbaycan Dillər Universitetində "Beynəlxalq münasibətlər" ixtisası üzrə bakalavr, 2011-2013-cü illərdə Ukraynanın Regionlararası Heyəti İdarəetmə Akademiyasında “Ölkəşünaslıq - Avropa ölkələri” ixtisası üzrə magistr və 2013-2017-ci illərdə Ukraynanın Çerniqov Milli Texnologiya Universitetində doktorantura təhsili alıb. Doktorantura təhsili dövründə beynəlxalq qrant layihəsinin qalibi olub və Yunanıstanın Beynəlxalq Hellenic Universitetində elmi tədqiqatçı kimi çalışıb.

1990-cı illərdə Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etməsi ilə ölkədə müasir medianın formalaşması üçün də geniş imkanlar ortaya çıxdı. Aparılan köklü islahatlar nəticəsində senzura və söz azadlığını məhdudlaşdıran süni maneələr aradan qaldırıldı, medianın fəaliyyətini tənzimləyən mütərəqqi qanunvericilik bazası yaradıldı. Eyni zamanda, redaksiyaların davamlı inkişafı və iqtisadi müstəqilliyinin artırılması, jurnalistlərin sərbəst fəaliyyətinin təmin olunması istiqamətində ardıcıl tədbirlər həyata keçirildi.

Təhsil sahəsinin rəqəmsallaşması istiqamətində növbəti mühüm addım atılıb. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin təsdiqlədiyi yeni Qaydalar təhsil haqqında dövlət sənədlərinin rəqəmsal formada verilməsini nəzərdə tutur. Bu qərar vətəndaşlar üçün təhsil sənədlərinə rahat çıxış imkanlarını əhəmiyyətli dərəcədə artırır və təhsil idarəçiliyində səmərəliliyin yüksəlməsinə töhfə verir.

Azərbaycan Hava Yolları Bakı–Tehran–Bakı marşrutu üzrə bu günə planlaşdırılan reysi ləğv edib. Aviaşirkət bu barədə öz mətbuat xidməti vasitəsilə məlumat yayıb. Bildirilib ki, uçuşun bərpası ilə bağlı əlavə məlumat yaxın vaxtlarda açıqlanacaq və sərnişinlər dərhal məlumatlandırılacaq. AZAL yaranmış narahatlığa görə üzr istəyərək sərnişinlərin anlayışına görə təşəkkür edib. Qeyd olunub ki, uçuşların və sərnişinlərin təhlükəsizliyi aviaşirkət üçün əsas prioritet olaraq qalır.

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən hər ay şəhər və rayonlarda vətəndaş təşkil olunur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən keçirilən görüşlərdə sakinlərin müraciətləri dinlənilir, qaldırılan məsələlərin həlli istiqamətində tədbirlər görülür.

Qəzza mövzusu ilə bağlı beynəlxalq yanaşmaların nə qədər həssas, mürəkkəb və çoxşaxəli olduğu artıq hamı tərəfindən qəbul edilən reallıqdır. Bu kontekstdə Azərbaycanın mövqeyi bəzən yanlış təqdim olunur və ya səthi şərh edilir. Halbuki rəsmi Bakının mövcud regional reallıqları nəzərə alaraq sərgilədiyi xətt həm təhlükəsizlik baxımından, həm də diplomatik baxımdan kifayət qədər ölçülüb-biçilmiş bir yanaşmadır.