#Bakı

“Xızı-Abşeron” Külək Elektrik Stansiyasının açılış mərasimi çərçivəsində energetika naziri Pərviz Şahbazovla Səudiyyə Ərəbistanı Krallığının energetika nazirinin müavini Nasser Əl-Qahtani arasında görüş keçirilib. İki ölkə arasında güclü dostluq və tərəfdaşlıq münasibətlərindən məmnunluq ifadə edilib. “ACWA Power” şirkəti ilə həyata keçirilən 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyası qardaşlığın və tərəfdaşlığın rəmzi kimi dəyərləndirilib. Bu əməkdaşlığın digər perspektivli layihələrlə genişlənəcəyi qeyd edilib.

Demək olar ki, son 20 il ərzində bizim enerji sistemimiz, yəni generasiya gücləri, böyük dərəcəli yarımstansiyalar və ötürücü xətlər tamamilə yenilənmişdir. Prezident İlham Əliyev bu sözləri Bakıda “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimində çıxışı zamanı bildirib.

Təbii ki, Azərbaycan energetiklərinin əməyini qiymətləndirməliyəm. Çünki son illər ərzində ölkəmizdə yeni generasiya güclərinin istismara verilməsi həm çox mürəkkəb, həm məsuliyyətli bir prosesdir. Prezident İlham Əliyev bu sözləri Bakıda “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimində çıxışı zamanı bildirib.

Prezident İlham Əliyev bildirib ki, “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının istismara verilməsi Azərbaycanın enerji potensialının gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Onun sözlərinə görə, bu layihə ACWA Power tərəfindən ölkədə inşa edilən ilk bərpaolunan enerji stansiyasıdır, lakin sonuncu olmayacaq və Azərbaycan dövləti şirkətin gələcək planlarını tam dəstəkləyir. Dövlət başçısı vurğulayıb ki, son illərdə enerji sisteminin modernləşdirilməsi əsas prioritetlərdən biridir. Prezident əlavə edib ki, bərpaolunan enerji layihələri həm daxili tələbatın təmininə, həm də ixrac imkanlarının genişlənməsinə şərait yaradacaq.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. İndiyədək ölkə ərazisində 110.518 ədəd belə NKA quraşdırılıb. Yeni nəsil NKA-lardan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyələrə nəzarətin təmin edilməsinə imkan yaradıb.

2025-ci il ərzində ölkə ərazisində pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), teatr tamaşaları, film nümayişi, muzey ziyarəti və simfonik orkestrin konserti sahəsində, həmçinin tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən xidmətlərə, işğaldan azad edilmiş ərazilər daxilində yerləşmə vasitələri hesab edilən mehmanxanalar (hotellər) tərəfindən gecələmə və qalma xidmətlərinə görə ödənilmiş ƏDV-nin müvəkkil banklar tərəfindən istehlakçılara qaytarılmış həcmi 191 milyon 98,9 min manat olub.

Hazırda Bakıda müşahidə edilən dumanlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi 40 km/saat, Heydər Əliyev prospekti-Mərdəkan-Zuğulba-Bilgəh yollarında isə bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. "Bununla bağlı DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən məlumat-sürət tablolarında dəyişiklik edilib. Eyni zamanda bütün tablolarda “dumanlı hava” işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir", - deyə bildirilib.