#Bakı

Azərbaycan Hava Yolları bəzi Bakı–Naxçıvan reyslərinin əlverişsiz hava şəraiti səbəbindən təxirə salındığını açıqlayıb. Şirkətin məlumatına görə, uçuşlar hava şəraiti normallaşdıqdan sonra mərhələli şəkildə bərpa olunacaq. Sərnişinlər bütün dəyişikliklər barədə əvvəlcədən məlumatlandırılacaqlar. Naxçıvanın dağlıq relyefi və coğrafi mövqeyi bölgədə yaranan meteoroloji şəraitin uçuşlara təsirini artırır. Güclü külək, ildırım aktivliyi və digər təhlükəli hava hadisələri təyyarələrin eniş və qalxma mərhələlərində əlavə risk yaradır. Aviasiyada qərarlar yalnız hava limanındakı hava şəraitinə əsasən qəbul edilmir. Marşrut boyunca və təyinat məntəqəsində gözlənilən meteoroloji vəziyyət də nəzərə alınır. Buna görə də uçuş təhlükəsizliyi ilə bağlı bütün qərarlar beynəlxalq standartlara uyğun şəkildə verilir.

29 iyun – 3 iyul 2026-cı il tarixlərində Azərbaycanda keçiriləcək Türk Dünyası Həftəsi çərçivəsində “Türk dilləri, ədəbiyyatları və tarixlərinin tədrisi müasir çağırışlar kontekstində” adlı beynəlxalq konfrans keçirilib. Konfrans Bakı Dövlət Universitetinin təqdimatında təşkil olunaraq və türk dillərinin, ədəbiyyatının və tarixinin müasir dövrün çağırışları fonunda tədrisi, bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi, elmi əməkdaşlığın genişləndirilməsi və ortaq akademik yanaşmaların formalaşdırılması məsələlərinə həsr edilib.

Plenar iclasda rəsmi məruzəçi qismində çıxış edən Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, professor Aktotı Raimkulova bildirib ki, yüz il əvvəl Bakıda əsası qoyulan elmi-mədəni əməkdaşlıq ənənəsi bu gün türk dövlətlərinin siyasi iradəsi və beynəlxalq türk əməkdaşlıq təşkilatlarının birgə fəaliyyəti sayəsində yeni inkişaf mərhələsinə qədəm qoyub. Fondun prezidenti Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş Türk Dünyası Həftəsinin təşkilinə görə Azərbaycan Respublikasının Hökumətinə, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə və bütün digər tərəfdaş qurumlara təşəkkürünü bildirib.

Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi” açılıb. Açılış mərasimində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, professor Aktotı Raimkulova, Azərbaycan və digər türk dövlətlərinin nümayəndələri iştirak edib. Tədbir çərçivəsində bədii proqramlar, kitab təqdimatları, sərgilər və beynəlxalq elmi simpoziumlar keçiriləcək. Həftə iyulun 3-dək davam edəcək və türk dünyasının elmi və mədəni inteqrasiyasını gücləndirmək məqsədini daşıyır. Fondun bu tədbirlər vasitəsilə ortaq türk elmi irsinin təbliği və gələcək nəsillərə çatdırılması hədəflənir.

İraq parlamentinin birinci sədr müavini Adnan Faihan Bakıda keçirilən İƏT Parlament İttifaqı Konfransında İslam dünyasında vahid mövqenin vacibliyini vurğulayıb. O, müsəlman ölkələri arasında inteqrasiyanın gücləndirilməsinin regional sabitliyə töhfə verəcəyini bildirib. Faihan iqtisadi əməkdaşlıq və parlament diplomatiyasının əhəmiyyətini qeyd edib. O, Fələstin və regiondakı münaqişələri beynəlxalq hüququn pozulması kimi dəyərləndirib. Çıxış İslam ölkələri arasında birgə fəaliyyət çağırışı ilə yekunlaşıb.

Bakıda biznes ictimaiyyətinin aparıcı nümayəndələrini bir araya gətirən Biznes Liderləri Zirvəsi uğurla başa çatıb. İyunun 23-də “The Ritz-Carlton Baku” hotelində keçirilən tədbir ölkənin biznes mühitinin tanınmış simalarını, şirkət rəhbərlərini, sahibkarları və müxtəlif sahələri təmsil edən peşəkarları eyni platformada birləşdirib.