Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, professor Hamlet İsaxanlı bildirib ki, 1991-ci ildə bütün postsovet məkanında ilk özəl ingilisdilli universitet kimi yaradılan Xəzər Universiteti ötən 35 il ərzində Azərbaycanda ali təhsilin modernləşməsinə mühüm töhfə verib. Universitet beynəlxalq akademik əməkdaşlıq, keyfiyyətli təhsil modeli və elmi fəaliyyətin inkişafı sahəsində önəmli uğurlar əldə edərək ölkənin aparıcı ali təhsil və tədqiqat mərkəzlərindən birinə çevrilib. Hamlet İsaxanlı qeyd edib ki, Xəzər Universiteti dünya və regional reytinqlərdə yüksələn xətt üzrə yer almaqdadır.
#Bakı
Cəlilabad rayonunda Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi, Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyi və Cəlilabad Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Aqrar Biznes Festivalı keçirilib.
"Yle" telekanalına müsahibə verən Stubb qeyd edib ki, tərəfdaşlar əvvəlcədən məlumatlandırılmadıqda və xəbərdarlıq edilmədikdə, hadisələrə yanaşma fərqli olur. O, həmçinin Finlandiyanın Hörmüz bölgəsinə göndərmək üçün müvafiq hərbi texnikasının olmadığını vurğulayıb: "Bizim o regiona göndərə biləcəyimiz texnikamız yoxdur. Finlandiyanın alyansdakı əsas vəzifəsi Avropanın şimal-şərq hissəsinin təhlükəsizliyini təmin etməkdir". Finlandiya lideri hazırda ən mühüm vəzifənin Donald Trampı Avropa ilə əməkdaşlığı bərpa etməyə inandırmaq olduğunu deyib.
Lixtenşteynin dövlət kimi formalaşması Səlib yürüşlərinə qədər uzanır. Cəmi 7 əsgərlə yürüşə qatılan Lixtenşteyn sülaləsi Müqəddəs Roma-German İmparatoru tərəfindən knyazlıqla mükafatlandırılıb. Lakin ölkənin ən məşhur hərbi hadisəsi 1866-cı ildə, 80 nəfərlik "ordu" ilə Avstriyanın yanında müharibəyə qatılmasıdır. Prussiyalılarla döyüşmək istəməyən Lixtenşteyn əsgərləri İtaliya sərhədindəki bir keçidi qorumaqla vəzifələndiriliblər.
Dünyanın ən məşhur mədəniyyət bayramlarından biri olan Müqəddəs Patrik Günü (St. Patrick’s Day) ilə bağlı aparılan tarixi araşdırmalar bu bayramın ilk paradının İrlandiyada deyil, Amerikadakı İspan müstəmləkəsində keçirildiyini sübut edir. Tarixi qeydlər ilk Müqəddəs Patrik paradının 17 mart 1601-ci ildə hazırda Floridanın Sent-Avqustin (St. Augustine) şəhəri kimi tanınan yaşayış məntəqəsində keçirildiyini göstərir.
İsrail ordusu İranın paytaxtı Tehranda hərbi kosmik proqramlar mərkəzini hədəf aldığını bəyan edib. İsrail hərbçilərinin iddiasına görə, məhv edilən obyekt İsrailin peykləri və digər ölkələrin kosmik sistemləri üçün birbaşa təhlükə yaradırdı. Bundan əvvəl, martın 14-də İsrail aviasiyası İran Kosmik Agentliyinin əsas mərkəzinə və hava hücumundan müdafiə vasitələri istehsal edən zavoda zərbələr endirmişdi. İran hakimiyyətinin son rəsmi məlumatlarına görə, münaqişə nəticəsində həlak olanların sayı artıq 1348 nəfəri keçib, 17 minə yaxın insan isə yaralanıb. Xatırladaq ki, amerika-israil hücumları nəticəsində İranın ali lideri ayətullah Əli Xamenei və bir sıra yüksək rütbəli məmurlar həlak olub.
Almaniya Kansleri Fridrix Mers ABŞ və İsrailin İrana qarşı başlatdığı hərbi əməliyyatların NATO ilə heç bir əlaqəsinin olmadığını və Almaniyanın bu müharibədə iştirak etməyəcəyini bəyan edib. Fridrix Mers vurğulayıb ki, ABŞ və İsrail bu müharibəyə başlamazdan əvvəl müttəfiqlərlə məsləhətləşmələr aparmayıblar. "Bu müharibəyə müdaxilə ilə bağlı heç vaxt birgə qərar qəbul edilməyib. Buna görə də Almaniyanın hərbi töhfəsi məsələsi gündəmdə deyil və biz bunu etməyəcəyik", - deyə kansler ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazını açmaq üçün etdiyi çağırışlara rədd cavabı verib. Mers həmçinin Almaniyanın boğaza hərbi gəmilər göndərməyəcəyini kəskin şəkildə ifadə edib.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ABŞ-İsrail ilə İran arasındakı müharibə nəticəsində İranda 6 xəstəxananın təxliyə edildiyini, lakin ölkənin səhiyyə infrastrukturunun hələlik yüklənməyə davam gətirdiyini açıqlayıb. Regional direktor qeyd edib ki, İranın ilkin səhiyyə və tibbi infrastrukturu kifayət qədər möhkəmdir və hazırda yaralı axınını qəbul etmək iqtidarındadır. İran rəsmiləri hələlik ÜST-dən təcili yardım müraciəti etməyiblər. Bununla belə, münaqişənin başladığı 28 fevral tarixindən bəri İranda tibb müəssisələrinə 18 hücumun qeydə alındığı və 8 tibb işçisinin həlak olduğu ÜST tərəfindən təsdiqlənib.
Trampın sözlərinə görə, ABŞ ordusu Hörmüz boğazında naviqasiya təhlükəsizliyini təmin etmək məqsədilə həyata keçirdiyi əməliyyatlar zamanı İrana məxsus 100-dən çox gəmini batırıb. O qeyd edib ki, boğazdakı İran hərbi gəmiləri ABŞ-ın birbaşa hədəfinə çevrilib və zərərsizləşdirilib. Bu açıqlama bölgədə davam edən hərbi əməliyyatların miqyasının nə dərəcədə böyük olduğunu bir daha nümayiş etdirir.
Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi, Elm və Təhsil Nazirliyinin Peşə Təhsili Dövlət Agentliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin birgə təşkilatçılığı ilə Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində bu ilin ilk “Bootcamp” proqramı baş tutub.
İsveçin Xarici İşlər Nazirliyi İranda təhlükəsizliklə bağlı vəziyyətinin pisləşməsi fonunda Tehrandakı səfirliyinin əməkdaşlarını müvəqqəti olaraq Bakıya köçürmək barədə qərar qəbul edib.
Bu gün XIII Qlobal Bakı Forumu çərçivəsində Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) həsr olunmuş media brifinqi keçirilib. Bildirilib ki, Mərkəzi Asiya və Cənubi Qafqaz regionunda ilk dəfə təşkil olunan belə mühüm tədbir regionun qlobal şəhər inkişafında artan rolunu nümayiş etdirir.