Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Cəmiyyət
    Cəmiyyət

    Xəzər Universitetinin 35 illik yubileyi qeyd olunub: Regionun ilk ingilisdilli ali məktəbinin uğur yolu

    17 Mart 2026 18:15
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Xəzər Universitetinin 35 illik yubileyi qeyd olunub: Regionun ilk ingilisdilli ali məktəbinin uğur yolu
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, VOA, Orxan Qədirzadə

    Martın 17-də Xəzər Universitetinin yaradılmasının 35 illiyi qeyd edilib.

    VOA xəbər verir ki, Yubiley mərasimi universitetin tələbələrindən ibarət xor kollektivinin kamera orkestrinin müşayiətində Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.

    Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, professor Hamlet İsaxanlı bildirib ki, 1991-ci ildə bütün postsovet məkanında ilk özəl ingilisdilli universitet kimi yaradılan Xəzər Universiteti ötən 35 il ərzində Azərbaycanda ali təhsilin modernləşməsinə mühüm töhfə verib. Universitet beynəlxalq akademik əməkdaşlıq, keyfiyyətli təhsil modeli və elmi fəaliyyətin inkişafı sahəsində önəmli uğurlar əldə edərək ölkənin aparıcı ali təhsil və tədqiqat mərkəzlərindən birinə çevrilib. Hamlet İsaxanlı qeyd edib ki, Xəzər Universiteti dünya və regional reytinqlərdə yüksələn xətt üzrə yer almaqdadır.

    Daha sonra universitetin yaradıldığı ilk illərdən bu günə qədər keçdiyi inkişaf yolunu əks etdirən film nümayiş olunub.

    Rektor Raziya İsayevа universitetin tələbələri və əməkdaşlarının ABŞ-də mübadilə proqramlarında iştirak etdiyini diqqətə çatdırıb. O bildirib ki, Xəzər Universiteti yalnız ali təhsil müəssisələri ilə əməkdaşlıqla məhdudlaşmır, eyni zamanda, Dünya Bankı, Birləşmiş Millətlər Təşkilatı, “British Council” kimi bir çox beynəlxalq təşkilatlarla tərəfdaşlıq qurur və çoxsaylı layihələr həyata keçirir. Rektor qeyd edib ki, alimlər universitetə cəlb olunaraq tədris və elmi-tədqiqat fəaliyyətinə töhfə verirlər.

    Tədbirdə çıxış edən gənclər və idman naziri Fərid Qayıbov, Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün və dünyanın müxtəlif universitetlərinin rəhbərləri Xəzər Universitetinin təkcə Azərbaycanın deyil, regionun seçilən ali məktəblərindən biri olduğunu vurğulayıblar. Çıxışçılar qeyd ediblər ki, universitetin məzunları ölkənin elmi inkişafına və intellektual cəmiyyətin formalaşmasına mühüm töhfələr veriblər.

    Sonda xüsusi yubiley təltifləri təqdim edilib. Yubiley mərasimi incəsənət xadimlərinin iştirakı ilə təşkil olunan konsert proqramı ilə davam edib.

    Xəzər Universitetinin 35 illik yubileyi qeyd olunub: Regionun ilk ingilisdilli ali məktəbinin uğur yolu
    Xəzər Universitetinin 35 illik yubileyi qeyd olunub: Regionun ilk ingilisdilli ali məktəbinin uğur yolu
    Xəzər Universitetinin 35 illik yubileyi qeyd olunub: Regionun ilk ingilisdilli ali məktəbinin uğur yolu
    Xəzər Universitetinin 35 illik yubileyi qeyd olunub: Regionun ilk ingilisdilli ali məktəbinin uğur yolu
    Xəzər Universitetinin 35 illik yubileyi qeyd olunub: Regionun ilk ingilisdilli ali məktəbinin uğur yolu
    #Bakı #Hazar Üniversitesi 35. Yılını Kutluyor: Hamlet İshakhanlı'dan Tarihi Mesajlar #Xəzər Universitetinin 35 yaşı: Hamlet İsaxanlı uğur strategiyasından danışdı #AzerVoice: Regionun ilk özəl ingilisdilli universitetinin yubileyi qeyd edilib #Fərid Qayıbov və Birol Akgün Xəzər Universitetinin 35 illik tədbirində iştirak ediblər #Xəzər Universiteti 35 il: Beynəlxalq tərəfdaşlıqdan qlobal reytinqlərə #Azərbaycanda ali təhsilin modernləşməsi simvolu: Xəzər Universitetinin yubileyi #35 illik akademik yol: Xəzər Universitetinin məzunları elmi inkişafa töhfə verir
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Qazaxıstan və Azərbaycan TBNM-in inkişafını və strateji tərəfdaşlığın genişləndirilməsini müzakirə edib

    21 Avqust 2026 19:45

    Azərbaycan və Özbəkistan parlamentlərarası əməkdaşlığı gücləndirir

    21 Avqust 2026 10:52

    Bakıda “Ahıska Türkləri - İtmiş Sürgünün İzində” sərgisi keçiriləcək

    20 Avqust 2026 14:37

    Bakıda Belçika müstəmləkəçiliyinə həsr olunan beynəlxalq konfrans keçiriləcək

    20 Avqust 2026 11:20

    Azərbaycan və Özbəkistan yeni layihələri və ticarət əlaqələrinin genişləndirilməsini müzakirə edib

    19 Avqust 2026 19:58

    Bakıda Azərbaycan və Qazaxıstan hərbi mütəxəssisləri arasında görüş keçirilib

    19 Avqust 2026 19:12

    Rusiya səfiri XİN-ə çağırıldı

    18 Avqust 2026 13:23

    Mətbuat Şurası Rusiya informasiya məkanında Azərbaycana qarşı təhdid xarakterli fikirləri pisləyib

    18 Avqust 2026 11:43

    Azərbaycandan Türkiyəyə altı ayda 1,3 milyard dollarlıq təbii qaz ixrac edilib

    14 Avqust 2026 11:14

    Azərbaycan Pakistanı Müstəqillik Günü münasibətilə təbrik edib

    14 Avqust 2026 10:19

    Suriya altı ayda Azərbaycandan 194 milyon dollarlıq təbii qaz alıb

    13 Avqust 2026 12:05

    Dərnəgül deposunun tam istismara veriləcəyi tarix açıqlanıb

    13 Avqust 2026 11:19
    XƏBƏR LENTİ

    Qətərin Baş naziri gərginliyin azaldılması üçün Tehrana səfər edəcək

    Körfəz ölkələri İranla müharibənin uzanacağını düşünür

    Anthropic hesablama gücü üçün 45 milyard dollar xərcləyəcək

    Səmərqənd və Buxaranın xəzinələri Qətərdə nümayiş oluancaq

    HƏMAS sözlə deyil, əməllə özünü göstərməlidir - ABŞ

    İrana qarşı hərbi əməliyyat ehtimalı hələ də qüvvədədir - Pit Heqset

    Şarja və Cənubi Koreya işgüzar qadınları Seulda əməkdaşlıq sazişi imzalayıb

    Qətərin sabiq səhiyyə naziri Hənan əl-Küvari ÜST-nin Baş direktoru vəzifəsinə namizəd göstərilib

    “Apple” yeni “iPhone” təqdimatının tarixini açıqlayıb

    ABŞ “Fələstin Fəaliyyəti” qərarı ilə tənqidçiləri susdurmağa çalışır - BMT

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.