#Yoxan Vadeful

Almaniyanın xarici işlər naziri Yohan Vadeful sabah Türkiyəyə rəsmi səfər edərək həmkarı Hakan Fidan ilə görüşəcək. Görüşün əsas gündəmini iki ölkə arasındakı 60 milyard dollarlıq ticarət dövriyyəsi hədəfi və 18 mayda Berlində keçiriləcək "Türkiyə-Almaniya Strateji Dialoq Mexanizmi"nin üçüncü iclasına hazırlıq işləri təşkil edəcək. Nazir Fidanın müdafiə sənayesi sahəsində əməkdaşlıq və iqtisadi mexanizmlərin gücləndirilməsi məsələlərini xüsusi vurğulayacağı gözlənilir.

Almaniyanın xarici işlər naziri Yohan Vadeful bu gün İsraili Qəzza şəhərinə hücum planlarını dayandırmağa çağırıb və bu addımın humanitar vəziyyəti ciddi şəkildə pisləşdirəcəyi barədə xəbərdarlıq edib. Vadeful bu barədə israilli həmkarı Gideon Saar ilə telefon danışığından sonra “X” sosial şəbəkəsində paylaşım edib. O, Qəzza zolağına daha çox humanitar yardımın çatdırılmasının zəruriliyini vurğulayıb və Almaniyanın daimi sülh üçün iki dövlətli həll prinsipinə sadiq qaldığını qeyd edib.