#zəlzələ sonrası layihələr

Əfqanıstanda 5,7 maqnitudalı zəlzələ qeydə alınıb. Bu barədə Özbəkistan Fövqəladə Hallar Nazirliyinin Seysmopronostik Monitorinq Mərkəzi məlumat yayıb. Məlumata görə, zəlzələ yerli vaxtla saat 18:27-də (Bakı vaxtı ilə 17:27-də) baş verib. Zəlzələnin episentri Bədəxşan bölgəsində yerləşib. Bildirilib ki, episentrdə təkanların gücü 3 bal təşkil edib.

Türkiyənin Balıkesir vilayətində ardıcıl iki zəlzələ baş verib. Məluamata əsasən, hər iki zəlzələnin episentri Balıkesir vilayətinin Sındırqı rayonunda yerləşib. Yerli vaxtla saat 20:36-da (Bakı vaxtı ilə 21:36) qeydə alınan 3,9 bal gücündəki zəlzələ yerin 9,16 kilometr dərinliyində, 3,5 bal gücündəki digər zəlzələ isə 7,14 kilometr dərinlikdə baş verib.

Türkiyənin Çanakkale vilayətində 3,5 bal gücündə zəlzələ baş verib. Bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) məlumat yayıb. Məlumata əsasən, zəlzələ yerli vaxtla saat 09:01-də (Bakı vaxtı ilə 10:01) baş verib. Yeraltı təkanların ocağı daha əvvəl baş verən 6 bal gücündə zəlzələnin qeydə alındığı Sındırqı rayonunda yerləşib, dərinliyi isə 11,56 kilometr olub.

Türkiyənin Muğla vilayətində 4,3 bal gücündə zəlzələ baş verib. Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Zəlzələ yerli vaxtla saat 20:39-da (Bakı vaxtı ilə saat 21:39) baş verib. Yeraltı təkanların ocağı 56,87 kilometr dərinlikdə yerləşib.

Türkiyənin Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi naziri Murat Kurum Balıkesirdə baş verən zəlzələ ilə bağlı son vəziyyəti açıqlayıb. O, bölgədə aparılan araşdırmalar nəticəsində 152 binada yerləşən 265 müstəqil bölmənin ya tamamilə dağıldığını, ya da ağır zərər gördüyünü bildirib. Manisa vilayətində isə 41 binada yerləşən 53 müstəqil bölmənin ağır ziyan gördüyü müəyyən edilib.

Türkiyədə Balıkesirdə baş verən 6,1 bal gücündə zəlzələ bölgədə ciddi narahatlığa səbəb olub. Zəlzələ nəticəsində 1 nəfər həyatını itirib, 29 nəfər yaralanıb, İndiyədək 10-u 4 baldan yuxarı olmaqla 237 artçı zəlzələ baş verib. AFAD-ın məlumatına görə, əsas zəlzələ 11 avqust saat 19:53-də (Bakı vaxtı ilə saat 20:53-də) qeydə alınıb, 11 km dərinlikdə baş verib. İlk ardıcıl sarsıntı isə cəmi 4 dəqiqə sonra – saat 19:57-də (3,7 bal gücündə) qeydə alınıb.

Ankaranın Etimesqut rayonunda səhər saat 07:33-də 3,2 bal gücündə zəlzələ baş verib. Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) məlumat verib. Məlumata əsasən, zəlzələ yerin 4,68 kilometr dərinliyində baş verib. Hər hansı bir dağıntı və ya insan tələfatı qeydə alınmayıb. Zəlzələ Çankaya və Altındağ rayonlarında da hiss olunub.